Yaxşı Dost

05 Kasım 2014
1 597
0
Yaxşı Dost
Yaxşı Dost

Kim demiş köhnələrlə görüşmək olmaz ?.Dostun yenisi var deyə köhnəsini istəməzmisən ?. Yeni evə köçmüsən deyə köhnə məhəlləni, evini görmək istəməzmisən ?. Bilmirəm, bəlkə sizdə fərqlidir, amma mən keçmişimlə , birazda düzəliş etmək lazımsa, köhnə günlərimi və xatirələrimi xatırlamaqla yaşayan biriyəm.Belə yağışlı və durğun günlərdən biri idi..Görüş təklifi etdi.. Uzun-uzun düşünməyə başladım. Beynim lazım deyil, ürəyimsə bir görüşlə heçnə olmaz deyirdi..Bu bilirsiz nəyə bənzəyirdi ?. Siqareti bir neçə ay tərgitmiş adam, öz-özünə çək birini, bir dənəylə heçnə olmaz deyib, yandırır birini və səhəri gün cibində bir qutu siqaretlə gəzməyə başlayır.. Hə, məndə də elə səhəri gün cibimdə bir qutu sevgi gəzdirməkdən qorxurdum, amma ürəyim get görüş, çıxart acısını neçə vaxtlıq həsrətin deyirdi..Bir yandanda Şeytan dürtürdü.. Ona " hə de, hə görüşək de, hə de, hə de " .Heç bilmirəm bu Şeytan yaxşılığa xidmət edir ya pisliyə..Belə uzunca mübarizə getdi beynim və ürəyim arasında..Sonda təxmin etdiyim kimi ürək qalib gəldi..ürəyimin qalib gəldiyini bildiyimdəsə yalnış qərar verdiyimi təxmin etmək çətin olmadı və mən hə, görüşək dedim.. " İncir Rəçəli 2 " filmi olacaqmış..Onu izləməyə gedək dedim. Yəni məsələ görüş deyildə film izləməkmiş kimi çıxsın istədim.. Hər zamanki halı gecikirdi.Biletləri almış onu gözləyirdim. Allah şahidim bir ara qaçmağı belə düşünürdüm.. Zaman keçirdi o gecikirdi.Əsəbləşmirdim niyəsə..dahamı böyümüşdüm?. dahamı olğun olmuşdum, yoxsa dahamı həsrətdim bu görüşə ona görə susurdum, bilmirəm. Bir baxdım uzaqda görünür siması.. Zaman dondu, " mən " adlı varlıq yox oldu, az öncə hər şeyin onun istədiyi kimi getdiyi ürək, sakit döyünməliykən, daha həyəcanlı döyünməyə başladı.. Özüylə bərabər külək gətirirdi sanki..Hiss edirdim soyuq idi, əsirdim..Beynim devrəyə girdi..Sakit ol dedi ürəyimə..özün belə etmisən, özündə qatlan, daha gecdir, özünü ələ al deyirdi.. və o gəldi..quru, ağızlı salam dedik bir birimizə..Filmin göstəriləcəyi yerə doğru irəlilədik.. Yerlərimizi tutduq və film başladı, amma biz heç cürə başlaya bilmirdik..Hamının bildiyi cütlüklər, sevgililərdən deyildik çünki..Məsələn əllərimiz birləşmirdi, bir birimizin popcornlarından yeyib, suyundan içmirdik. Aramızda iki sm, ancaq qəlblərimiz iki km uzağa qaçmışdı..Fikrim filmdə deyildi..Heç özüm də özümdə deyildi.Halil Sezaidə bəzən özümü görürdüm..Onun sevgilisi ölmüşdü ilk hissədə, mən isə sevgimi öldürmüşdüm. sonra bir söz işlətdi filmdə.. Dedi ki, " ən pis ayrılıq ölümlü ayrılıqdır, başqa ayrılıqlar hər halükarda şanslıdır " ..Biran özümü şanslı hiss etdim..Gözlərim doldu..hər iki gözümdə dolan yaşı, imkan olsa məmnuniyyətlə sağ gözümdən sol gözümə atardım..O, sağımda oturmuşdu, görməsin deyə..Belə hallar başıma çox gəldiyindən vəziyyətdən çıxış yolunu bilirdim. İmkan qədər gözlərini bərəldirsən, göz yaşı bəbəyinin içində yığılıb, hər tərəfə yayılır..Qırpsan axacaq deyə min bir zülmlə qırpmırsan gözünü..nəisə.. Film davam edirdi.. Ilk hissəsinin əksinə çoxda maraqsız gedirdi..Gözlərimiz filmə zillənmişdi ancaq orda nə baş verdiyini kəsdirə bilmirdik..Biran öz-özümə durdum dedim ki, qeyd et bunu not dəftərinə; xoşbəxt olduğun gün deyə..sonra yadıma düşdü, biletlər gödəkçəmin sol cibində durub.. Zaman, izlədiyimiz film, oturduğunuz yer hər şey orda qeyd olunub..içim rahatlığa qərq oldu..Film çox darıxdırıcı gedir, amma mən bitməsin bu lənətlik film deyə dua edirdim..bitməsin..Ani bir şey oldu..Baxdım başını çiyinlərimə söykəyib..Bu qılıncla döyüşən yenilməz bir sərkərdin dəbilqəsi kimi bir şey idi. Özümü daha güclü və yenilməz hiss edirdim..Sonra başını çəkdi hiss etdim ki, mən yenə məğlub oluram..gücüm onunla var, gücüm onunla gedir. Bir qadın yenilməz bir sərkərədini qılıncsız və dəbilqəsiz qoyacaq gücdəymiş..Üstünə ürəyidə alır özüylə aparır..Beyninlə savaşa bilərsən amma haraya qədər ?. Ürəksiz döyüşən əsgəri təxmin et..Sonu fəlakətdir..Davam gətirmək üçün əlimi ona doğru uzatdım..Əlimdən tutdu..İçimdən əllərini sıxmaq onu əzmək, ya da əllərimizi dəyişdirmək gəlirdi. O da belə etdi barmaqlarımı barmaqlarının arasından keçirtdi..Dəyiş-düyüş etdik bir nebzə..Mənim hiss etmədiyim zaman nə qədər dursa da hiss edirdim film finala yaxınlaşır..Dualar bu yerdə çox yersiz görünürdü..bitəcəksə bitəcək. Film bu, ən uzunu iki saat çəkər..və bitdi..Ağzına kimi dolu olan zal boşalmağa başladı..Bircə biz ikimiz olduğumuz yerdə oturub nəyisə gözləyirdik..çox çarəsiz..gözlərimiz filmdə iştirak edən aktyorların adlarına zillənmişdi..içimizdə nəsə ölürdü..bir şeylər bitirdi..ən güclü yenə o çıxdı..əlini əlimdən çəkib ayağa qalxdı..Hərarəti qalırdı deyə məndə rahatlıqla yerimdən qalxdım..Gəldik ayrılıq nöqtəsinə.Əl uzatdı əlini sıxdım..Tutub bağrıma sıxmaq istəyirdim..getmə, bu ayrılıq nöqtəsində bir neçə saatda qalaq demək istəyirdim..ona niyə biz ayrılırıq demək istədim, amma ilk gün aşiqləri kimi dilim topuq vururdu..ona evə çatınca mənə xəbər et də deyə bilmirdim..Adı üstündə biz kişiyik biraz bərk durmalıyıq..eləcə susdum..O da getdi..Tini burulub, gözdən itdi..Yağış elə bərk yağırdı..Mənsə onun məni buraxdığı o yerdə durmuşdum..Bütün üstüm başım su içində..saçımın suyu burnuma, ordanda ayaqqabıma axırdı.. sürünə sürünə gəldim evimə..içmədən sərxoş kimiydim..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.