Ərabi namazı

02 Mart 2015
2 063
0
Ərabi namazı
Ərabi namazı
Ərabi namazı

Seyid ibni Tavus “Cəmalul-usbu” kitabında nəql edir.Səhrada yaşayan bir kişi,Rəsuli Əkrəmin (s) yanına gəlib dedi:Ya Rəsuləllah,atam-anam sənə qurban olsun.Biz səhrada yaşayırıq və şəhərdən uzağıq,hər cümə günü ,cümə namazı üçün şəhərə gələ bilmirik.Bizə elə bir əməli təlim ver ki,onu yerinə yetirəndə,cümə namazının savabına nail olum və qəbiləmin yanına qayıdanda qəbiləmin əhlinə də o əməli öyrədim.Həzrət buyurdu.İki rəkət namaz qıl,birinci rəkətdə Həmddən sonra 7 dəfə Fələq və ikinci rəkətdə həmddən sonra 7 dəfə nas surəsini oxuyub,namazın salamından sonra 7 dəfə Ayətəl-kursini oxu.

Təzədən qalxıb 8 rəkətdə,iki salamla qıl.(Yəni,2 ədəd 4 rəkətli namaz kimi)

Təzədən qalxıb 4 rəkətdə qılırsan.Namazın rəkətlərində həmddən sonra Nəsr surəsii 1 dəfə və İxlas surəsini 21 dəfə oxuyub,namazı təşəhhüd və salamla bitirdikdən sonra 7 dəfə bu duanı oxu.

Ya həyyu ya qəyyumu ya zəl-cəlali vəl-ikram,ya ilahəl-əvvəlinə vəl-axirinə ya ərhəmər-rahimin,ya rəhmanəd-dunya vəl axirəti və rəhiməhuma, ya rabbi ya rabbi ya rabbi ya rabbi ya rabbi ya rabbi ya rabbi.Ya Əllahu Ya Əllahu Ya Əllahu Ya Əllahu Ya Əllahu Ya Əllahu Ya Əllahu salli əla Muhammədin və ali Muhamməd,vəğfir lii.

Sonra hacətlərini istəyib 7 dəfə de:

La havlə və la quvvətə illa billahil-əliyyil-əzim.

Və de:

Subhanəllahi rabbil-ərşil-kəriim.

Həzrət buyurdu:And olsun məni elçi göndərən Allaha.Bu namazı cümə günü qılan hər bir mömin kişi və möminə qadının behiştə getməyinə zaminəm,onu qılan şəxs yerindən qalxmamış özünün eləcədə ata-anasının günahları bağışlanar.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.