(H A)Sizi çox sevən Biri var!

18 Ağustos 2014
1 843
0
(H A)Sizi çox sevən Biri var!
(H A)Sizi çox sevən Biri var!

Uzaqlarda olan bir yaxınınız olduğunu düşünün.
Hərdən bir sizə salam göndərir.
Hərdən hədiyyələr ,hərdən sevgilərini,
İstəklərini ifadə edən mesajlar…
İnsanlar,sizə Görünməyən Bir Dost var.
Və bu Görünənən Dost sizi bir an,bir saniyə belə unutmur.
Sizin ehtiyacınızı bir-bir sizə göndərir.
Çörək göndərir,billur kimi saf su göndərir,ağappaq su göndərir.
Qırmızı almalar,dadlı meyvələr,şirin təamlar…
Hər mövsüm dəyişən tarlalarıyla,rəngləriylə,görüntüləriylə.
Qarpız,üzüm,nar…hə,hə…
Görünməyən Dost sizə göndərir.
Hər biri sizin üçün….
Parlaq Günəş sizə aydınlandırmaq,isitmək üçün parlayır…
Dadlı-dadlı meh əsir,üzünüzü sığallayır,havanı təmizləyir…
Bəs torpağa,bağ-baxçaya baxdığınızda nələr görürsünüz???
Dəstə-dəstə çiçəklər,güllər,min bir rəng,min bir qoxu..
Evinizə,yuvanıza bir göz gəzdirin,,
Ailəniz,ananız,atanız,uşaqlarınız,onların hərarətli sevgiləri,
Bütün gördükləriniz Görünməyən Dostun bir lütfüdür…
Bəs güzgüyə baxdığınızda gördüyünüz bu gözəl üz…
Bütün dünyanı görməyiniz üçün gözlər…
Eşitməyinizə icazə verildiyi qədər quaqlarınız,eşitməyiniz…
Gülü,nərgizi,sümbülü,portağal çiçəyini qoxulamanız üçün burnunuz..
Bəs diliniz?…
Bütün dadları ayrı-ayrı dadan,ürəyinizdəkiləri demək üçün danışan diliniz…
Nə qədər gözəl,yerli-yerindədir,elə deyilmi…
İnsanlar,bu günə qədər normal olaraq gördüyünüz,
Faydalandığınız bütün gözəlliklər Görünməyən Dostun..
Sizə olan hədiyyələri,ərmağanlarıdır: Sizi çox sevdiyinin işarəsidir.
İnsanlar,sizə lütflər edən bir Dostla qarşılaşdığınız zaman
Siz də ona təşəkkür etmək,sevgilərinizi göstərmək istərsiniz,elə deyilmi??

Bu Dost ,sizi çox sevən...
Sizə sonsuz lütflər edən Uca Allahdır..
Ona necə təşəkkür edə bilərik???

Təbii ki,Onun əmr etdiyi kimi yaşamaqla!!!


Redaktə etdi_..::FeaT LaDy::.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.