Həyat sənlə danışacaqLarım var!!

21 Ağustos 2014
2 751
0
Həyat sənlə danışacaqLarım var!!
Həyat sənlə danışacaqLarım var!!



Bəli, həyat; keç qarşıma otur. Səninlə danışacaqlarımız var. Eh bir az uzun sürəcək, təbii ki. Haradanmı çıxdı bu danışma? Sıxıldım. Nədənmi sıxıldım? Özümdən. Başqa nədən olacaq ki? 16il əvvəl bir ssenari verdin əlimə. Bunu oynayacaqsan, dedin. Oynayarammı - oynamazammı? Rolumu bəyəndimmi - bəyənmədimmi? Soruşmadın belə. Nə sınaq etməyə icazə verdin, nə də rolu əzbərləməyə. Tutdun qolumdan, atdın səhnəyə. İnan, ən şəhanə həyat belə bu qədər zaman qalmadı səhnədə. Mən, çox sıxıldım bu roldan da, ssenaridən də. Nə edəcəyik? İndi, sənin qarşında bu ssenarini cıracağam. Və başdan bir ssenari yazacağam. Edə bilmərəm? Sən gəlmədən əvvəl mən bir siyahı çıxartdım. Səndən nələr öyrənmişəm bir-bir yazdım. Əvvəl onları oxuyum sənə: 1- Nə qədər böyük olursa olsun, sevgilərin, bir gün bitəcəyini,öyrəndim; 2- Nə qədər çox vəd olsa, o qədər tutulmayacağını, öyrəndim; 3- Sevgi mövzusunda atıb tutanların; ilk gedənlər olduğunu, öyrəndim; 4- Heç kimə layiq olduğundan çox dəyər verməməyi, öyrəndim; 5- Gərəksiz nəvazişlərin insanları boş yerə qürurlandırdığını, öyrəndim; 6- Mükəmməl insan olmanın gərəksiz və işə yaramaz olduğunu, öyrəndim; 7- Yanğında ilk qurtarılan ola bilməyəcəyimi, öyrəndim; 8- Sədaqət deyə bir duyğunun olmadığını, öyrəndim; 9- Özümdən başqa kimsəyə güvənməməyi, öyrəndim; 10- Eşq, sevgi, s. kimi duyğuların uydurma olduğunu, öyrəndim; 11- Kimsənin fədakarlıq etməyə dəymədiyini, öyrəndim; 12-Aglamagi oyretdin : 13Yuxularimizda sevindirib seherlerimizde aglamagi oyretdin Herden ele bilirem yuxudayam oyanacam her wey bitecek ama bu sadece menim yuxularimda gorduyum xeyallarimdi.:AAma sen men yixdin ama men yene ayaqdayam sen bacarnayacaqsan menle Gördünmü? Doğru, dürüst heç bir Şey öyrənməmişim səndən.Kədərlənmə o qədər. Mən heç kədərlənmirəm. Və heç peşman deyiləm. Əvvəlcə; artıq ağrılı həyat tərzim olmayacaq. Bundan sonra sənin kefini çıxardacağam. . Sevdi - sevmədi, getdi - dönmədi, axtardı - axtarmadı da yox bundan sonra. İki əl telefonu, bir ev telefonu… Nədir o; ya biri axtarsa? Axtarsa, axtarar. Axtarmazsa, axtarmaz. Davamlı bəzilərinin kefinin gəlməsinimi gözləyəcəyəm? Artıq mən nə vaxt istəsəm, o zaman axtaracam. Sevgili filan da yox bundan sonra. Kimsə üçün dəyişməyə, olduğumdan başqa insan olmağa çalışmayacam. Mən buyam. Mənimlə olmaq, mənimlə yaşamaq, məni sevmək istəyən; məni olduğum kimi qəbul edər. Xasiyyətsizliklərimlə, kaprizlərimlə, çatışmazlıqlarımla. Ya mənim istədiyim kimi yaşayarlar, ya da itirərlər, məni. Bəli, onlar itirərlər. Mən deyil. Bundan sonra; insanların mənə nə verə biləcəklərinə baxmayacağam. Mənim üçün nələrdən imtina edə bildiklərinə, baxacağam. Bura qədər razılaşdıqmı? Gözəl. O zaman bu ssenarinin bir kopiyasını da sənə verəcəyəm. Amma əvvəl ikimiz də imzalayacağıq. Razılaşdıq. Hə, son bir Şey daha; son bir sual: Mənim tək və gerçək sevgilim olarsanmı həyat? Nə dedin? eşidə bilmədim. Bir az daha yüksək səslə söylə. Qışqır, eşidə bilmirəm. BƏLİ, mi? Səni nə qədər çox sevdiyimi söyləmişdinmi? Heç söyləmədimmi bu günə qədər? Elə isə indi deyirəm. SEN SEVILMEYE LAYIQ DEYILSEN !BAGIWLA!!!!!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.