Solaxaylar haqqında maraqlı faktlar

27 Ağustos 2014
3 374
0
Solaxaylar haqqında maraqlı faktlar
Solaxaylar haqqında maraqlı faktlar


1. Dünyada 10-12 % insan solaxaydır. Kişilərə nisbətdə daha çox qadınlar sağaxay olur.

2. Rəsmi şəkildə “Solaxaylar Günü” avqustun 13- qeyd olunur. İlk təşəbbüsünə 1992-ci ildən başlanmış bu hər il qeyd olunan hadisə, solaxayların şərəfinədir və solaxayların, ancaq sağaxaylarçün düzənlənmiş bu dünyada qarşılaşdıqları əziyyəti, peşmançılıqları cəmiyyətin nəzərinə çatdırmaq üçündür.

3. Fərqli zamanlarda solaxaylığa müxtəlif cür yanaşılırdı: zərərli vərdiş, şeytanın əlaməti, əsəbilik əlaməti, həm də yaradıcılıq və musiqi duyumu qabiliyyəti kimi.

4. Nyu-Yorkun Sent-Lourens Universitetinin keçirdiyi təcrübələrə əsasən, solaxaylar arasında əqli inkişaf, sağaxaylara nisbətən, 140 dəfə çoxdur.

5. 40 yaşdan yuxarı ana olan qadınlarda dünyaya solaxay uşaq gətirmə ehtimalı, 20 yaşda ana olan qadınlardan 128 dəfə çoxdur.

6. Eskimoslar arasında hər solaxay şəxs potensial cadugər (sehrbaz) sayılır. Mərakeşdə solaxayları “s`ga” - yəni “şeytan” adlandırırlar. İnklərdə solaxaylar, təbiblik və sehr, cadu etmək qabiliyyətinə malikdirlər. Şimali Amerika xalqlarından Zudlar solaxaylığı uğur əlaməti hesab edirlər.Eləcə də Səudiyyə Ərəbistan kimi İslam ölkələrində sol əli nümayişkaranə göstərmək qanuna zidd sayılır.

7. Bir çox İslam ölkələrində “natəmiz” sayılan sol əllə yemək bəyənilmir.

8. Təcrübələr göstərmişdir ki, solaxaylar məkan daxili oriyentasiyada, riyaziyyat və memarlıqda istedadlıdırlar, sağ əl ilə yazanlar isə daha çox, şifahi elmlərdə qabiliyyətlidirlər.

9. Solaxaylıq, irsən keçir. Beləliklə də, kral ailəsində solaxaylar ana - kraliçə, kraliçə II Yelizavetta, şahzadə Çarlz və şahzadə Uilyam sayılır.

10. Solaxaylarda beyinin sağ yarımkürəciyilə, sol yarımkürəciyi arasındakı əlaqə daha sürətlidir. Bu da o deməkdir ki, solaxaylarda məlumat daha sürətlə ötürülür ki, bu da onları işdə daha çox faydalı edir.

11. Sol tərəf daha zəif, ”qadınsayağı” sayılırdı. Lakin son statistik hesablamalar la razılaşsaq, kişilər daha çox solaxay olurlar, nəinki qadınlar.

12. Yarımçıq doğulmuş uşaqlar çox güman ki, solaxay olurlar. Habelə, Apqar dərəcəsində aşağı bal almış körpələr daha çox solaxay olurlar, nəinki yüksək bal almış körpələr.

13. Yeni doğulmuş sağxay körpəni qarnı üstə uzadanda o başını sağ tərəfə çevirir, solaxay uşaq isə, ya sol tərəfə çevirir, ya da heç bir tərəfə üstünlük vermir.

14. Yer kürəsində yalnız 1%-ə yaxın insan hər iki əlindən eyni qaydada istifadə edə bilir.

15. Alimlər göstərmişlər ki, əgər solaxay öz əsas fəaliyyət göstərən əlini zədələsə, digər əlindən sağ əl ilə yazanlardan da yaxşı istifadə edə biləcək.

16. Sinir və psixi xəstəliklər haqda jurnala görə, solaxaylar nifrət kimi mənfi emosiyalara qarşı daha həssasdırlar.

17. Bəzi alimlər ehtimal edirdilər ki, solaxayların əvvəlcədən ana bətnində əkizi olur və hansıki, sağ qalmır. Bu fenomen “yoxa çıxmış körpə” adlandırılmışdı.

18. Ən məşhur solaxayların arasında: Pol Makkartni, Bill Qeyts, Fidel Kastro, Henri Ford, Çarli Çaplin, Aleksandr Velikiy, Leonardo da Vinçi, Mikelancelo, Luis Kerroll, Yuli Sezar, Motsart, Bethoven, Nitsşe, Mark Tven, Prokofyev, Höte, Kafka və bir çox başqaları var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.