Kəpənək qanadında yaşama sevinci

24 Ağustos 2014
2 062
0
Kəpənək qanadında yaşama sevinci
Kəpənək qanadında yaşama sevinci


Qanadları qırılmış bir quş kimi pəncərənin qarşısında dayanırdı bir qadın. Ümidləri yıxılmış. Gözəl olan heç bir şeyin fərqində deyildi. Həyat və ölüm o incə xətt üzərində tarazlığını itirmək üzrə idi. Pəncərənin xaricində yaşanan yoxsul intiharları düşündü. Bir çox insan danışaraq izah edə bilmədiklərini dama çıxaraq izah edirdi. İşsizlikdən, pulsuzluqdan böhrana düşən və hər qapı üzünə çirpılan artıq damda iş axtarırdı. Sevda qiyamları yaşanırdı ürəklərdə amma eşq çox bahalı idi və körpü üstlərində satılığa çıxırdı. "Aydın olan və müqəddəs olan bir tək ölüm idimi?" deyə düşündü qadın. Bir qığılcımla ağac, meşə və yaşıl ölürdü. Matəmə bürününcə dağlar bizə yaşılın gözəlliyini xatırladırdı.



Yaşanan hər son, görüş məsafəsini bir müddət açır sonra bucaq yenə daralırdı. Elə isə intiharı, intihar olmaqdan çıxmalı idi. Qorumağa çalışdı özünü düşüncələrinin dəhşətindən. Qalxdı, bir dostunu axtardı. Baxdı ki dostu ondan daha düşmən idi özünə.

pəncərə və divar arasında bir kəpənək girdi içəriyə. Qadın dayandı. Kəpənəyin gözəlliyi ilə töküldü düşüncələrin dəhşəti. Başının üzərində dönərək gül məxməri doxunuşlar və işıltılar buraxdı bədəninə. Ömürünün böyük bir qisimini çirkin bir böcək olaraq keçirən, təbiətin saçlarını bəzəyən bu xoşbəxt qanadlar, yalnız bir gün yaşayaraq ipək kimi bir dünya buraxırdılar arxalarında.



Kəpənək qadının əllərinə qondu. Yaşanan son, bir şeylərin başlanğıcı olmuşdu. Həyata sevincinin bucağı 180 dərəcəni göstərirdi. Bir daha harada, necə daralar bilə bilməzdi. Bəlkə də bir kəpənək ya da təbiətin kiçik möcüzələrindən biri, öz sonuyla qarşılaşmaq üçün bir başqa bucağı aralayardı və ya iki çubuq üst üstə gələ bilərdi. Tələsik şüşə bir qab tapıb kəpənəyi içinə buraxdı.



Yaşamalı idi. Fırtınaların qarşısında dayanaraq, zəlzələlərlə yıxılmayaraq, qırıla -tökülə, burux-kırıq da olsa. Kim bilər bəlkə yenə bir sevda qiyamı olmalı idi birinin ürəyində. Bir filosofun sözünü xatırladı: "Gözəl yaşamaq çətindir." Çətin olsa da yaşamalı idi gözəl olan hər şeyi.



Təkrar getdi pəncərəyə. Gözləri yenə çöldə idi. Amma körpüləri, damları axtarmırdı. Bir çox insan vardı şüşənin xaricində. Bir çox ümid, aci, xoşbəxtlik. ..Biraz əvvəl ölümün incə xəttində olduğunu kimsə bilmirdi və bilmələri də lazım olmurdu.



Bir gün həyata sevincinin bucağı yenə daralsa hara baxacağını yaxşı bilirdi. Qabı götürdü, evinin ən gözəl küncünə, hər vaxt görə biləcəyi bir yerə qoydu və uzun uzun seyr etdi.



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.