BİR SÖZ

19 Ağustos 2014
1 763
0
BİR SÖZ
BİR SÖZ



Bir Söz

Gözlərini daha çox sevəcəyəm. daha çox! Niyəsini soruşma, heç olmasa sən soruşma niyəsini. Sən soruşma! Bir sözüm vardı. Sənə deyiləsi, yalnız sənə deyiləsi, çoxdan deyiləsi bir sözüm. deyə bilmirdim. deməyə cəsarət eləmirdim. Bir gün sənə yanaşdım, özüm də bilmirəm necə yanaşdım. - Bir sözüm var... Sənə deyiləsi... Qaşların çatıldı. Yaman çatıldı. - Nə söz? Dedim. O bir sözü dedim. Sənə düçar olduğum gündən ürəyimə qonan, məni gah ruhlandırmaq ənginliklərə uçuran, gah qol - qanadımı qıraraq daşa - qayaya çırpan, yuxusuz gecələrimin yeganə həmdəmi, dadlı ümidi, şirin xəyalı, nəcib arzusu o bir kəlmə sözümü dedim. Dedim və birdən - birə mənə elə gəldi ki, dünya ağırlıqda yükü çiynimdən götürdülər. Susudum. Cavab üçün. O bir sözümün cavabı üçün susdum. Bir an keçdi... Yalnız bir an! Bir il, bir əsr, bir qərinə qədər uzun olan sevincimi, kədərimi hazırlayan bir an! Keçdi!.. Başını qaldırdım, ürəyim əsdi. Baxıb getdin. Bir söz demədən getdin.Bir söz! Bir söz var. Mənə deyiləsi, yalnız mənə deyiləsi bir söz. Deyilmir. Deyiləcəkmi?.. Gözlərin, səndən xəbərsiz mənimlə ünsiyyət bağlamış iri qara gözlərin, mehriban gözlərin "hə" deyir, dilin susur. Gözlərini daha çox sevəcəyəm. daha çox! Niyəsini soruşma, heç olmasa sən soruşma niyəsini. Sən soruşma!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.