Oxuyun

03 Kasım 2014
1 374
0
Oxuyun
Oxuyun


Adamın biri, bir şənbə gecəsi evinə dönürmüş. Birdən 15-16 yaşlarında sevimli bi qızın yolun kənarında avtostop etdiyini görmüş. Adamın da eyni yaşlarda iki qızı varmış. Dərhal avtomobili qızın yanına yanaşdırmış, “Gecə yarısı belə kimsəsiz bir yerdə nə edirsiniz? Bu saatda yolda durarlar?"Qız demiş "Uzun hekayə. Xahiş etsəm məni evimə apararsınızmı?Bura çox yaxındır evim. Bu yaxşılığınızı ömür boyu unutmaram” deyərək arxa kresloya oturmuş. Qızın üzərində qəşəng xoş bir paltar varmış. Evinin ünvanını vermiş. Həqiqətən də yaxınmış ev. Adam evə çatdığında dayanmış, "gəldik xanım” deyərək arxa kresloya dönmüş amma arxada heç kim yoxmuş. Gözlərinə inana bilməmiş . Dərhal avtomobilindən enib evin qapısını döymüş. Ağ saçlı, çox yorğun görünən yaşlı bi qadın açmış qapını. Adam həyəcanla, Mənə inanmayacaqsınız amma yoldan kiçik bi qız götürdüm. Mənə buranın ünvanını verdi amma geldiyimdə....Yaşlı qadın adamı susdurmuş, “Bilirəm, bilirəm” demiş, Sonra da yoxa çıxdı? Bu başımıza ilk dəfə gəlmir. Hər şənbə axşamı eyni şey olur.Məgər qız bir şənbə gecəsi diskodan dönərkən yol qəzası keçirmiş və oracıqda ölmüş. İndi hər şənbə gecəsi qəzada öldüyü yerdən avtostop edib evinə gəlmək isteyirmiş amma bunu bu günə qədər bacara bilməmiş. Qadın bunları izah edərkən adamın gözü pianonun üzərindəki qızın fotoşəkilinə ilişmiş. Bəli, qız eyni qızmış və üzərində də eyni paltar varmış.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.