Lənətlənmiş gəlinlik Bölüm 1-dəli yoxsa ağıllı

28 Nisan 2018
4 876
0
Lənətlənmiş gəlinlik Bölüm 1-dəli yoxsa ağıllı

Deyirlər ki bir kənd vardı. Bu kənddə qədimdə canavarların yaşadığı və insanların canavarları yandırması haqqında hekayələr dildən dilə yayılmışdı. Rəvayətə görə canavarlar yandırılıb kökləri kəsilmişdi. Yalnız bir nəsli qalmışdı. Onlar da gecələr dolaşır meşələrdən hərdən evlərə gəlir qoyun quzunu parça parça edirdilər. Amma insanlara zərər vermirdilər. Bütün bunlara baxmayaraq kənd sakinləri canavarlardan ehtiyyat edirdilər . Kənddə qorxudan hər kəs tezdən qapı pəncərəni bağlayır, uşaqlarını tez yatızdırdılar. Rəvayəti öz babalarından eşidənlər gəlinlik haqqında da sirri bilirdilər qorxudan qızlarına gəlinlik geydirmirdilər. Qorxurdular ki növbəti qurban onların qızları olar. Bəziləri elə düşünürdülər ki bəlkə qızlarını bu kənddən uzaqlaşdırsalar qızları bu lənətdən qutarar. Amma zaman keçdi nəsillər dəyişdi və bu rəvayət unuduldu. Beləcə hər kəs həyatına davam edirdi. Amma bir gün sonuncu gəlin toyu günü yoxa çıxdı. Yaxınları onun gəlinliyini tapdı. Artıq hər kəs onun ölümünə inanırdı. Onu nə qədər vaxt axtardıqdan sonra tapmayanda artıq ölümü ilə razılaşıb axtarmaqdan əl çəkdilər. Yalnız bir nəfər onun ölümü ilə razılaşmamışdı.

**************
Psixoloq Vahid : adını və soyadın?
Səbinə: Səbinə Məmmədova
Vahid: yaşın?
Səbinə: 22
Vahid: hə eşidirəm problemin nədi?
Səbinə: mənim problemim dostumu tapmaqdır.
Vahid: niyə
Səbinə:dostum itib.
Vahid: necə olub mənə danışın.
Səbinə: danışsam da mənə inanmayacaqsınız.
Vahid: siz danışın bəlkə inandım.
Səbinə: hər kəs belə deyir.
Vahid: siz danışmadan bilə bilməsiz axı
Səbinə: yaxşı sizə hər şeyi danışacam.
Səbinə: Bu hadisə bir ay əvvəl baş vermişdi. İnsanlara çox güvənmirəm. Amma bir dostum var idi ki ona özümdən çox güvənirdim. Onun toyuna az qalmışdı. Biz gəlinlik almaq üçün çıxmışdıq. Amma o bizim ilk gördüyümüz köhnə tərtibatlı mağazaların birinin qabağında durub gəlinliyə baxırdı.
. Burda köhnə əşyalar, paltarlar satılırdı. Amma dostum nədənsə vitrində gördüyü ilk gəlinliyi bəyənmişdi...... Ondan sonra Jalə tez-tez gəlirdi. Onunla danışıram amma heç kəs onun sağ olmasına inanmır.
Vahid: əminəm o sağdı, mən sizə dərman yazacam, iynə yazacam....
Səbinə həkimin sözünü ağzında qoyaraq ayağa qalxdı.
Səbinə: bilirdim mənə inanmayacağınızı bilirdim.
Vahid:inanıram
Səbinə: inanmırsan yoxsa dərman niyə yazırsan hə.
Vahid : sakitləşməyinizi istəyirəm sadəcə.
Səbinə daha da əsəbləşdi. Həkimin kabinetindəki dərnanları bir bir üstünə atırdı. Bu an qışqıraraq söyləyirdi:
Səbinə: al sənə dərman, al sənə iynə, al sənə sakitləşdirici.
Qızının səsinə otağa gələn Ülviyyə nə baş verdiyini anlamağa çalışırdı.
Ülviyyə: nə baş verir.? Həkim hardadı?
Səbinə: bax qorxaq stolun altındadı .
Həkim stolun altından : sizin qızınıza psixiatr kömək edə bilər. Ona bir söz demək olmur. Adamı öldürər beləsi.
Ülviyyə : mənim qızım dəli deyil gedək qızım
************
III gün sonra. Xəstəxanada.
Ülviyyə: bu dəfə yaxşısıdı.
Səbinə həmişə eyni şeyi deyirsən.
Ülviyyə: gir qızım bax bu axrıncıdı.
Səbinə : yaxşı ana daha heç bir psixoloqa gedən deyiləm .
Səbinə həkimin otağına daxil olur.
Fuad: buyurun şikayətiniz nədir?
Səbinə: dostum itib onu hər gün görürəm amma heç kəs mənə inanmır.
Fuad: həmin günü sarsıntı keçirməmişdiniz?
Səbinə: əslində hər şey belə olmuşdu..... Sonra Jalə gəlinliyi əynində yoxlamaq istədi. Bu zaman çiynimdə bir əl hiss etdim. Qarşımda qoca qarı var idi. Görkəmi geyindikləri paltarları köhnə idi. Mənə baxarkən o qorxunc göy gözləri məni titrəməyə səbəb olmuşdu. Ondan uzaqlaşmaq istəyirdim. Amma onun sözlərini eşitdikdə daha çox qorxdum. Dostumun gəlinliyi haqqında nələrsə danışdı. Gəlinliyin lənətli olduğunu dedi. Onun vaxtı çatanda aparacağını dedi.
Fuad: sizdə buna inandınız?
Səbinə : dostum həqiqətən yoxdu itdi?
Fuad: yəqin siz depresiyadasınız stresdən bütün bunları ağlınızda qurmusunuz.
Səbinə: yəni mənə inanmırsınız.
Səbinə: yəni mənə inanmırsınız.
Fuad: mən elə demədim.
Səbinə əsəbləşib qapını çırpdı.
Səbinə: ana gedək burdan.
Ülviyyə təşvişə düşmüşdü nə baş verdiyindən xəbərsiz idi.
Ülviyyə: qızım nə oldu.
Səbinə: Polad əmigilə(Jalənin atası) gedəcəm mənə tək o inanır.
Ülviyyə: getməyəcəksən.
Səbinə isə anasının sözüə baxmadan xəatəxanadan çıxdı.
Səbinə Jaləgilə çatdı. Səbinə atasız böyüdüyü kimi Jalə də anasız böyümüşdü. Atası ona həm ata, həm ana olmuşdu. Jalənin atası Polad qızının itkin düşməsindən bir müddət sonra infakt keçirmişdi. Yazıq kişinin dodağı əyilmiş, gözlərindən biri isə kiçilmişdi. Bu bir ay da arıqlamışdı da. Bir ay əvvəl qızının toyunda yaraşığlı olmasına, cavan qalmasına görə hər kəsin paxıllıq etdiyi bu kişi bu bir ayda elə bil neçə yaş qocalmışdı. O Səbinənin gəldiyini görüb uşaq kimi sevinmişdi. Çətinliklə danışsa da Səbinə ilə danışmağa cəhd göstərdi.
Polad: qqııızıım xxoooooooş gəəll gəəll din.
Səbinə: salam Polad dayı.
Polad: qııız ıımmm Jjaaləəə dəənnn xəbbbərr yoxxduuu.
Səbinə : yox amma mütləq onu tapacam.
Polad: çççooooooooo çooooo xx saaağğ sağğğ ol qızzımmm.
Səbinə: dayı səni görməyə gəlmişdim. Sən evdə tək deyilsən də sənə baxmaq üçün tutduğum qadın burdadı.
Polad: baaa baaa bağğğ baağğ ççaa dad dadı.
Səbinə: dayı mən gedirəm ama yenə gələcəm.
I il sonra
Yenə o yay gecələrindən biri idi. Hər yer qaranlığa bürünmüşdü. Cırcıramaların səsi eşidilirdi. Bu gün xüsusilə seçilirdi çünki bu gün dolunay vardı. Həmişəki kimi pəncərədən həyətə baxmağı sevən Səbinə yenədə öz adətində idi. Pəncərədən həyəti izləyirdi. Gecənin qaranlığında uzaqdan bir nəfərin olduğunu gördüyünü sanmışdı Səbinə.Havanın qaranlıq olması gördüyü şəxsin kim olduğunu ayırd etməyə imkan vermirdi ona. Amma kimsə gördüyünə əmin olan Səbinə həqiqətən nə gördüyünü dəqiqləşdirmək üçün tez həyətə düşdü. Aydın görə bilmək üçün ona tərəf getdi. Ona elə gəlmişdi ki bu Jalədi. Gördüyü mənzərə qarşısında donub qalmışdı yazıq qız.
Tükləri bomboz, gözləri al qan olan bir canavar vardı qarşısında.Bu bir yırtıcı idi və onun qəddar baxışları Səbinəni qorxudurdu. Bütün bədəni tir tir əsməsinə baxmayaraq heç nə edə bilmirdi. Qanı damarında donmuşdu. Nəfəs almağa çalışır amma sanki boğulurdu. Ani bir hərəkəti bu yırtıcının yeminə çevirəcəkdi onu. Yavaş yavaş arxaya dönürdü. Düşünürdü ki, bəlkə nəsə tapib onunla vura bilər yırtıcını. Geriyə çevriləndə isə artıq qarşısında heç nə yox idi. Düşünürdü ki bəlkə mən heç nə görməmişəm sadəcə bu aralar çoxmu fikirliyəm. Sorğu suallarla qarşı qarşıyaykən. Həyətdəki skamyada oturmağa qərara aldı. Burda oturub düşüncələrə dalarkən yuxuya getmişdi. Gözlərini açdıqda yeni bir şok yaşamışdı. Qarşısında Jaləni görmüşdü. Onun üz gözünə toxunur qucaqlayır amma yenə də inana bilmirdi ki bu Jalədi.
Səbinə:- Jalə bu həqiqətən, sənsən? Gözlərim mənə həqiqətimi göstərir. Sən yaşayırsan. Mən sənin sağ olduğunu deyirdim amma heç kəs mənə inanmırdı
Səbinə bir tərəfdən ağlayır bir tərəfdən onu bərk-bərk qucaqladı. Onun saçlarına üzünə əl vurur bir daha onu bağrına basırdı. Bu həqiqət idim inanmaq çətin idi ona
Can fəşanlığa düşən Səbinə bu qədər sevdiyi dostunda Jalədə bir soyuqluq hiss etdiyi zaman əlbəttə təəccüblənmişdi. Həmişə deyib gülən qız indi cox sakitcə dayanmışdı. Səbinə ona diqqətlə baxdıqda isə onun üzünün bəmbəyaz olduğunu hiss etmişdi. Bəs niyə belə idi axı onun heç gözlərində də həyat izi yoxdu. Sanki canlı meyid idi. Səbinənin diqqətini daha bir şey də çəkdi.
Səbinə: Canım dostum səni bu lənətdən qutaracam. Səni belə görmək məni öldürür. Mənimlə gəl evə gedək hər şey düzələcək.
Jalə:məndən uzaq dur məni axtarma. Bu sənə 1ci və axrıncı xəbərdarlığım olsun
Jalə bunu deyərkən çox sakit idi. Hissiz, ruhsuz idi sanki bu qız.
********************
- Yox getmə səni qutaracam deyə qışqırırdı.
Qızın səsinə həyətə düşən Ülviyyə qızını yenə skamyada göz yaşları içində tapdı.
Ülviyyə: qızım yenəmi Jaləni gördün?
Qızım bu gəlinlik bu evdə olduğu müddətdə sən bu yuxuları çox görəcəksən. Mən onu yandıracam bu dəqiqə.
Səbinə: Ana mənə inan bu dəfə həqiqətən gördüm yuxu deyildi. Nolar o gəlinliyə heç nə etmə. Hələ vaxtı deyil ana. Vaxtı gələndə mən onu öz əlimlə yandıracam.
Anası Səbinəni qucaqladı: Qızım sənin üçün çox narahatam. Artıq Jalənin ölümündən bir il keçib ama hələ də sən hər gün onu yuxuda görürsən.
Səbinə:Anacan, atamı itirəndə hələ 7 yaşım vardı, sən mənə həm ata, həm də ana oldun. Gənc yaşında hər çətinliklərə qatlaşdın. Bu gün əgər bizim nəyimiz varsa hamısı sənin sayəndədi. Bu qədər narahatlığını anlayıram. Amma narahat olma ana. Bu yuxulardan qurtulmağında yolunu tapacam, bunu deyib anasını qucaqladı.
İkisi də göz yaşlarına hakim ola bilmədi. Bəs Ülviyyə bu sözlərlə rahat olmuşdumu? Yox, əllbəttə narahat idi. Amma qızına kömək edə bilmirdi nə edirdisə də xeyri olmurdu. Səbinə bs yazıq qıza heç kəs inanmırdı. Hamı artıq onun xəyal gördüyünü düşünürdü.
Bes o qoca qadın o hardaydı. O qadın ki bəlkə də bütün bunlara səbəb olan insan. Səbinə bir il idi onu axtarırdı. Onu nə qədər axtarsa da tapmamışdı. Bütün axtarışlar boşunamıydı. Dostunu yalnız onun köməyi ilə qurtara bilərdi. Həmin günü və dostunu yadına saldı bir anlıq Səbinə. Bu qədər tutulan arzuları bir-birlərinə verdikləri sözləri. Belə dostluqlar az tapılırdı. Səbinə fikirləşməkdən dəli olurdu. İnsan sevdiyi birini qutarmaq üçün heç nə edə bilməməsi çox pis hisdi. Sevdiyinizi əlinizdən alırlar və sizdə buna yalnız seyirci qalırsınız.
Yuxuda gördükləri yadına düşürdü və birdə Jalənin sözləri anasından gizlətdiyi o sözlər:
- məndən uzaq dur. Bu 1ci və sonuncu xəbərdarlığımdı.
- Qurtacam səni.
- istəmirəm qurtarmağını mən bu həyatı seçmişəm başa düş
- Niyə belə edirsən hə cavab ver.
Elə bu an Jalə yoxa çıxmışdı. Səbinə isə qışqırırdı
- Yox getmə mən səni qurtaracam.
- Yox getmə mən səni qurtaracam.
Qutaracaqdı ama necə o qarını necə tapacaqdı. Həmin qarı hansı ki ona xəbərdarlıq etmişdi.
Bu gəlinliyin lənətli olduğunu demişdi. Hər şey tam 1 il əvvəl baş vermişdi. Bütün baş verənlər hamısı keçən yazın acı xatirəsindən Səbinənin kabusunə çevrilmişdi. Həmin günü Jalə və Səbinə görüşüb gəlinlik almağa gedirdilər. Jalənin yaxın zamanlarda toyu olacaqdı. Onlar gəlinlik mağazasına girib gəlinlikləri seçirdilər. Dostu bir gəlinliyi seçdi. Onu əynində yoxlamağa getdi. Səbinə çiynində bir əl hiss etdi. Çevrildikdə arxasında qoca qarı gördü. Bu qarının üzündə yalnız qəzəb yağırdı. İnsan ona baxdıqca qorxuya düşürdü. Qarı Səbinəyə üzünü tutub dedi:
- Demək 7ci qurban hazırdı. Gəlinlik öz qurbanınını seçdi. Dostuna yaxşı yaxşı bax bir neçə gün sonra o da o biriləri kimi gelinliyin qurbani olacaq. Sadəcə bir neçə gün gözlə onu almağa gələcəm. Amma məsləhət görürəm gəlinliyə heç nə etmə nəsə etsən. Dostun əziyyət çəkəcək. Bu onun taleyidi nə etsən xeyri olmayacaq.
-Siz ağlınızı itirmisiz menim dostum niyə qurban olsun?
-Bilirəm mənə inanmırsan amma sonra məni çox axtaracaqsan amma məni tapmaq o qədər asand deyil indi isə get dostuna bax gəlinlik ona çox yaraşıb, gəlinliyin niyə onu seçdiyi məlumdu.
Səbinə Jaləyə baxdı həqiqətən bu gəlinlik ona çox yaraşmışdı. Jalə dedi:
- Bax gör gəlinlik mənə necə yaraşıb?
- Mənim dostuma nə geysə yaraşır?
- Bu gəlinliyi görəndə sanki ovsunlandım. Burda ondan başqa heç nəyi gözüm görmədi. Sanki gəlinlik məni öz növbəti qurbanı elədi.
- Necə yəni nə demək istəyirsən? Bu sözləri deyərkən Səbinə çox narahat idi.
Bir anlıq özünü itirən Jalə tez sözlərini düzəltməyə çalışdı.
- Həmişə aldığımız şeylər bizi ovsunlayır demirik? İndi yenə gəlinlik haqqında da o sözləri deyirəm də sən niyə belə narahat oldun ki?
- Bir dəqiqə gözlə.
Səbinə arxaya tərəf çevrildi. Baxdı ki həmin qarı yoxdu. Amma bu necə ola bilərdi axı Səbinə fikirləşirdi ki axı elə indicə o elə burdaydı
Mağazadan çıxıb ətrafa baxdı amma burda da heç kəs yox idi. İçəri girdi. Jalə onun hərəkətlərinə təəccüblənmişdi.
Jalə : nəsə olub niyə bir içəri girirsən bir çıxırsan.
Səbinə dostuna heç nə bildirməməyə çalışırdı.
Səbinə: yox əlbəttə gəlinliyi bəlkə dəyişəsən artıq.
Jalə gəlinliyi çıxarmağa getmişdi. Səbinə də elə bu fürsəti gözləyirdi. Jalə gedən kimi satıcıdan qarını soruşdu.
- Bayaq mənlə danışan qadını görmədiniz hara getdi?
- Siz bayaq öz özünüzə danışırdız. Amma sizə demədim arxanız mənə tərəf idi deyə əmin deyildim. Dedim bəlkə telefonla danişirsiz. Səbinənin rəngi qaçdı. Bunlara inanmaq çətin gəldi. Birdən Jalə gəldi. O dedi:
- Səbinə nolub rəngin qaçıb?
- Heç nə səhər yemək yeməmişəm deyə beləyəm.
- Axı bir az əvvəl yaxşı idin.
- Təzyiqim düşdü.
- onda gəlinliyi götürüb tez çıxaq.
- yaxşı
Sonra onlar gəlinliyi alıb mağazadan çıxdılar.
Jalə dedi:
- Gəl gedək bizə həm sən yaxşı nahar etməmisən bizdə edərsən.
- Yox mən evə getməliyəm. İşlərim var.
- İşlərin belə vacibdi? Dostundan da?
- Canım söz bir saata gəlirəm.
- Yaxşı.
Səbinə birdən birə dostunu bərk qucaqladı. O çox narahat görünürdü.
.Jalə: - Bu gün sənə yüz faiz nəsə olub....
Jalə taksiyə minib getdi. Səbinə isə yenidən həmin magazaya qayıtdı. Onlardan mağazanın kameralarına qeyd olanları görmək istədiyini bildirdi. O kameralara baxdıqdan sonra heyrət içində idi. Yəni həqiqətən o qadını görmüşdü onla danışmışdı yoxsa hamısı dostunun toy stresindən yaranmışdı . Ama bu barədə dostuna heç nə deməyi düşünmürdü. Həm necə deyəcəkdi. Jalə sənin gəlinliyin lənətlidi bunu mene qoca qarı dedi və sonra yoxa çıxdı onu məndən başqa heç kes görə bilmədi. Bu sözlər heç inandırıcı deyildi.
**********
......... Səbinənin anası içəri daxil oldu bir qutunu onun stolunun üstünə qoyub dedi:.
- Gör evi yığışdıranda nə tapdım.
- Bu nədi?
- Aç bax
Səbinə qutunu açanda sevincdən uçdu - Bu ki
- he bu atanın sənə uşaqlıqda oxuduğu kitablardı. Bunları oxu bir az başını qarışdır. Fikirlərdən beynin ayrılsın o gəlinliyi də heç olmasa bir yerə qoy gözümüzün önünə qoyma bax yandırma dedin yandırmadım ama peşman eləmə.
- yaxşı ana.
Səbinə otaqda oturub atasının ona oxuduğu kitablara baxdı. Bir kitab onu cəlb etdi üstündə yazilmişdi 7 qurban və lənətlənmiş gəlinlik. Kitabi açanda içərisindən məktub düşdü. Üstündə yazılmışdı "Qızıma" məktubda yazılmışdı əziz qızım sən bu məktubu oxuyursansa deməli mən bu heyatda yoxam amma qəlbim həmişə səninlədi. Bu kitab sənə kömək edəcək. Yadındadı sənə həmişə burdakı gəlinlərin hekayələrin danışırdım amma necə xilas olacağın demirdim. Bunu sen zamanı gələndə öyrənəcəksən və onları sən qutaracaqsan demişdim Artıq zamanı gəlib. Sən onları qurtarmalısan...

Yazar: Nana

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.