.:::Kişilərə təsir etmənin astroloji sirrləri:::..

.:::Kişilərə təsir etmənin astroloji sirrləri:::..
.:::Kişilərə təsir etmənin astroloji sirrləri:::..



Qoç kişisinə təsir etmənin yolları
Son dərəcə ehtiraslı, dinamik və cazibəli olan Qoç kişisini əldə etməkdə onun marağını davamlı tutmaq çox vacibdir.
Duyğularından çox məntiqiylə hərəkət edən Qoçdan romantic sevgi nümayişləri gözləməməli və ona da belə davranmamalısınız. Təcavüzkar qadınlardan heç xoşlanmaz, amma kiçik etirazlar və nazdan xoşlanar.
Onu əldə etmək istəyirsinizsə hər zaman marağını ayıq tutun.
Onun üçün oxunmamış bir kitab kimi olun. Dinamik Qoçun diqqətində olmaq üçün sağlam, güclü, dinamik və təbii görünməyə diqqət edin. Artıq o sizindir!

Buğa kişisini təsir etmənin yolları
Buğa kişisinin bir qadında axtardığı ən əhəmiyyətli şərt gözəllik, zövq sahibi olmaq və baxımdır. Maddi dəyərlərə son dərəcə əhəmiyyət verər.
Şirin sözlər eşitdiyində bir pişik kimi xoşallanan Buğa, çox yaxşı və sadiq bir aşiqdir.
Ən pis xüsusiyyətlərindən biri isə yataqda belə yeyə biləcək qədər boğazına düşkün olmasıdır.
Ümumiyyətlə, sakit və iş həyatını təyin etdiyi qaydalar çərçivəsində nizamlı bir şəkildə icra edən Buğa kişisi asan asan əsəbiləşməz.
Ancaq işinə qarışıldığı və tənqid edildiyində burnundan tənəffüs alan qorxunc üzü ortaya çıxar.
Onun sizi əldə etmək üçün hərəkətini gözləməyin.
Çünki o başqalarının arxasınca qaçmaqdansa onun arxasınca qaçanları çox qonaqpərvərliklə evində qonaq seçər.

Əkizlər kişisinə təsir etmənin yolları

Dəyişən, hava və qərarsız bir kişi olan Əkizləri əldə etmək çox vaxt asan kimi görünə bilər. Ancaq hörmətini və diqqətini qazanmaq çox çətindir. Çünki o intellektual, ağılını və məntiqini yaxşı istifadə edə bilən qadınlardan xoşlanar.
Bir qadına sahib olduğunu bilmək istəməsinə rəğmən onun üzərində mütləq hakimiyyət qurduğunu hiss etdiyi anda marağını itirər.
Ona özünüzdən bəhs edərkən həmişə hər şeyi deməyin.
Təkliyə nifrət edən Əkizlər kişisinə lazım olduğunda qardaş, dost, sevgili və ana olmağı bacara bilsəniz onu ələ keçirə bilərsiniz.
Ancaq indidən özünüzü onu başqalarıyla paylaşmağa və qısqanmamağa alışdırın.
Çünki sadiq olmayan bu kişi eyni zamanda qısqanclığı da heç bilməz.

Xərçəng kişisinə təsir etmənin yolları

Mühafizəkar və kövrək Xərçəng kişisinə çatmaq istəyirsinizsə, əvvəl onun anasının ürəyini fəth lazımdır.
Çünki o gerçək bir ana quzusudur. Ayrıca evinə çox düşkündür və bəzən xəstəlik dərəcəsində vasvası ola bilər. Passiv bir kişi olan Xərçəngə ürkütmədən yaxınlaşıb sevgi göstərməli, onun marağını tutaraq onu təhrik etməlisiniz. Bir əlaqəyə girdiyinizdə isə son dərəcə sadiq və dürüstdür. Buna görə onu qısqanmanıza heç ehtiyac yoxdur.
Ancaq son dərəcə kövrək olan Xərçəng kişisinin sizə güvənməsi üçün onu dürüstlüyünüzə inandırmaq lazımdır.
Ehtiraslı və nəvazişli qadınları sevər.

Şir kişisinə təsir etmənin yolları
Mərd, tərifdən sonsuz zövq alan Şir kişisi comərdliyi ilə tanınır.
Hər zaman maddi dəyərlərə çox əhəmiyyət verər. Qarşısındakına təsir etmək üçün bütün hünərini sərgiləyəcək.
Və ən diqqətli olmanız lazım olan istiqamətlərindən biri də rol qabiliyyətidir.
Hər zaman sizi əldə etməyə çalışacaq. Ona istədiklərini verirmiş kimi davranın.
Onu öpün, oxşayın, fövqəladə sevgi nümayiş etdirin, amma əsla aşiq olduğunuzu bildirməyin.
Beləcə o davamlı sizi əldə etmə səyi içində olacaq ki, bu da sizə dəyər verməsini təmin edər.
Daima dəbdəbəli və baş çevirici olun, o zaman sizin üçün dəli olacaq.

Qız kişisinə təsir etmənin yolları
Duygusallıqdan uzaq, eşqdən qorxan bir kişidir.
Onlar olduqca passiv, başqa insanlarla özünü paylaşmaqdan qorxan, Sadə və sadəlövh kişilərdir.
Bir Qızın sizdən xoşlanıb - xoşlamadığını təhqirlərindən və yersiz tənqidlərindən anlaya bilərsiniz.
Bir Qız kişisiylə bərabərkən çox pul xərcləməz. Təmiz, qəşəng və səliqəli olsanız onun sevgisini qazana bilərsiniz.
Əgər onun bitmək bilməyən xəstəliklərinə və vasvasılığına dayana bilsəniz, sevgi göstərəcəyi günlərin xəyalı ilə yaşaya bilərsiniz.

Tərəzi kişisinə təsir etmən
in yolları
Bürclər qurşağının ən centlmen, çaşdırıcı, hiyləgər kişisiylə birlikdə olmağa adaysanızsa indidən passiv bir rol boynunuza götürməyi qəbul etməniz lazımdır.
Son dərəcə nəzakətli, zərif, qəşəng və sehirli bir havası olan Tərəzi kişisi öyünməkdən və məğrur görünməkdən zövq duyar.
Ədəb qaydalarını yaxşı bilir və tətbiq edirsinizsə, fiziki gözəlliyiniz onun üçün əhəmiyyətini itirər.
Sədaqətinizə, eşqinizə əmin olduğu müddətcə sizinlə olmaq istəyəcək. Onu əldə edə bilmək üçün zərif, səssiz və gözəl olmalısınız. Tərəzi kişiləri güclü, təcavüzkar, basqın xarakterli qadınlardan xoşlanmazlar.
Az danışan, hərəkətləri və sözləriylə onu təsdiqləyən qadınlarla birlikdə olmağı seçərlər.

Əqrəb kişisinə təsir etmənin yolları

Olduqca enerjili olan Əqrəb kişisi hər istiqamətiylə son dərəcə güclüdür.
Təcavüzkar, sadist ola bilər, bəzən də heç danışmaz , amma tam tərsinə mehriban bir aşiq olur.
Seksual performansı hər zaman öndə olan Əqrəb kişisini əldə etmək istəyirsinizsə baxımlı, ehtiraslı, itaətkar və sadiq biri olmanız lazımdır.
Son dərəcə qısqanc olduğu üçün onunla birlikdə olmaq çətindir.
Yaradıcılığınızı, anlayışlı quruluşunuzu ön plana çıxardaraq onun diqqətini çəkə bilərsiniz.

Oxatan kişisinə təsir etmənin yolları

Ön fikirli, açıq fikirli, zarafatlı və candan bir quruluşu olan Oxatan kişisi, sizə çox maraq göstərdiyi bir anda ortadan yox ola bilər. Çünki özgüriüğünə son dərəcə düşkündür.
Əgər onu əldə etmək istəyirsinizsə əsla ciddi bir məqsədlə yaxınlaşdığı hissini oyandırmayın və sorğular, hesab soruşar tərzdə danışmayın.
Bu onu hirsləndirər. Onunla əvvəl yoldaş olun, problemlərinizi, zövqlərinizi paylaşın.
Ən əhəmiyyətlisi göz oxşayan, görkəmli, canlı və hərəkətli olmanız lazım olduğunu unutmayın.
Azadlığını qətiliklə azaltmayacağınızdan əmin olmasını da təmin edin.
Bütün bunları edə bilsəniz bu şən kişilə birlikdə olma şansını tuta bilərsiniz.

Oğlaq kişisinə təsir etmənin yolları

Eynilə simvolu kimi inadçı, davamlı plan quran, vicdanı məsuliyyəti son dərəcə güclü bir kişidir.
Pulu çox sevər, xərcləyərkən bütün diqqətini bu mövzu üzərində sıxlaşdırır.
Uzun uzun danışmaqdan, nitq söyləməkdən xoşlanar.
Əgər bir Oğlaq kişisini əldə etmək istəyirsinizsə, əvvəlcə onu heyranlıqla dinləməyə və səhər gözünü açar - açmaz puldan danışmağa başlamasına alışmanız lazımdır.
Bir Oğlaq kişisi üçün qadındakı ən əhəmiyyətli xüsusiyyət, tutumlu və qənaətcil olmasıdır.
Məsuliyyətdən qorxan bu kişinin ən böyük kabusu evlilikdir.
Mühafizəkar, mehriban, xanım kimi çox nizamlı olsanız onun marağını çəkərsiniz.

Dolça kişisinə təsir etmənin yolları

Bir Dolça kişisindən xoşlanmısınızsa çox diqqətli olmanız lazımdır.
Çünki azadlığına olduqca düşkündür və davamlı yer dəyişdirmək istər. Ağlını istifadə edərək əldə edəcəyi hər şeydən həzz duyar.
Buna görə onu əldə edə bilmək üçün əvvəlcə duygulanızı gizləməyi öyrənməlisiniz.
Onun sizi araşdırmasını, maraq etməsini təmin etməniz lazımdır. Ancaq sizi çözəməzsə uzaqlaşmağa başlayar, buna diqqət edin.
Yalana nifrət edən Dolça kişisinin bir başqa xüsusiyyəti də şişirdilmiş bir şəkildə özünü bəyənməsidir. Bir adamdan asılı olması çətindir.

Balıq kişisinə təsir etmənin yolları

Comərd bir aşiq, hər an romantizmin qoynunda yaşayan bir xəyalpərəst...
Son dərəcə həssas bir kişi olan Balıq, bütün bu gözəl xüsusiyyətlərinin yanında ehtirasları səbəbiylə çəkilməz bir insan ola bilər.
Onu əldə etmək istəyirsinizsə dayanmadan maraq və sevgi göstərməli, tez-tez sevdiyinizi söyləməli, eşqi üçün təşəkkür etməlisiniz. Eniş –çıxışlarına anlayış göstərməlisiniz. Çünki romantik və cüt xarakterli balıqlar çox sürüşkəndir.
Əlinizdən sıçrayar, üzüb gedər.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.