Oxu Və ibrət aL..

01 Nisan 2015
2 261
0
Oxu Və ibrət aL..
Oxu Və ibrət aL..

Çoxları tərəfindən qəbul olunan görüşə görə, Qur’an’ı Qur'an ilə anlamaq və şərh etmək ən sağlam üsul hesab olunur. Qur'an-ı Kərimi doğru anlamaq üçün bir ayəni təfsir edən digər ayələri də toplamaq gərəkməkdədir. Çünki ayələrin bir-birlərini açıqlamaları məşhur bir keyfiyyətdir. Beləcə müfəssir, bir ayəni xətalı və ya əskik bir şəkildə anlayıb, mövzunu Qur’an’ın bütünlüyündən uzaq tutmaq təhlükəsindən qurtular. Çünki Qur’an’ın bir yerində qısa və örtülü şəkildə bildirilən bir xüsus digər bir yerində tavzih (açıqlama) və təfsil edilir. (Bax. İbn Teymiyyə, Mukaddimetü't-Təfsir, [Mecmû'u Fətava içində], Riyad 1991, XIII. 363)
Qəbul etmək lazımdır ki "Qur’an’ı Qur’an’dan anlamaq" ilk baxışda çox cazibədar bir üsul təklifi kimi görünür. Çünki bu sayədə Quranı ən kəsə, ən saf və ən doğru şəkildə anlamanın mümkün olduğu düşünülür. Ancaq bu təklifin hesabı, zənn edildiyi qədər asan verilə bilən deyil. Hər şeydən əvvəl Qur'an mətni tam, mütləq olaraq ləfz-mana çərçivəsində şərh olunduğu təqdirdə çox fərqli məna təqdirlərinə açıq mahiyyətdədir. Çünki Qur’an’daki ifadələrin çoxu əvəzliklər, işarə isimləri, ism-i mevsullar (cümlələri birləşdirən isimlər) kimi naməlum lafızlardan təşəkil olunmuşdur. Bu vəziyyət, minlərlə ibarəyə fərqli, hətta bəzən bir-birinə zidd mana vermə imkanını mümkün etməkdə və müxtəlif mənalar toplusu çox kərə gramatik baxımdan da yerləşdirilə bilən xüsusiyyətdə olmaqdadır. Ancaq bu halda Qur’an’ın eyni mövzuda bir-biriylə zidd iki ayrı şey söylədiyi kimi bir nəticə ilə da qarşılaşılmaqdadır.
Bunu qeyd edək ki mütləq olaraq "Qur’an’ı Qur'an ilə anlamaq" yerinə "Qur’an’ı yaşayan Qur'an ilə anlamaq" daha dəqiq və düzgündür. Yaşayan Qur’an’dan məqsəd isə Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm`in şəxsiyyəti və sünnəsidir. Ancaq burada sözü edilən sünnət, mətinləşmiş hədislərdən həm çox daha fərqli, həm də daha çox tərkibə sahibdir. Daha aydın desək, sünnədən məqsəd, Hz. Peyğəmbərin nəsildən nəsilə təvatürən nəql edilən və tarixi təcrübədə İslam ümmətinin "böyük ənənəsi" ndə sanki genetik kod halına gələn Müsəlmanlıqdır. Məhz tam bu nöqtədə, Qur’an’ı anlamağın əsl mənası da ortaya çıxmaqdadır.
Qur’an’ı təfsirdə müraciət edilməsi lazım olan qaynaqlar belə sıralana bilər.

1- Öncə birbaşa Qur'an-ı Kərimi yaxşı araşdırıb, bir ayəni təfsir edən digər ayələri toplamağa çalışmalıdır. Çünki ayələrin bir-birlərini açıklamaları məşhur bir keyfiyyətdir. Beləcə təfsirçi, bir ayəni xətalı və ya əskik bir şəkildə anlayıb, mövzunu Qur’an’ın bütünlüyündən uzaq tutmaq təhlükəsindən xilas olar.
2- ayələri açıqlayan hədislərə müraciət. Çünki Qur’an’ı əsas etibarilə təfsir səlahiyyətini Allah Təala, Peyğəmbərinə vermişdir. Bu xüsusdakı ayələrdən yalnız birini zikr edək:
"Biz sənə zikri endirdik. Ta ki, özləri üçün endirilən Qur’an’ı insanlara açıklayasan (izah edəsən) və ta ki onlar da fikirlərini yaxşıca istifadə etsinlər." (Nəhl, 16/44
3- Səhabə`nin təfsiri də, öyrəndiklərini birbaşa Rəsulullahdan (sas) öyrənmiş olmaları ehtimalı, Qur’an’ın nazil olduğu dövrdə onun kəlimələrinin mənalarını ən yaxşı bilmə imkanında olmaları, həmçinin vəhyin endiyi şəraitləri birbaşa yaşamaları, dərin qavrama gücləri və hökmləri tətbiqat sahəsinə qoymadaki şövq və uğurları kimi üstünlükləri səbəbiylə son dərəcədə önəmlidir. Xüsusilə ilk dörd xəlifə, İbn Məsud, İbn Abbas, Hz. Aişə, Übey ibn Kab, Zeyd İbn Sabit (radiyallahu təala anhum) kimi səhabələrin təfsirlərini bilmək gərəklidir
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.