Mənim dərdim bu idi,deyəsən.

26 Ağustos 2014
1 482
0
Mənim dərdim bu idi,deyəsən.
Mənim dərdim bu idi,deyəsən.


Mənim dərdim bu idi,deyəsən.


Mənim dərdim bu idi,deyəsən..heçnəyi sona qədər apara bilmirdim..harda səhv edirdim ? bilmirəm..niyə belə edirdim? Niyə uzaqlaşırdım? Niyə uzaqlaşdırırdım hər kəsi? Həyatımı gözəlləşdirən nə var idisə məhv edirdim..fikirlərim qarışırdı..uzun vədəli planlar qorxudurdu məni..birinə ümid vermək,birini incitmək qorxudurdu..amma ümid verdiyimin fərqinə varanda çox geçikmiş olurdum..onu tanıdığım vaxtdan elə də çox vaxt keçməmişdi amma bu qısa zaman ərzində kirpik uclarına qədər heyran olduğum bu adam hərşeyimə çevrilmişdi..sonunu düşünmədən bir yola çıxmısınız heç ? etməsəniz də bunu arzulamısınız əksəriyyətiniz,bilirəm..mən çıxdım..amma sonu heç də yaxşı olmadı..və ən pisi o idi ki,hər şeyin belə olacağını bilirdim..bəzi vəziyyətlər vardır həyatda..bəzi anlar vardır..hansı ki,nəticənin nə olacağı əvvəlcədən bəlli olar..amma inadına addımlayarsan..bəzən,dostların dəstək olar..”belə bədbin olma,hər şey qismətdən asılıdır..bilmək olmaz” filan..amma elə deyil.. inanın mənə,bu sözlərinizə inanmağı çox sınadım..hər dəfə eyni yaralar ruhumda iz qoysa da,axmaq kimi hər dəfə bu təsəllinizə inanmaqdan əl çəkmədim..nə deyirdilər buna,ümid ? hə,bəlkə də..onunla aram həmişə yaxşı olub..tez tez narahat edirəm..hər dəfə də köməyə çatır..ən azından geri çevirmir,sağolsun..ümidin insanla dostluğu əbədidir..bilirsən ki,heç vaxt tərk etməyəcək..hətta ən çətin anlarda belə..bəzən səni xəyal qırıqlığı və peşmanlıqla üzləşdirə bilər,düzdür,amma hansı dost idealdır ki,elə deyil?


Mənim dərdim bu idi,deyəsən.



Redaktə etdi: ChoCoLaTe
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.