Möcüzə yaradan qidalar

29 Nisan 2015
1 683
0
Möcüzə yaradan qidalar
Möcüzə yaradan qidalar
Dəri insanın ən qiymətli geyimidir. Dərinin gözəlliyi üçün daima axtarışdayıq.
Sizə dəridə möcüzə yaradan 10 məhsulu təqdim edirik:

1. Kətan toxumu
Omega-3 mənbəyi olan kətan toxumu yaşlanmanı ləngidir. Hər gün istifadə ediləcəyi təqdirdə dəridəki qızarmalara müsbət təsir edir, təravətli görünüş verir.

2. Bənövşəyi meyvələr
Bu rənglərdəki meyvələr dəri üçün ən faydalı məhsullar sırasındadır. Bu siyahıya böyürtkən, qara tut, gavalı başda olmaqla bəzi məhsulları aid etmək olar. Antioksidantlarla bol meyvələr dərinin gənc görünməsinə kömək edir.

3. Günəbaxan
E vitamini ilə zəngindir. Günəşin zərərli işıqlarından dərini qoruyur. Duzsuz və çox işlənməmişlərə üstünlük vermək məsləhətdir.

4. Şokolad
Gün ərzində bir qədər qara şokolad qəbul etmək faydalıdır. Bəziləri şokoladın qara nöqtələrə səbəb olduğunu iddia etsə də, bu düz deyil. Əksinə şokolad dərini gözəlləşdirir.

5. Şirin kartof
Şirin kartof A və C vitamini ilə zəngindir. Bu vitaminlər dərinin gözəlliyi üçün vacibdir. C vitamini dərinin elastikliyini qoruyur, A isə sərbəst radikallara qarşı mübarizə aparır.

6. Pomidor
Likopenlə zəngin olan pomidor dərini qoruyur və rəng dəyişikliyinə mane olur.

7. Qatıq
Qatığın içində dərini möhkəmləndirən proteinlər var. Qırışlara qarşı təsirlidir.

8. Qırmızı bibər
1 ədət qırmızı bibər günlük C vitamini tələbatını tamamilə qarşılayır. Bibər B6 vitamini ilə zəngindir. Bibər qan dövranını tənzimləyir, dərini canlı göstərir.

9. Somon
D vitaminlə bol olan somon sümüklər,ürək və beyinlə yanaşı dəri üçün də faydalıdır.

10. İspanaq
İspanaq super göyərtidir. A, C və E vitamini olan ispanaq dəri problemlərinə faydalıdır. Hər gün qəbul edəndə dəri daxildən təmizlənir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET