Itirdiyim zamandır mənim..

24 Ağustos 2014
1 784
0
Itirdiyim zamandır mənim..
Itirdiyim zamandır mənim..


Dağınıq cümlələr...
Qarışıq düşüncələrim , dağınıq cümlələrim vardır mənim...
Çətin alacağım qərarlarım, sağalması çətin yaralarım vardır mənim...
Zədələnmiş güvənim, qırılmış xəyallarım vardır mənim...
Danışdıqca bpyüyən sükutum, hər kəsin diqqətini çəkəcək qəhqəhələrim vardır mənim...
Hər kəsin gördüyü gülüşüm , hər kəsdən gizli göz yaşlarım vardır mənim...
Hər kəsə bəyan halım, ancaq heç kəsə söyləmədiyim düşüncələrim vardır mənim...
Təkraralanan sözlərim, düşünməkdən yorulmayan beynim vardır mənim...
Hər çeyi öyrənmək istəyim, həm də tənbəlliyim vardır mənim...
Gizli arzularım, ancaq bacarmadığım istəklərim vardır mənim...
Qurduğum xəyallarım, gecikdiyim işlərim vardır mənim...
Yazacağım yazılarım, lakin oxuyamayacağım doğmalarım vardır mənim...
Aid olan sözlərim, ancaq aidliyini bilməyəcək birilərim vardır mənim...
Darıxdığım, ancaq duymağa həsrət səslərim vardır mənim...
Hər şeyi unudacaq beynim, yalnız birilərini unuda bilməyəcək qəlbim vardır mənim..
Hər kəsi görən , yalnız birilərini görməyə həsrət gözlərim vardır mənim....
Hər kəsə yetəcək sevgim, birilərindən başqasına aid olmayacaq qəlbim vardır mənim...
Eyni zamanda hər şeyi anlayıb da birilərinin yoxluğunu anlamaq istəməyən anlayışım vardır mənim...
Daha yazacağım neçə söz, itirdiyim zamanım vardır mənim...
Yaşadıqca itirəcəklərim, ancaq hər nə olursa olsun məni tərk etməyəcək Rəbbim vardır mənim.....
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.