Məhəbbət bir bəladır?

21 Kasım 2014
1 337
0
Məhəbbət bir bəladır?
Məhəbbət bir bəladır?

Ailə qurmayan xanımların əksəriyyəti ilk sevgilərini unuda bilmirlər.İngiltərədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, ailə qurmayan qızların yarı faizindən çoxu əvvəlki sevgilərini unuda bilmir. Onlar bildiriblər ki, əvvəlki sevgililəri kimi qayğıkeş və diqqətli birini tapa bilmədikləri üçün ailə həyatı qura bilmirlər. Anketə qatılan kişilərin 39 faizi, qadınların isə 41 faizi əvvəlki sevgililərini unuda bilmədiyi üçün yeni münasibətə girə bilmədiyini etiraf edib. Qadınların 24 faizi yeni bir münasibətə başlamaq üçün məşğul olduğunu, 29 faizi isə gündəlik həyatda yeni bir insanla tanış olmağı xoşladığını bildirib.

Psixoloq Qurban Talıblının sözlərinə görə, ailə qurmayan xanımları birbaşa keçmiş sevgililərini unutmamaqla ittiham etmək düzgün deyil. Bu fakt da ehtimallar arasındadır, amma hər ailə qurmayan qız sevgi acısı yaşayıb demək deyil: "Ailə qurmaq asan bir proses deyil. Qadın buna psixoloji hazır olmalıdır. "Ərə getməyən qız ailə qurmaq istəmir" fikri yanlışdır. Hər bir qadın sağlam ailəyə sahib olmaq istəyir. Əgər bir qız ailədən imtina edirsə, deməli, bunun köklü səbəbləri var. Qız ya öz ailəsindən doğru münasibət görmür və gələcək ailəsini də belə təsəvvür edir, ya da buna psixoloji hazır deyil. 25 yaşında olan bir qızın ağlı bəzən 20 yaşındakı kimi olur. İndiki qayğısız, şən keçən həyatının qurulacaq ailə həyatında monoton olacağı onu qorxudur".

Psixoloq bildirir ki, ərə getməyən qızlar əvvəlki sevgilərini unutmamış da ola bilərlər. Sevgiyə boş bir şey kimi baxmaq və önəmsəməmək heç vaxt sevməyən insanlara məxsusdur. Əslində isə sevgi bir xəstəlik kimi qeydiyyata alınıb: "Ümumdünya Səhiyyə Təşkilatı sevgini rəsmi olaraq psixi xəstəliklər siyahisina daxil edib. Xəstəliyə F63.9 nömrəsi təyin olunub. ÜST nümayəndələri sevgini psixi xəstəliklərin "vərdiş və meylin pozulması" bəndinə əlavə edərək ona beynəlxalq şifrə də təyin ediblər. Sevgi alkoqolizm, kleptomaniya, toksikomaniya kimi xəstəliklərlə eyni sırada dayanır. Deməli, bu qədər ağır psixi xəstəliklərlə yanaşı gələn sevgi bir qadın həyatını da dəyişə bilər".
Həmsöhbətimizə görə, belə problemlə qarşılaşan xanımlar vaxt itirmədən psixoloji dəstək almalıdırlar. Çünki ailə qurmağa əngəl olan psixoloji problemlər aradan qaldırılmadıqca ailə qurmaq da çətinləşəcək.
Yaş artdıqca evlənmək problemi də bir o qədər qabarır. 18 yaşında hiss edilən duyğu və düşüncələr 28 yaşında tamamən dəyişir. Yaş artdıqca yaşanılan və pis nəticələnən təcrübələr insanlarda gələcəyə yönəlik narahatlıq yaradır ki, bu narahatlıqlar da evliliyə əngəl olur.

Q.Talıblının dediyinə görə, cəmiyyət qız uşaqlarına qarşı daha sərtdir və çox vaxt onların bir insanı tanımasına, ünsiyyət qurmasına fəlakət kimi yanaşır. Anaları tərəfindən qızlarına daim "oğlanlara inanma, onlarla danışma" və bu kimi cümlələrlə təzyiqi qızların "hamı pisdir" düşüncəsinə qapılmasına səbəb olar: "Ailə tərbiyəsi qızların həyatında mühümdür. Lakin hər şey dozasında olmalıdır. "Olmaz" deməklə başa salmaq arasında böyük fərq var. Hamını pis insan kimi qələmə vermək uşağın güvənini sarsıdar və inamsızlıq yaranar. Uşaq ikən valideynin qızını qorumaq istəyi böyüdüyü zaman onun yaddaşından silinməz və inamsızlığı davam edər. Halbuki başa salmaq, insanları doğru tanımasına kömək etmək valideynin vəzifəsidir".
Psixoloq deyir ki, yaş artdıqca qadınlar daha fərqli düşünməyə başlayırlar. Bəzən deyilən sözlərin altında başqa mənalar axtarmaq münasibətləri daha da korlayır. Əslində kişilərin "gəl" dedikdə gəlmək lazım olduğunu, "get" dediklərində getmək lazım olduğunu bilmək və bunu qloballaşdırmamaq münasibətlərin də normal davam etməsinə yardım edəcək:

"Xanım ailə qurmaq istəyir və buna nail ola bilmirsə, demək ki, problem özündədir. Birmənalı olaraq sevdiyi insana qarşı onun əsgər yoldaşıymış kimi davranmaq münasibətin bayağılaşmasına səbəb olur. Ən kiçik sözlərdən belə qəlbinizin qırıla biləcəyini hiss etdirin. Qarşısındakının incə bir insan olduğunu hiss etdirin. Düşünməyin ki, sənət, karyera nə vaxtsa xoşbəxt ailəni, uşaqları əvəz edə bilər. Çətin olsa da, qadın bir istək uğruna digər istəklərindən keçə bilməlidir. Unutmaq lazım deyil ki, yaxşı ailə nə göydən düşür, nə də onu bizə təbiət hədiyyə edir. Bunun üçün çalışmaq lazımdır".
Hər şey isə təbii ki, qismətdən asılıdır. Ailə qurmaq üçün tələsmək və kimisə tələsdirmək də nəticəsiz qalacaq. Yaşından asılı olmayaraq xasiyyətinə, yaşam tərzinə uyğun insanı tapan qarşı tərəf, tez və məcburi evlənənlərdən bir addım öndədir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.