Ümid…

10 Kasım 2014
1 574
0
Ümid…
Ümid…

Ümidlə doğular insan…
Ümid edərək yaşar… İlk gözlərimi açdığımda mənə baxacaqlarını, məni sevəcəklərini, qoruyub gözləyəcəklərini və bəlkə də əlim, ayağım hətta ürəyim olacaqlarını ümid etdim. Beləcə yavaş-yavaş böyüdüm zamanla mənə bədənimi geri verdilər. Ümidim özüm oldum,amma ümidimi hər vaxt yaşıllaşdırdım, əsla bitmədi, o da mənimlə birlikdə həmişə böyüdü…

Həyatıma daxil olan hər insandan bir ümid damlası götürdüm. Böyük bir ağacım oldu. Ümidim bitmədi. Hər an, hər saniyə su verdim məqsədim onu böyütmək idi. O mənim ağacım, o mənim hər şeyim idi. Haradan belə bilərdim onun hər keçən gün bir az daha quruduğunu, yox olduğunu. Haradan bilərdim! Gövdənin möhkəm duruşu məni o qədər xəyala həsr etmişdi ki gözlərim kökünü heç görmədi. Və bir gün bir budağı pıçıldadı mənə: ürkək və qorxaq səni sevirəm… Amma dözəcək gücüm qalmadı, mən artıq yoxam dedi və yavaşca getdi… Sonrakı gün digəri, digəri və digəri. Yalnız məğlub və əldən düşmüş gövdə vardı yəni yalnız mən qaldım. Ümidim artıq xəyala çevrilmişdi və mən ümidimi itirirdim. Hər budaq mənə bir vurğun vurub itdi. Günlərlə gözlədim… Suya ac, ümidə ac.

Bax bu gün bir sobada yanmaqda bütün ümidim…

Artıq oyanma vaxtı. Həyat nə idi? Hara getdi? Mənə nələr öyrətdi? Keçmiş çamadanım dolub daşarkən gələcəyə əli boş getmək istəməz heç bir insan. Ümid etmək və unutmaq nə qədər bənzəyir bir-birinə ...o zaman nə fərq edər hansını seçmək ümid etməklə yaşamaq gözəl sonunda unuda bilsə insan. Nə etməliyəm unutma variantını həyatımda tətbiq zamanı. mən artıq özümdən başqa kimsə də deyiləm…
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.