Ürəklə qoyulan pul♥

11 Kasım 2014
1 873
0
http://data3.whicdn.com/images/145880847/large.gif
http://data3.whicdn.com/images/145880847/large.gif


Ceyn Fişer on yeddi yaşlı qızı Ketinin Medison Kaunti Cuniorda keçirilən heyvan yarmarkasına öz inadçı qoyununu necə sürdüyünü böyük təşvişlə izləyirdi.O,ümid edirdi ki,Ketinin dünənki sərgidəki kimi ürəyi getməyəcək.
Keti bədxassəli şişli mübarizə aparırdı.Uzun aylar ərzində ilk dəfə idi ki,harasa getmək,əylənmək,xəstəxanadan və kimyaterapiyadan uzaq olmaq üçün imkan ələ düşmüşdü;bundan başqa,o,cib xərci üçün xeyli pul qazanacağına da ümid edirdi.Qoyunundan ayrılmağa asanlıqla qəbul etməsə də,qoyunun diri çəkisinin bir funtuna iki dolların verilməsi cib xərcliyindən daha çox pulun əldə olunması ümidini yaradırdı.Beləliklə,Keti qoyunu mərkəzə çıxardı və sövdələşmə başladı.
Həmin an auksionçu Rocer Uilsonun ağlına bir fikir gəldi və bu ideyanın gözlənilməz nəticələri oldu.Obelə dedi:
-İştirakçıları məlumatlandırmaq istərdim ki,Ketinin başına heç də xoşa gələn hadisə gəlməyib

http://data3.whicdn.com/images/144304345/large.gif

bu çıxışı ilə auksionçu pul qoyuluşunun bir qədər artacağına ümid edirdi.Həqiqətəndə qoyunun kilosu on bir dollar yarıma satıldı,lakin hər şey bununla bitmədi.Alıcı ödənişi etdikdən sonra,qoyunu yenidən satılması üçün geri verdi.Beləliklə zəncirvari reaksiya başladı:müxtəlif ailələr qoyunu alıb,elə o andaca yenidən satılmasıl üçün qaytarırdılar.Ketinin kassası dolduqca dolurdu.Qızın anasının yadında yalnız birinci razılaşma qalmışdı.Hər tərəfdən "Təkrar satış!Təkrar satış!" qışqırıqları gəlməyə başlayanda Ceyn Fişer hönkürtü ilə ağlamağa başladı.
Həmin gün qoyun otuz altı dəfə satıldı və sonuncu alıcı onu Ketiyə həmişəlik verdi.Ketinin əlində müalicəsi üçün on altı min dollar var idi,o məşhur qoyun isə indiyə qədər də onunla qalır.

http://data2.whicdn.com/images/146122524/large.gif
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.