...... Məsumların nurlu kəlamlarından 500 hədis .....

24 Mart 2015
3 619
0
http://data2.whicdn.com/images/21125971/large.gif
http://data2.whicdn.com/images/21125971/large.gif


Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...


Hədis 241: İmam Hüseyn (ə) buyurur: "Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (birşey) əta etsinlər.”

Hədis 242: İmam Hüseyn (ə) buyurur: "Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mö`min nə pis iş görər, nə də üzr istəyər.”

Hədis 243: İmam Hüseyn (ə) buyurur: "Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.”

Hədis 244: İmam Hüseyn (ə) buyurur: "Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.”

Hədis 245: İmam Əli (ə) buyurur: "Nə çoxdur dilin üzündən həlak olanlar!”

Hədis 246: İmam Əli (ə) buyurur: "Çox çətinliklər mülayimliklə asanlaşır.”

Hədis 247: İmam Əli (ə) buyurur: "Çoxları axirət üçün olanəməli o qədər tə`xirəsalırki, axırı ölüm onun yaxasından yapışır.”

Hədis 248: İmam Əli (ə) buyurur: "Çoxlarının orucu susuz qalmaqdan başqa bir şey deyildir.”

Hədis 249: Həzrət Əli (ə) buyurur: "Çoxlarının namazı, əziyyət və yorğunluqdan başqa bir şey deyildir.”

Hədis 250: Həzrət Əli (ə) buyurur: "Əcəli çatdığı halda, mal toplamaqda olan bədbəxt nə çoxdur.”

Hədis 251: Həzrət Əli (ə) buyurur: "Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?!”

Hədis 252: Həzrət Əli (ə) buyurur: "Qəlbini dünya məhəbbəti tutan kəs Allah sevgisini necə iddia edə bilər?!”

Hədis 253: Həzrət Əli (ə) buyurur: "Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər.”

Hədis 254: Həzrət Əli (ə) buyurur: "Hədsiz zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə səbəb olur.”

Hədis 255: Həzrət Əli (ə) buyurur: "Hədsiz zarafat axmaqlıq nişanəsidir.”

Hədis 256: Həzrət Əli (ə) buyurur: "Kömək etdiyin kimi kömək görərsən.”

Hədis 257: Həzrət Əli (ə) buyurur: "Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.”

Hədis 258: Həzrət Əli (ə) buyurur: "Çox gülənin qəlbi ölər.”

Hədis 259: Həzrət Əli (ə) buyurur: "Başqalarının eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən başlamalıdır.”

Hədis 260: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Özün üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün üçün istədiyini qardaşın üçün də istə.”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.