Məcburiyyət (bölüm 1)^^

03 Kasım 2014
1 765
0
Məcburiyyət (bölüm 1)^^
Məcburiyyət (bölüm 1)^^

- Bax gör kim gəlir.
- Kimdi ki?
- Tanımadın?
- Yox.. Ümumiyyətlə tanımıram
- Sənin, mənim və burada çalışanların çörəyini yediyi şəxs.
- Anlamadım. Sinan bəy deyil buranın rəhbəri?
- Onun oğludur, Kənan. yəni buranın tək varisi, yəniii....gələcək sahibi.
- Aaa belə de.. Dərdindən dəli divanə olduğun adam bu imiş demək.
- Özüdə necə dəli.. Məcnun olmuşam xəbəri olan yoxdur.
- Birdən leyli olarsan ha ? Məcnun o olar.
- Yox.. Elə düz dedim. Məcnun. O Məcnun olacaq adam deyil.
Məcburiyyət (bölüm 1)^^- Niyə?
- Adamın aşiq olmaq anlayışı ancaq yataqdır.
- Ayşə, ayıb olsun.
- Mənə niyə? Ona denən.
- Nəysə bizə qalmayıb bunu müzakirə etmək.
- Ahhh ahhh... nə olardı bir döünb mənə baxsaydı. Bəlkə onun aşiq olacağı qadınam elə xəbəri yoxdur.
- Bəlkə bir gün sevər elə. Ümidini üzmə.
- Sən lağ elə.
- Vallah eləmirəm. Niyə də yox.Məcburiyyət (bölüm 1)^^

- Qızım çox safsan sən də. Sən bir bilsən onun oturub durduğu xanımlar kimlərdir. Ən aşağı səviyyədi ölkəcə tanınmış manken ən yüksək isə özü kimi hansısa holdinq sahibinin qızı. Kimdir mənə baxan onların yanında.
- Vallah gözəllikdə heç də əksik deyilsən.MaşAllahın var.
- Caan sağol.. ahh ahh...
- Yaxşı artıq. əridin getdin. Adam sevə bilmirsə sənə baxmaması yaxşıdır elə.
Məcburiyyət (bölüm 1)^^- O nə sözdür? Niyə ki? Qoy baxsın. Təki o baxsın.
- Özün deyirsən gündə bir qadın dəyişir. Sənə xəyanət etsə onda necə. Gör necə acı çəkrsən.
- Of Firuzə......Adama xəyanət edəcəksə belə, beləsi etsin. Ha onun dərdindən uzaqdan- uzaqdan baxıb alışıb yanmış, ha da adamla eşq macərası yaşayıb tərk edilib alışıb yanmış. Təki o olsun.
- Ayşə sən dəlisən. Sənə sözüm yoxdur.
- Hə.. onun üzündəndir. Bax da.. gör necə yaraşıqlıdır. Boyuna bədəninə.
- Tövbə -tövbə. Sən get gedə ağlını itirirsən. Amma yenə də ümidini itirmə deyərdim.
- Ehhh... kaş ki. Oğlu mənə aşiq olsa belə atası məni qəbul etməz.
- Sinan bəy? Niyə?Məcburiyyət (bölüm 1)^^

- Gözünü ağı qarası bir oğluna bəsit qızları alan deyil. Mən lap dörd qanadlı mələk olsam belə bu adam məni oğluna heç vaxt almaz. Amma bir şans var
- Nəymiş o.
- Maşınla Kənanı əzmək.
- Nə?!
- O zaman o ağlını itirər və mənimlə evlənməyə razı olar. Gülmə düz deyirəm. Atasına qarşı çıxır, amma bəzən elə inadçı olur ki, atası belə onun yanında heç kim olur.
- Nə qəddar imiş bu adam.
- Nəysə.. sən getdin miqrasiyaya.
- Hə getdim. Yenə bir aylıq izn verdilər.
- Niyə belə edirlər anlamıram. Yəqin İrandansan ona görə .
- Nə bilim. Türkiyədə hər şey belədir. Qayda qanunla.
Məcburiyyət (bölüm 1)^^- Hə, elədir.
- Firuzə, heç demədin necə oldu bura tək gəlib çıxmısan. Ailən, atan anan..
- Bizi gözləyirlər şöbədə.
- Söhbətdən qaçma. Mən elə bilirdim biz yaxınıq.
- Çıxış mətnini yazmışam. Ömər dünən tapşırmışdı.
- O Ömər də öz işini görməmək üçün gələnə gedənə iş tapşırır. Yenə başımı qatma.. Elə mühafizəkar ölkədə, qapalı yerdə ailəndən qopub necə gəlmisən.
- Dedim axı, atam xarici ölkələrlə işlədiyi üçün İranda yaşamırdıq. Tez tez müxtəlif ölkələrə səfər edirdik. O da müasir adamdır. Öz həyatımı qurmaq istəyirəm dedim və buraya gəldim. Buradan isə bir müddət yaşayıb Amerikaya gedəcəyəm.
- Orada çətin səni qəbul edələr.Məcburiyyət (bölüm 1)^^

- Şansımı yoxlayacağam.
- Yaxşı, yaşamaq üçün evi neynədin?
- Tapmışam.
- Yəni bizimlə qalmamaqda inad edirsən
- Ayşə xahiş edirəm.
- Çox tərssən çox. Qızım ağlın İrana getməsin, buralar təhlükəlidir. Hələ qadın üçün.. Allah uzaq eləsin gecəylə başına oyun açarlar xəbəri olan olmaz.
- Yox artıq. Fəlakət kimi qızssan.
- ÖZün bil. Mən sənə görə deyirəm.
- Çox danışdıq. Gəl, gəl gedək.

*****

Məcburiyyət (bölüm 1)^^- Mən gəldim.
- Ooo Kənan bəy.. siz şirkətə təşrif buyurdunuz yəni?
- Sənə də salam ata.
- Salamlıq bir şey yoxdur ortada. Yenə qəzetlərin ilk səhifələrini bəzəmisən. Səhər səhər iştahımı açdın. Al bax
- Mmmm olduqca yaraşıqlı düşümüşəm.
- Allahım... yaraşıqlı deyir hələ. Oğlum 30 yaşına gəlmisən gecə aləmlərindən qız arxasına düşməkdən xilas olmadın.
- Şşşşş o qədər də yox. Mən qız arxasınca düşmürəm. Qızlar mənim arxmaca düşür, hətta qollarıma düşür. Hətta yatağıma...
- Sus! Atan var qarşında! Danışığına fikir ver!
- Nədir ata? Xoş gəlməyən nədir? Bu həyatın qanunudur.Məcburiyyət (bölüm 1)^^

- Mən anlamıram, bu gün, sabah mən bu holdinqi sənə həvalə edəndə neynəyəcəksən. Mən yoruldum artıq sənin arxanca zibillərini toplamağa. Ömrüm boyu çalışıb vuruşmuşam ki, sənə ömrünün sonuna qədər bəs edəcək var- dövlət, ad- san qoyum. Sənin elədiyinə bax. Mən səni özümüzə layiq bir adamın qızı ilə evləndirmək istəyirəm. Sən belə elədikcə kimə ağız açım bimlirəm.
- Ata sən narahat olma. Əlini hansı qızın üstünə qoyursa qoy o qız bir saatın içində ovucumda olacaq. Bax gör. Həm səndə bu ad san bu var dövlət varkən heç kim səninlə qohum olmaqdan imtina etməz. Mən anormal olsam da şikəst olsam da sənə öz qızlarını qızıl məcməyi də təqdim edərlər.
- Mənimlə söz güləşdirmə. Bezdim artıq hər gün qəzetlərlə dava eləməkdən.
Məcburiyyət (bölüm 1)^^- Eləmə o zaman.
- Eləmə? Eləməyim elə? Mən eləməyim hər gün boy –boy şəkillərin dərc olunsun. Oğlum heçmi düşünmürsən özünü. Bu gün sabah ailə quranda övladların olanda necə olacaq.
- Vallah mən ailə qursam belə əməllərimdən əl çəkən deyiləm. Qəbul edən belə edəcək.
- Kənan getmə! Otur yerinə!
- Başım çatlayır, otağımda istirahət edəcəyəm.
- Kənan dedim! Of off!!
- Sağol ata!Məcburiyyət (bölüm 1)^^

Kənan otağından çıxan kimi əlinə kağızlar tutmuş qıza dəydi. Qız əlindəkiləri yerə töksə də ona əhəmiyyət vermədən katibəyə bir iki tapşırıq verib içəri keçdi.
- Heç üzr də istəmədi.
- Fikir vermə. Görünür atasının qəzəbinə tuş gəlib. Səhər şəkilləri qəzetdə dərc olunub. əminəm ki, Sinan bəy danlayıb yenə. Sən əhəmiyyət vermə. Yaxşı qutardın. Dönüb bağırada bilərdi. Ver mənə kağızları get sən, mən sənə imzalatdırıb gönədərəm.
- Hə yaxşı olar. Çox sağolun Selma xanım.
- Buyur qızım.
Kənan otağından çıxıb qadına bağırmağa başladı. Hər ikisi çağın vəziyyətdə onu izləməyə başladılar.
- Bu zəhrimar telefon niyə işləmir? Mən gərək sənin ayağına gələm!
- Bağışlayın Kənan bəy. Mən.. mən dedim dünən, amma
- Amma, amma,amma bezdim sizin bu ammalarınızdan! Nə amma! Min dəfə demişəm mənə bəhanə gətirmə! Demişəm ya yox!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.