iki rəfiqə var idi. Mələk və Pəri

09 Mayıs 2015
2 822
0
iki rəfiqə var idi. Mələk və Pəri
iki rəfiqə var idi. Mələk və Pəri
Pəri :
Bəs onda nədir ?
Bunlara sahib olmadan xoşbəxt olmaq mümkün deyil axı.
Baax, çoxlarının həsəd apardığı şəkildə yaşayan, başqalarının arzuladığı bütün nemətlərə sahib bir insan, nəyisə çatışmayanda özünü bədbəxt hesab edirsə, deməli həyatın mənası o çatışmayan şeyi əldə etmək üçün mübarizədədir.
İndi sən mənə necə həyatın mənasının başqa bir şey olduğunu deyə bilirsən?!
iki rəfiqə var idi. Mələk və Pəri
’’(Ey İnsanlar!) Məgər ALLAHın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər’’ .Loğman,20

Mələk :

Düzdür,bu saydıqlarınla insan xoşbəxt ola bilir.
Mən də istəyərəm gözəl ailəm olsun, sağlam olum, maddi cəhətdən imkanım yaxşı olsun, sevim və sevilim.
Amma məni düşündürən budur ki, biz həyatda yalnız bunlara nail olmaq üçünmü yaşayırıq? Yoxsa onlar vasitəsilə həqiqi xoşbəxtliyə doğru gedirik?

Pəri :

Mən səni heç başa düşə bilmirəm.
Bunları düşünməklə vaxtını itirməkdənsə, beynini yorub sonu görünməyən lazımsız şeylərdən danışmaqdansa çıxaq çölə-bayıra, şənlənək biraz, gedək alış-veriş etməyə.
Həyat bir gündür,o da bu gündür. Bu gününü yaşa, belə şeyləri düşünmək sənə sadəcə vaxt itkisi qazandırar.
iki rəfiqə var idi. Mələk və Pəri
Mələk :
Məni başa düşə bilmirsən? Amma sanki mən səni başa düşə bilirəm..
Niyə yarandığımı bilmədən, hardan gəlib, nə üçün gəilb, hara getdiyimi bilmədən kor-koranə bir həyatla necə xəşbəxt ola bilərəm?!.
Bu mümkün deyil.
Öz yaradılışına uyğun olmayan bir şeyin nə qiyməti ola bilər?
!
Bax əlimdəki bu çantaya. Bunu hara getdim özümlə aparıram, niyə? Çünki bu çantanın vəzifəsi əşyaları daşımaqdır. O mənim əşyalarımı daşıdığı üçün qiymətlidir. Bu telefon.. bu telefonun dəyərini sevdiklərimlə əlaqə yaradanda hiss edirəm. Öz vəzifəsini icra etməsəydi nə qiyməti olardı axı?

Pəri :
Nəbilim, heç bir qiyməti olmazdı. Belə baxanda düz deyirsən. Amma kiii ... Offf...
Yaxşı, onda bizim vəzifəmiz nədir?

Saydığım hər şeyi bəsit adlandırdın. Mənə bəsit olmayanı de, mən də qəbul edim.
İnsanların gözünü kor edən, qadaşı qardaş qatili edən, bacını bacı paxıllığını etməyə vadar edən puldan, şöhrətdən daha qiymətli bir şey de. Axı pul olmayanda gözəllik də olmur, sağlamlıq da, xoşbəxtlik də.. -

“(Ey möminlər!) Siz puç dünya malını istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. ALLAH yenilməz qüvvət sahibi, hikmət sahibidir!” Ənfal,67.
iki rəfiqə var idi. Mələk və Pəri
Mələk :
Yaxşı.. Onda bir sual verəcəm. Sən çox gözəlsən, imkanın əla, geyimin bahalı marka, bir çoxlarının qibtə edəcəyi nişanlın var. Özünü bu həyatda ən xoşbəxt insanlardan sayırsan.
Nişanlın ilə görüşə gedərkən bir yol qəzasında dünyanı dəyişirsən...

Pəri :
Buyy.. ALLAH qorusun davamını gətirmə.
Niyə belə bəd-bəd danışırsan axı? Sən demək istəyirsən ki, öləcəyik deyə yaşamayaq?

Mələk :
Əlbəttə ki, elə deyil. Sən məni başa düşmək istəmirsən.
Demək istəyirəm ki, sənin saydıqların bir anda bitə biləcək qədər acizdir.
Aciz olan bir şey necə həqiqi xoşbəxtlik ola bilər?
Həqiqi xoşbəxtliyi tapan biri, sən saydıqların olmadan da xoşbəxtdir.
Çünki o, xoşbəxtliyin özünü tapmış

dır.Bir kitab düşün, hər kəsin mədh etdiyi bir kitab.. İnsanlar onun haqqında nə qədər yazsalar da, danışsalar da onu oxumağın yerini verərmi?

Pəri :
Bəlkə də düz deyirsən, ancaq o kitab haqqında məlumatım varsa onu təzədən oxuyub vaxt itirməyin nə mənası var?!
Səhv deyirəm sən ALLAH?
iki rəfiqə var idi. Mələk və Pəri
Mələk :
Amma hansısa ölkə haqqında danışsaydım, oranı gedib görmək üçün dəridən qabıqdan çıxardın.
Filankəsin nə əntiqə paltarı var desəydim onu görmək üçün yolunu uzadardın. Kitab dedim, zaman itkisindən danışdın.

“Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, ALLAHın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar!”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.