Yaz Alergiyası nə deməkdir

30 Nisan 2015
2 441
0
Yaz Alergiyası nə deməkdir
Yaz Alergiyası nə deməkdir

Yaz vaxtıdır və hələ ki hər birimiz günəşin ilıq şüalarından,köçəri quşları diqqətlə seyr etməkdən,gözəl çiçəklərə baxmaqdan və onları qoxulamaqdan zövq alırıq.


Yaşıllaşan yazın xüsusi qoxusunu hiss edirik bu vaxt hər il olduğu kimi, bəzilərimizdə zökəm başlanır, boğazda qıcıqlanma, asqırma, qaşınma, gözlərdə isə yaşarma müşahidə olunur.


Hər halda düşünürsünüz ki günah immnitetinizdədir və ən yaxşı soyuqdəymə əleyhinə preparatlar vasitəsi ilə müalicə olunmağa çalışırsınız. Kömək etmir? Bunun isə səbəbi aydın şəkildə yaz allergiyasıdır. Bəs onun təzahürlərinin qarşısını almaq üçün nə etməli? İlk öncə allergiya haqqına qısa məlumat verim:
Allergiya –əlverişsiz qıcıqlandırıcıya qarşı orqanizmin immun sisteminin reaksiyasıdır, hansı ki, bu orqanizmə kənardan düşə bilər və yaxud da orqanizmin özündə inkişaf edə bilər. Allergik reaksiyalara meyl irsidir. Bundan başqa, bu xəstəlik istənilən yaşda görünə bilər. Ona görə "allergiyanın qurbanları" riski qrupuna hər kəs düşə bilər.
Simptomların təzahürü üçün yalnız qıcıqlandıran amil kifayətdir, bunlara aiddir- temperatur dəyişiklikləri, yüksək rütubət, çiçəkləmənin başlanğıcları, stress, yeni dərmanların qəbulu və s.


Allergiya üç növ olur: təmas, qida və tənəffüs. Ancaq tez-tez allergik reaksiyalara meylli olan insanlar müxtəlif qıcıqlandırıcıların təsirindən diskomfort hiss edirlər. Bəzilərinizdə qoxularıa qarşı yüksək həssaslıq ola bilər, bu halda müəyyən qida məhsullarının istifadəsi vaxtı qaşınma və bəzi səthlərə toxunama vaxtı toxumalarda ödem yəni şişkinliklər əmələ gələ bilər.
Xəstəliyin kəskinləşmə vaxtı bəzi ağırlaşmalar ola bilər, hansı ki bu da uzunmüddətli müalicəni tələb edir. Allergiyanın ağırlaşmaları bəzi ciddi xəstəliklərə yol açır - bronxial astmadır, kvinke şişi, atipik bronxit buna misaldır.
Allergiyanın təzahürləriylə barışmaq lazım deyil, ümid etmək lazım deyil ki nə vaxtsa simptomlar öz-özünə keçib gedəcək, əksinə daim müalicə vasitələrini axtarmaq lazımdır.


Yaz allergiyası pollinoz adlandırılır - "polli" latın dilində tərcümədə tozcuq mənasını verir, hansı ki əsas səbəblərdən bir elə budur. Nəzərə alsaq ki çiçəkləmə bir qayda olaraq apreldə başlanır, ona görə də yaz allergiyasının əsas piki də bu aya düşür. Bunun üçün də yaz çiçəklərindən bir az qorxmaq lazımdır, çünki xəstəliyinizin səbəbi bu çiçəklər ola bilər.


Allergiya törədən yüzlərlə bitkilər var. Onlardan Tozağacının tozcuğu, qızılağaclar, ağcaqayın, fındıq ağacı, göyrüş, qarağac, akasiyaların çiçəkləri daha xırdadır və bir o qədər də təhlükəlidir. Həssaslığın yüksəlməsi həmiçinin böyük tozcuqlu çiçəklərin-məsələn iynəyarpaqların çiçəklənməsi zamanı da baş verə bilər.


Qeyd etmək lazımdır ki, pollinoz yay ayılarında-inciçiçəyinin, yovşanın,l avandanın və başqa bitkilərin çiçəklənməsi vaxtı da görünə bilər. Ona görə də allergik xəstələr çətin ki rahat nəfəs alsınlar, bunun üçün ondan azad olmağın yollarını fikirləşmək, müalicəni düzgün və davamlı şəkildə aparmaq lazımdır.


Sözsüz çətin ki siz özünüzü ətraf mühitin gözəlliklərindən - çiçəklərdən, ağaclardan məhrum edə biləcəksiniz. Amma pollinozun çətinliklərindən qaçmaq üçün özünüzə bir neçə qayda hazırlamaq, müalicəni vaxtında edib özünüzü qorumalısınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.