Bizi Qovuşduran Çərpələng - Hekayə ( 3. Bölüm )

14 Nisan 2017
3 416
0
Bizi Qovuşduran Çərpələng - Hekayə ( 3. Bölüm )
İndi sizə kimdən deyim?- Dəryadan..
Dərya.. Məktəbi bitirməyinə 2 ay qalmış, gözlənilmədən kirayə qaldıqları evdən atıldıqları üçün təhsilini yarımçıq qoymaq məcburiyyətində qalmış, ailəsi ilə birlikdə Gəncədəki bibisi gilə köçmüşdü..
Lakin buna baxmayaraq Dərya həkim olmaq xəyallarından heç vaxt vaz keçməmişdi. Buna görə o məktəbə gedə bilməsə də Gəncədə daima dərslər üzərində çalışırdı. İlin sonunda 11-ci sinfi bitirənlər üçün imtahan olacaqdı. Bakıdakı qonşuları Gülər xala Dəryaya zəng edib imtahan vaxtını demişdi.
Çox uzatmadan nəticəyə gəlməli olsaq;
Gəncədə olsa belə dərslərindən uzaq qalmayan, daima çalışan Dərya, bu əməklərinin mükafatını almışdı: İmtahanı yazaraq instuta qəbul olmuş və həkimlik kursunu oxumuşdu.

8 il sonra...


Bakının küçələrindən birində, maşın yolu ilə balaca, 6-7 yaşlarında bir oğlan uşağ tək başına qaçırdı. O, arada bir dayanıb təşvişlə sağa-sola baxır, ağlayır, sonra yenidən bilmədiyi istiqamətdə qaçmağa davam edirdi. Görünür, o kimisə axtarırdı. Uşaq çarəsizcə əlini üzünə aparıb ağlayırdı:
- Ana, ana..!
Deyəsən o valideynini hardasa itirmişdi. Uşaq ayaq saxladı. O, yolun o biri qırağına keçmək istəyirdi. Yolun kənarında bir az gözlədi ki maşınlar dayansın. Lakin qəflətən külək uşağın başındakı kepkasını devirib maşın yoluna atdı. Uşaq çaşdı, kepkasını götürmək üçün ixtiyarsızca yola atıldı. Elə bu an sürətlə gələn maşın uşağı yolun o biri qırağına atdı...
Ətrafdakı insanlar tez bura yığılışdı. Maşının sahibi də maşından endi. Yazıq balaca uşaq qan içində səkiyə yıxılmışdı. Təcil yardım xidmətini çağırdılar. Görünüşə baxılsa, kimliyi bəlli olmayan bu uşağın vəziyyəti heç yaxşı deyildi. Təcili yardım xidməyi gəldi. Uşağı xələyə qoyub apardılar.

* * *



- Yol verin, yol verin Xahiş edirəm yol açın!
Balaca uşağı xəstəxanaya gətirdilər.
- Təcili əməliyyat otağını hazırlayın. Yaralanmış uşağı əməliyyat otağına aparırlar. Çox qan itirmişdi. Nəticədə, 6-7 yaşlarında bir uşağın bu cür yol qəzasına dözə bilməsi- həyatda qalması asan deyildi..

...Əməliyyat bitdi.
Uşağı bir müddət gözlətdikdən sonra palataya yerləşdirdilər. Baş cərrah tibb bacısını yanına çağırdı:
- 7-ci palatada yerləşdirilmiş xəstə uşağa nəzarət elə. Valideyinləri yoxdur, daha doğrusu ortalıqda yoxdur. Uşaq ayıldıqda ondan lazımi məlumatları al.
Tibb bacısı cərrahın tapşırığına əməl etmək üzrə yola qoyuldu. O əvvəla palatanın pəncərəsindən uşağa yazıq nəzərlərlə baxdı. O, yataqda yatan yaralı uşağın tək başına qalmağına, üstəlik gözlərini açanda anasını görə bilməyəcəyini düşünüb kədərlənirdi.
Tibb bacısı, həkim otağına gəldi. Şkafı açdı..Günlük, xatirə, ailə şəkilləri...Və çərpələng!..
O, çərpələng ehmalca şkafdan çəkib çıxartdı. Göy üzünü xatırladan mavi rəngli, çəhrayı çiçəkli bir çərpələng və üzərində təntənəli hərflərlə yazılmış

"A.D"

...
Bəli, Araz,Dərya.
İllərlə bu çərpələngi özündə xatirə kimi saxlamış, uşaqlıq illərini, uşaqlıq illərindəki o ən yaxın dostunu- Arazı heç vaxt unutmamış- Dərya!
Dərya xəyallarını gerçəkləşdirməyi bacarmışdı. Bəli, həkim ola bilməsə də tibb bacısı olmuşdu. Bakıda, qazandığı pulla yeni bir ev almış və ailəsi ilə burda yaşamağa başlamışdı. Və bilinənin əksinə, o bu yaşa qədər daim Arazı axtarmış, sorğulamışdı. Ondan geriyə isə sadəcə çərpələng qalmışdı.
Tibb bacısı- Dərya çərpələngi götürüb uşağın yanına gəldi. Uşaq gözlərini açdı:
- Mən, mən hardayam? Bura haradır?
+ Sakit ol, sakit. Necəsən, yaxşısan? Bir yerin ağrımır ki?
- Axx.. Mən, mənim belim ağrıyır. Noldu axı mənə. Anam hanı?
+ Təlaşlanma, kiçik bir qəza keçirdin. Maşın qəzası. Yadında deyil?
- Qəza?! Həə, qəza! Yadıma düşdü. Bəs, bəs mənim kepkam hanı?..
+ Kepka? Nə kepkası?
- Kepkam yola düşdü, mən də onu götürmək üçün yola atıldım. Elə o an...
+ Sən bu an kepkanımı düşünürsən?- deyə Dərya güldü.- Onu boş ver, sənin valideyinlərin haradadır?
- Mən dayımla bazarda idim. Bazar çox qarışıqlıq idi. Mən o əsnada dayımı itirdim. Bazarı axtardım amma tapa bilmədim. Mən də bazardan çıxıb evə getmək istədim. Amma yolu bilmirdim. - Balaca uşaq dedi.
+ Bəs harda qaldığını təxmini bilirsən?
- Yox.!
+ Bu arada,sənin adın nədir?
- Samir. Sənin?
+ Dərya.
- Sən məni niyə sorğu- suala çəkirsən?
Dərya cavab verdi:
+ Mən bilməliyəm ki sən harda yaşayırsan. Valideyinlərin yəqin indi təlaşlanıblar. Onlara bir yolla sənin burda olduğunu xəbər vermək lazımdır.
- Həə başa düşdüm. Off dayıı..off - deyə balaca Samir yavaşca fısıldadı.
+ Dayına niyə ufuldayırsan ki? Günah ki səndədir? Bu cür məqamlarda gərək yanındakı adamın əlini buraxmayasan. Görürsən, adamın başına necə işlər gəlir?!
- Bilirəm, mən dayımı çox istəyirəm. Hətta bilirsən, dayımla eyni evdə qalırıq bir neçə vaxtdır ki.. O başqa ölkədə yaşayırdı. Bizi görmək üçün Azərbaycana gəldi.
A aa.. Ordakı nədir? Yoxsa.. Yoxsa o çərpələngdir?- deyə Samir barmağıyla çərpələngi göstərdi.
Dərya geriyə çevrilib çərpələngi götürdü və dedi:
- Hə çərpələng. Bunu gətirdim ki sənə göstərim. Hətta...Hətta istəyirsənsə götür. Götürə bilərsən..!
+ Çoooox sağ oooll. Dayım da çərpələngi çox sevir. Dayımla birlikdə uçurdacağıq. Dediyinə görə uşaq vaxtı özünə aid çox qəşəng bir çərpələngi olub. Alınma çərpələng deyil ha! Evdə hazırlanmış çərpələng. Təsəvvür elə də!..
Dərya Samiri dinlədikcə özü də fərqinə varmadan yavaş-yavaş gözləri dolmuşdu. Həzin səslə dedi:
- Çərpələng.. Sənin dayının əhvalatı mənə lap uşaqlığımı xatırlatdı. Demək dayın çox sevir hə? Apar ona.. Birlikdə uçurdarsınız. Daha mən neyləyirəm ki bu çərpələngi.. Özümdə saxladıqca köhnəlir, gözəlliyini itirir. Bu arada, dayının adı nədir?
+ A.. Araz.. Dayımın adı Arazdır.!
Dərya oturduğu yerindən qalxdı. Nitqi tutuldu. Heç nə deyə bilmədi... O bu cavabı gözləmirdi. Gözlərində, heyrət, həyəcan, eyni zamanda xoşbəxtlik qığılcımı görünürdü...


Ardı Var...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.