Sənsiz Olmaz ALLAHım..

05 Mart 2015
2 993
0
Sənsiz Olmaz ALLAHım..
Sənsiz Olmaz ALLAHım..

Dostların köməyi olmasa belə bir iş yoluna girə bilər,
Amma Sənin təqdirin olmasa, o iş əsla olmaz!


Sənin eşqinin yarası, bu könlümdədir; onun başqa yeri ola bilməz!
Yaratdığın gözəl əsərləri görərək, ağlın gözü, Sənin məstin olmuşdur!

Qüdrətinin, yaratma gücünün qarşısında fələyin çarxı alçalmışdır!
Zövq və sevincin qulağı da Sənin əlindədir!
Yəni, zövqü və sevinci də ancaq Sənin lütfünlə duyarıq.

Sənsiz heç bir şey olmaz Allahım!
Can, Sənin eşqinlə coşar;
Könül, Sənin sevgi şərabınla məst olar;
Ağıl, Sənin yaratdığın gözəlliklər qarşısında çaşar qalar!
Sənsiz heç bir iş başa çıxmaz Allahım!
Mövqem, şərəfim, malım mülküm hamısı Sənin lütfün, lütfkarlığındır;

Yediyim yeməyi, içdiyim suyu da Sən lütf edirsən!
Sənsiz bunların heç biri olmaz Allahım!
Bəzən vəfaya doğru gedirsən, bəzən cəfaya doğru!
Sən mənimsən; hara gedirsən?
Heç kimin işi Sənsiz başa çıxa bilməz!

Sənsiz bir iş başa çıxsaydı, dünyanın altı üstünə gələrdi; hər şey pozular, alt-üst olardı!
Gözəlliyi ilə dillərə dastan olan İrəm Bağı cəhənnəm kəsilərdi!
Sənsiz heç bir iş başa çıxmaz Allahım!
Dostum! Sən olmasan, Sən mənə kömək etməsən, işim gücüm yıxılar gedər!
Ey mənim can dostum, ey mənim dərd ortağım;
Sənsiz heç bir iş getməz!
Mənə, Sənsiz yaşayış da xoş deyil, Sənsiz ölüm də xoş deyil!

Qəmindən necə baş çəkim, necə xilas olum?
Sənsiz heç bir iş başa çıxmır ki!..
Ey lütfünə, lütfkarlığına dayandığım, güvəndiyim Allahım!
Nə söyləsən söyləyim; yaxşıdan pisdən ayrı deyil; içində yaxşı da var, pis də var!
ütf et də Sən söylə:

Sənsiz heç bir iş getmir deyilmi?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.