Bir hədisin təfsilatı ilə izah.

26 Ocak 2015
7 875
0
Bir hədisin təfsilatı ilə izah.
Bir hədisin təfsilatı ilə izah.


Hər kəsin çox yaxşı tanıdığı və Muhəmməd Peyğəmbər (s.ə.s)-in "Qəlb sındırmaq, 100 Kəbə yıxmaqdan ağırdır" hədisi barədə aydın və hər kəsin anlaya biləcəyi izahatı təqdim etmək istərəm. Sadəcə diqqətlə oxuyun dərk edin. Deməli, bu hədisin mənası nədir? O deməkdir ki, əvvəla siz hədisdə "Qəlb" və "Kəbə" sözlərinə fikir verin. İlk baxışdan insana elə gəlir ki, Allahın evini - Kəbəni sındırmaq qəbahət, günah sayılmır, amma Qəlbi sındırmaq günah sayılır. Çoxunuza elə gəlsə də məqsəd odur ki, hədisin doğru və dürüst ərsəyə gəlməsi sizdə şübhə oyatmasın. Sizdə sual yarana bilər ki, niyə Allahın evini yıxmaq olar, amma Qəlbi olmaz? Bu da cavab: Çünki, Kəbə - Allahın evi, məhz Allahın tapşırığı əsasında İbrahim Peyğəmbər, yəni yaradılmış (insan) tərəfindən tikilmişdir. Lakin, Qəlb isə yalnız və yalnız Allah tərəfindən yaradılmışdır. Yəqin buradan hər kəsə aydın olar ki, insanın yaratdığı bir şey Allahın yaratdığından aşağıdır. Elə buna görə Allahın yaratdığı Qəlb, insanın (yaradılmışın) yaratdığı Kəbədən üstündür. İndi hamınız razı olarsız ki, hədis necə doğru dürüst deyilib. Elə isə gəlin Qəlb sındırmayaq əziz dostlar!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.