Gözəlliyi artırmağın qəribə yolları

Gözəlliyi artırmağın qəribə yolları
Gözəlliyi artırmağın qəribə yolları

Gözəl və baxımlı olmaq üçün qadınların etmədikləri prosedurlar qalmır, hansı ki, çoxları bu prosedurları qəribə adlandırlar. Kişilər siqaretsiz qala bilmədyimi kimi, qadınların kosmetik vasitələrsiz yaşaya bilmədiyini onlar anlamalıdırlar. Çünki qadınlar gözəllik texnikaları və biclikləri sayəsində gözəlliklərinin ömrünü artırır. Bəs, bu bicliklər hansılardır?


1. Kəpəkdən qurtulmaq üçün aspirindən istifadə etməyi tövsiyə edirik. O cansız hüceyrələri başın dərisindən uzaqlaşdıraraq toxumları bərkidir. Bunun üçün 10-12 aspirin həbini su fincanında həll etmək və nəm saçlara vurmaq lazımdır. Daha sonra yaxşıca yumaq və saç balzamından istifadə edin.

2. Saç köklərində olan yağlardan qurtulmaq üçün uşaq üçün olan pudra tozundan istifadə etmək olar. Tozu köklərə fırçanın köməkliyi ilə bərabər səpin.

3. Sızanaqları və üzdə olan səpgini diş pastasıyla sağaltmaq olar. Onu sızanağa vurun və 15 dəqiqədən sonra yuyun. Bu sağalmanı sürətləndirəcək. Diş pastası həm də dərini ağardır.

4. Bədənə gözəl rəng vermək üçün “bronze” (tünd) rəngində kirşan və losyonu dərinizə sürtün.

5. Makiyajı silmək üçün makiyaj silən vasitələr yerinə, zeytun yağından istifadə edin. Zeytun yağı dərini qocalmağa qoymur.

6. Dişlərinizə bəyazlıq vermək istəyirsinizsə, çiyələkdən istifadə edin. Həmçinin çiyələk pastasından da istifadə etmək olar.

7. Ayaqları skrabla təmizləmək əvəzinə təbii vasitələrdən istifadə edin. Çimərlikdə dəniz qumu köməyinizə gələ bilər. Lakin bu prosedurdan sonra günəş altında uzun müddət qalmaq olmaz.

8. Saçların parlaqlığı və yanmış saçları bərpa etmək üçün sirkədən istifadə edin. Su ilə qarışdırıb durulaşdırın, dəriyə vurun və saçınızı onunla yuyun. Bir neçə dəqiqə sonra isə yuyun.

9. Dırnaq boyalarının daha uzun müddət qalmasını istəyirsiznizsə, soyuducuda saxlayın.

10. Dərinizin qocalmasını gecləşdirmək və dərinin sıxlaşmasını istəyirsinizsə, isti duşdan sonra soyuq duş qəbul edin. Soyuq duş dərini sıxlaşdırmaqla yanaşı, bədəni yağlardan və bakteriyalardan da təmizləyir.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.