Bizi Qovuşduran Çərpələng - Hekayə ( 1. Bölüm )

28 Mart 2017
2 481
0
Bizi Qovuşduran Çərpələng - Hekayə ( 1. Bölüm )

Həyatın kədərdən uzaq, ən dolu, ən xoşbəxt çağları məhz yay fəslində yaşanır. Qışın soyuğundan soyuyan, qırılan qəlblər, məhz bu fəsildə isinir... Bəlkə əvvəlki kimi həvəslə, əvvəlki kimi həyat eşqiylə döyünmür, amma ən azından artıq kədərdən uzaqdır. Belə deyək, həyatın canlandığı bir dövrdə,- yayda üzüntüyə, qəm-kədərə vaxt ayıra bilməyəcək qədər yorulan ürəklər məhz bu fəsildə dincəlir..! Həyatın ən unudulmayan, xoş anları çox vaxt bu fəsildə yaranır..

...Dərya sinfə daxil oldu. Uşaqlar ona muştuluq verdilər: "Dərya, Dərya!Bilirsən? 2 gündən sonra müəllim bizi meşə gəzintisinə aparacaq. Həm də pulsuz,kim istəyirsə gedə bilər, həm də..
+ Yaxşı uşaqlar, icazə verin bir Dərya yerinə keçsin - deyə müəllim uşaqlara bildirdi.
Dərya sevinclə yerinə əyləşdi. Dərhal müəllimdən soruşdu:
-Müəllim,nə məsələdi? Meşəyəmi gedəcəksiz? Mən də gedə bilərəm?
+ 2 gün sonra gedəcəyik. Valideyinlərinizlə danışın. Yol pulu haqqını biz müəllimlər ödəyəcəyik. Məktəb üzrə hazırlanmış bir turdur. Razı olanlar mənə bildirsinlər.
Dərya bu xəbəri eşitcək sinifdə ən yaxın yoldaşı Araza yanaşdı:
- Nə deyirsən gedək?
+ Mənim anam, atam mütləq icazə verəcək. Yəqin ki mən gələcəm. Sənin anan nə deyər?
- Soruşaram. İnşallah qoyar. Mənim bir fikrim var əslində.
+ Nə fikir?
- Deyirəm bəlkə çərpələng də aparaq özümüzlə. Mən indiyə qədər heç çərpələng uçurtmamışam.Elə ilk dəfə səninlə birgə uçurdaq.
+Bu çox yaxşı fikirdir. Bəs 2 günə çərpələngi hardan tapacağıq? Buralarda satılmır.
- Həə..o da düzdü. Bəlkə özümüz düzəldək?
+ Özümüz? Necə?
- Mənim tanıdığım yaşlı bir kişi var. Eldar baba. Bir dəfə çoxdan balaca bacıma da hazırlayıb vermişdi. Xahiş etsək bizə də düzəldər bəlkə.
+ Yaxşı. Onda sən Eldar babayla danışarsan hazırlayar.
- Oldu

Araz- Dəryanın uşaqlıqdan bəri ən yaxın yoldaşı eyni zamanda sirdaşıdır. Onlar eyni məhlədə böyüyüb, 10 il bir yerdə təhsil almışdılar, hələ də bu sıx yoldaşlıqlarını davam etdirirlər. Dəryanın qızlarla dostluq etməməsinin isə bir səbəbi var idi. Dərya illər əvvəl atasını itirdikdən sonra çox qapalı birinə çevrildi. O heç kimlə ünsiyyət qurmur, tək gəzir, məktəbdə tənəffüsdə belə heç kimə yanaşmırdı. Lakin Dəryanın bu içə qapalılığı anasını təlaşlandırırdı. O Dəryanın yoldaşlarıyla qaynayıb qarışması üçün əlindən gələni edirdi. Bir neçə dəfə sinif yoldaşlarından bir neçə qızı evinə çağırmış, Dəryayla yaxından münasibət qurmaları üçün cəhd etmişdir. Lakin xeyri olmurdu. Dərya heç kimlə yaxınlıq etmək istəyi duymurdu.. Ortaya belə bir sual çıxır. Bəs necə oldu ki Arazla bu cür yaxın dostluqları oldu? Səbəbi, Dəryanın atası öldükdən sonra daim bəzi qızlar onun yanında olmağa çalışmışdı. Amma Dəryanın onlarla münasibət istməyəcəyini görüb Dəryadan uzaq gəzməyə başlayırdılar. Araz isə fərqli idi. O həmişə Dəryaya yaxın olmağa çalışırdı. Heç vaxt onu tək buraxmırdı, Dərya onu istəməsə belə. Onun Dəryaya xüsusi simpatiyası var idi. Dərya da zamanla kədərinin zamanla xəfiflədiyinin fərqinə vardı. Hər acı bir gün bitər deyə bir kəlam da var. Əlbət, Dərya da əvvəl-axır özünə gələcəkdi.. Əvvəlki kimi şən-şux olacaqdı.Həyatın dadını çıxarmağa başlayacaqdı. Elə belə də oldu-Arazın sayəsində. Zamanla Dərya da Arazın onu heç vaxt buraxmayacağını anladı. Zamanla Dərya da ona alışmağa başladı. Belə başladı bu dostluq, heç kimin daxil olmadığı, hamının qısqandığı bu 2 nəfər arasında dostluq. Belə başladı.

.. Dərs bitdi. Uşaqlar evə dağılışdılar. Dərya evə getməzdən əvvəl Eldar babanın yanına gəldi. Eldar baba bu evdə tək yaşayırdı. O ailəsini illər öncə itirmişdi. O vaxtdan bəri təsəllini Dəryayla tapırdı. Onu bir nəvəsi kimi sevir, əzizləyirdi. Boş zamanlarını Dərya ilə Eldar baba bir yerdə keçirirdilər.
Dərya içəri girdi. Eldar baba pəncərənin kənarında oturmuşdu. Qəmgin halda və bikef halda küçəni seyr edirdi. Dərya salam verib Eldar babanın yanında əyləşdi. Əvvəlcə nə olduğunu soruşdu. Sonra yatağın dağınıq olduğunu, ətrafda dərmanlar, salfetkalar, yığışdırılmamış süfrə gördü. Eldar babanın xəstələndiyini başa düşdü. Heç nə demədən əvvəlcə ətrafı səliqəyə saldı. Sonra babaya çay gətirdi. Sonra babaya çay gətirdi. Eldar baba qıza təşəkkür edib dedi:
- Nə yaxşı gəlmisən? Neçə vaxtdır gəlmirdin.
Dərya babanın bu halda olduğunu görüb ondan çərpələng istəməyə dili gəlmədi. Əvvəlcə demək istədi, lakin yenə vaz keçdi. Eldar baba dedi:
- Mənə görə narahat olma, mən 1-2 günə özümə gələrəm. Onsuz da havalar istidir. Tez düzələrəm. Sən de görüm, niyə gəlmisən?
+ Heç nə baba elə belə. Dedim səni ziyarət edim. İndi gedim. Anam narahat olar.
- Yaxşı qızım get. Amma nə vaxt köməyə ehtiyacın olsa, çəkinmə, gəl de!
Dərya evə yola düşdü.Özünü pis hiss edirdi. Çərpələng xəyalları suya düşmüşdü.
... Ertəsi gün məktəbə gəldi. Araza əhvalatı danışdı. Araz olanlara üzüldü. Dedi:
- Bəlkə biz də kömək edək. Birlikdə daha tez hazırlayarıq, babaya da daha az zəhmət olar.
+ Nə bilim, onu o halda görəndə heç dilim gəlmədi ki çərpələng istəyim. Ya da gəl gedək, bəlkə indi sağalıb, özünə gəlib?
- Axır mən dediyimə gəldin də grinning
Onlar dərsdən çıxanda birlikdə Eldar babanın yanına gəldilər. Doğurdan da Eldar baba dünənkinə nisbətən daha sağlam idi. Uşaqlar salamlaşdılar və çox uzatmadan gəlişlərinin səbəbini izah etdilər, və kömək istədilər. Eldar baba gülüb dedi:
- 2 gün ard-arda gəlməyinin bir səbəbi var imiş Dərya. Çalışaram sabaha qədər hazırlayım.
Uşaqlar sevindilər. Babaya təşəkkür edib yola düşdülər. Dərya ilə Araz aram-aram getməyə başladılar. Araz dedi:
- Çərpələng uçurtmaq yəqin ki böyük bir zövqdür. Hələ səninlə uçurtmaq...
+ Hə bilirəm, mənimlə uçurtmaq bir başqadır relaxed ,- deyə Dərya başını aşağı salıb gülümsündü. Bu anda Araz da başını aşağı saldı,güldü. Sonra özünü toplayıb dedi:
- Bizim məktəbi qurtarmağımıza 1 il var. Məktəbi qurtardıqdan sonra mən Türkiyəyə oxumağa gedəcəyəm. Və səni bir daha görməyəcəyəm deyə çox üzülürəm açığı. Deyirəm bəlkə münasibətimizi daha da möhkəmləndirək?
+ Necə yəni möhkəmləndirək? Onsuz da yetərincə möhkəm deyilki dostluğumuz?
Araz bu an nə deyəcəyini bilmədi. Bir anda tutuldu Bu cavabı gözləmirdi. Sanki o Dəryaya başqa bir şey başa salmağa çalışmışdı. O isə başa düşməmişdi.
+ Araz? Noldu cavab vermədin?!
- Hə əlbəttə, dostluğumuz möhkəmdir. Lakin mən...
Bu an Dəryanın bacısı onu qapının qarşısında səslədi:
- Bacı nəhayət gəldin! Anam çox nigaran idi, bacı,gəl içəri gəl.
Burda Dərya Araz ilə sağollaşdı:
- Hə Araz danışdığımız kimi, sabah Eldar babadan çərpələngi alıb birbaşa məktəbə gedərik. Ordan da gəzintiyəə..Off, çox həyəcanlıyam!
+ Məndə! Axı sabah böyük gündür blush

Dərya evə girdi. Xəstə anası yerdə uzanmışdı. Dərya anasını yerdə çarpayıda, belə halsız halda görəndə çox heyrətləndi.:
- Ana, sənə nə olub? Xəstələnmisən yoxsa?
+ Qəmər,qızım,bacın yorğundur yəqin. Mən qalxa bilmirəm sən ona çay gətir.-deyə anası zəif səslə Qəmərə səsləndi.
Qəmər Dəryaya dedi:
- Bacı anam yaxşı deyil, hamamdan çıxanda özünü soyuğa verib yəqin. Sən yox idin, bir gücnən qulluq edirdim. Axır gəldin gəl kömək elə anamızın ayağın yuyaq. Eee nə deyirəm e mən. Yaxşı, sən keç otur hələ sənə çay gətirim,sonra.
Dərya bunu eşidib çox pis oldu. Əvvəlcə anasına çay-çörək gətirib onu təmin elədi. Sonra anasının yanına əyləşdi və dedi:
+ Ana sənə bir şey deyəcəm.
- De qızım.
+ Ana, sabah məktəb üzrə meşə gəzintisi var. Getməyimə yəqin ki icazə verərsən.
Bunu eşitcək Qəmər o biri otaqdan səsləndi:
- Həə,həə əlbəttə...Axı sən göydən zənbillə düşmüsən?! Mən sırf anam xəstədir deyə getmədim. Həm də mən balacayam, bu cür gəzib görməyə səndən daha çox ehtiyacım var. Mən getmirəmsə sənin getməyin biraz haqsızlıq olardı CANIM!
Dərya heç nə demədi. Sual dolu nəzərlərlə anasına baxdı. Anası susurdu. Dərya deyəsən cavabını almışdı. İxtiyarsızca gözündən yaş töküldü,başını aşağı saldı. Səssizcə qalxıb getmək istəyərkən anası taqətsiz halda onun qolundan tutub dedi:
- Otur..
Dərya gözünün yaşını silib oturdu. Ana dedi:
- Qızım, mən illər əvvəl atanı nəyə görə itirdim, bir yadına sal.. Maşın qəzası elə deyilmi? O lənətə gəlmiş maşın illər əvvəl sənin atanı məndən aldı, bizdən aldı. İndi sən deyirsən ki gəzintiyə getmək istəyirəm. Tur gəzintisi. Başınızda mən yoxkən deyil müəllimlər, ən güvəndiyim insana belə əmanət edə bilmərəm sizi. Həm də ikinizi. Siz mənim tək dayanacağımsız. Həyatda yeganə varlığım sizsiz. Sizi də itirsəm mən artıq yaşaya bilmərəm..-bu əsnada ananın gözləri doldu. Dərya xəstə anasını qırmaq istəmədi. Vəziyyəti görüb cəld ayağa qalxdı və gülümsündü:
+ Yaxşı anacan, sən necə istəyirsənsə elə olsun. Bax, getmirəm, heç yerə getmirəm burdayam. Gülümsə, artıq ağlama. Sən ağladıqca mən də pis oluram.
Ana gülümsündü "Yaxşı ki siz varsız, yaxşı ki məni başa düşürsüz.."
- Sən də yaxşı ki varsan ana- deyən Dəryanın üzündə çiçəklər açırdı.. Saxta çiçəklər...!
Dərya otaqdan çıxdı. Bir bucağa çəkilib, əlini üzünə tutub hönkürtüylə ağladı. Səbəbsizcə! Özü də səbəbini bilmədən..
Anasının xəstəliyinəmi?.. Ya atasının illər əvvəlki faciəvi ölümünə? Bəlkə də çərpələng xəyallarının məhv olmasına ağlayırdı qızcığaz?..


ARDI VAR...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.