Ata və oğulun hekayəsi...

28 Aralık 2014
2 024
0
Ata və oğulun hekayəsi...
Ata və oğulun hekayəsi...


Cavan bir oğlanın ad gününə çox az qalmışdı. O, atasının yanına gəlib dedi: "Ata bilirsən də, bir neçə gün sonra 20 yaşım tamam olacaq, bu il maşınımı alarsan yəqin ki".
Atası: "Oğlum, bağışla, amma deyəsən bu il də ala bilməyəcəm, maddi durumumuz buna imkan vermir, İnşAllah gələn dəfə".
Oğlan: "Ehhh, bu nədi e. 18 yaşımdan bu yana hər il söz verirsən, amma almırsan, elə bil uşaq başı aldadırsan. Yəni mənim bir maşın qədər dəyərim yoxdu, nç-nç-nç, belə atadansa..."
O, sözünün dalını demədən qapını çırpıb evdən çıxdı. Atsası: Oğlum, dayan, hara? - deyə dalısıyca qışqırsada oğlan artıq getmişdi.
Fikirli-fikirli yolu keçən oğlanı maşın vurur və sürücü onu dərhal xəstəxanaya çatdırır. Oğlanın atasına xəbər verirlər. Həkim tez bir zaman ərzində oğlana uyğun bir ürək tapılmazsa, oğlanın öləcəyini söyləyir. Atası dəhşətə gəlir. Bu necə ola bilər, gözünün ağı-qarası bircə oğlunu itirə bilməz, yox, o buna dözə bilməz, nəsə bir şey etməlidir.
1 həftə sonra oğlanı yaxın qohumlarından biri xəstəxanadan çıxarır. Oğlan evə gəlincə bütün qohum-əqrabasının burada olduğunu, hamının ağladığını görür.
Oğlan: "Yaxşı bəsdirin, görürsüz ki, salamatam, niyə ağlayırsız axı. Atam hanı bəs? Heç gör bir dəfə də olsun yanıma gəldimi? Caamat mənə ürək verir, bu isə doğma oğlunun yanına gəlməyə belə ərinir. Yəqin maddi durumunun ağırlığına görədir, avtobusa verəcəyi 20 qəpik də yoxdu?
Bu vaxt nənəsi oğlana yaxınlaşır və ona məktub uzadır: "Al, oxu, atandandı".
"Əziz oğlum, sənə ad günündə maşın ala bilməyəcəyimə görə məni bağışla. Demişdin ki, sənin üçün dəyərim yoxdu? Yox, var dəyərin, həm də sənə ürəyimi verəcək qədər çox. Canım oğlum, özünə və ürəyimə yaxşı bax. Əlvida! Cənnətdə görüşərik!"


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.