Kim bilir

10 Kasım 2014
1 736
0
Kim bilir
Kim bilir




Kim bilir
Səni çox sevdim mən.. Neçə göz yaşı tökdüm
sənin üçün.. Sən gecələr yatarkən mən sadəcə
pəncərə önündə sənin yuxuna girmək üçün
dua edərdim.. Halbuki sən məndən xəbərsiz
idin..
Vaxt var idi yağışı sevməzdim, qaranlıqdan
qorxar idim.. İndi isə tam tərsinə dönüb hər
şey.. Qaranlıq dostum, yağış isə göz
yaşlarımdır artıq.

Kim bilir

Çox bir şey istəmədim əslində.. Sadəcə səninlə
bir ömür boyu olmaq istədim mən.. Fəqət
arzuma çata bilmədim.. Xoşbəxtliyim,
arzularım, xəyallarım hamısı bir an içində yox
olub getdi.. Bir an içində hər şey yox oldu
sanki.. Sən getdikdən sonra hər şey dəyişdi
həyatımda.. Artıq əvvəlki kimi güvənə
bilmirəm heç kimsəyə.. Ayrıldıqdan sonra heç
kimsə köməyimə çatmadı mənim.. Dost
dediklərim bir anda yox oldular.. Yuvalarına
girdilər bir anda...

Kim bilir
Sənə dair olan arzularım vardı mənim..
Gecələr hər biri mənimlə olur.. Vaxt var idi
gecən xeyrə sözünü sənə demədən yata
bilməzdim.. İndi heç danışmırıq halbuki..
Kim bilir
Xoşbəxtlik artıq mənə yad olan bir söz olub..
Xoşbəxtlik sənə güvənmək idi, səninçün
darıxdığımda sənə darıxdım sözünü deyə
bilmək idi.. Səni gördüyümdə sənə doyunca
sarıla bilmək idi.. İndi elə davranırıq, bir-
birimizi tanımırıq sanki...

Kim bilir
Qış fəsli bizim fəslimiz idi.. Səninlə tanış
olduğum gün, birlikdə xoşbəxt olduğumuz
günlər idi.. İndi isə kim bilir mən səninlə olan
günlərim üçün darıxanda sən kimlə qəhqəhə
çəkirsən.. Kim bilir.



Kim bilir

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.