Çox İbrətamiz Hekayə

07 Ekim 2014
1 730
0
Çox İbrətamiz Hekayə
Çox İbrətamiz Hekayə

Bir adam həmişəki kimi saçını-üzünü qaydaya salmaq üçün bərbərə gedir. Onunla məşğul olan bərbərlə maraqlı söhbətə başlayır. Müxtəlif mövzular barədə danışdıqdan sonra söhbət Dinə gəlir
Bərbər: Bilirsən mən sənin dediyin kimi Allahın varlığına inanmıram
Adam: Bəs sən niyə belə düşünürsən?
Bərbər: Bunu açıqlamaq çox çətindir. Bunu görmək üçün küçəyə çıxmalısan. Xaiş edirəm mənə deyə bilərsən əgər Allah varsa bu qədər problemli, xəstə insanlar, tərk edilmiş uşaqlar olardı? Allah olsaydı heç kim əzab çəkməzdi və bir-birlərini incitməzdi. Allah olsaydı bunlara icazə verməzdi.
Adam bir an durdu və fikirləşdi, amma mübahisə etməmək üçün cavab vermədi.Bərbər işini bitirdikdən sonra adam küçəyə çıxdı. Elə o anda uzun saçlı və saqqalları biri-birinə qarışmış baxımsız bir adam gördü. Adam əgər bu qədərr baxımsız görünürsə demək uzun müddətdir bərbərə müraciət etməyib. Adam dərhal bərbərin yanına qayıtdı.
Adam: Bilirsən? məncə bərbər əslində yoxdur.
Bərbər: Bu necə ola bilər mən burdayam ve gördüyün kimi də bərbərəm
Adam: Xeyr deyilsən. Çünki olsaydın küçədə uzun saqqallı baxımsız insanlar olmazdı.
Bərbər: Hmmmm... bərbər var amma insanlar mənim yanıma gəlmirsə, mən nə edə bilərəm?
Adam: Çox düzdür! Əsas da elə budur! Allah var və insanlar ona inanıb onun rəhmindən faydalanmaq istəmirlərsə bu o insanların problemidir......


Bax dünyada bu qədər kədər və pisliklərin olmağının səbəbi budur!!!!!
Insanlar Allaha inanıb yaxşı , dünyaya faydalı insan olmağa çalışsalar və səhv etməkdən çəkinsələr dünyada pislik qalmaz...Əməllərinə görə də həyatdan arzuladıqlarını ala bilərsən......
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.