Şəhvətin ağıla,ağlın şəhvətə qalib gəlməsi ,insanın özündən aslıdır

05 Temmuz 2015
2 205
0
Şəhvətin ağıla,ağlın şəhvətə qalib gəlməsi ,insanın özündən aslıdır
Şəhvətin ağıla,ağlın şəhvətə qalib gəlməsi ,insanın özündən aslıdır

Şəhvətin ağıla,ağlın şəhvətə qalib gəlməsi ,insanın özündən aslıdır
Heçnə demirəm, bu yazını dəfələrlə oxuyub qəlbən başa düşsəniz, saatlarca ağlayarsınız..
Peyğəmbər (s.a.s) buyurdu;
“Cəhənnəmi iynənin ucu qədər görsəydiniz başınızı səcdədən qaldırmazdınız..”
Subhənallah.. Rəsulullah sadəcə iynənin ucu qədər dedi fikir verdiniz? Dünya həyatı qatıb başımızı, iş-güc, yemək, əyləncə, uşaqlar, məktəb, təhsil, kariyera.. say say bitməz. Yalnız Allaha ibadətlə bütün rahatlığı onun bizə vəd etdiyi ˝Cənnətdə˝ tapa bilərik. Əslində bəzən cəhənnəmin əzabını düşünən insanın ağlına heç cənnət gəlmir. Cəhənnəmin əzabından neçə qutarsın deyə düşünür. Bəzən fikirləşirəm ki, cənnətin ən aşağı təbəqəsinə düşüm. Təki cəhənnəm uzaq olsun məndən. Təsəvvür et, Rəbbin səni quş yaratmadı, ilan yaratmadı, qoç yaratmadı, at yaratmadı. Rəbbin səni huşsuz yaratmadı. Səni hər hansı bir həşərat yaratmadı. Özünü sənə tanıtma imkanı verdi. Səni müsəlman etdi. Sənin bir ruhun var. Sənə ağıl verdi ki, düşünəsən. Sənə mələklərə və heyvanlara verilənin ikisini ikiqat verdi: mələklərə verilən ağıl, və heyvanlara verilən şəhvəti.
Kimin şəhvətinin ağlına, kimin də ağlının şəhvətinə qalib gələcəyindən insan cavabdehdi. Çünki ona düşünmək üçün ağıl verildi. Namazları vaxtında qılırıq? Allah yanında ən fəzilətli əməldən sizə xəbər verim? Kim istəməz ki, Rəbbinin ən sevdiyi, Ona ən çox xoş gələn əməli etməsin? Allahın ən çox sevdiyi əməl vaxtında qılınan namazdır.˝ (Buxari)

Sübh namazını çoxunuz qəza edirsiz. Uşaqlarınıza "qoy yatsın hələ uşaqdı" deyirsiz. Bəs sübhün qəza olması cəzasının nə olduğunu bilirsizmi? Cəzası qəbirdə başının daşla sındırılmasıdır.. ( hədis buxaridəndi) bunu eşidəndən sonra sübhə səhlənkar yanaşan olacaq aranızda? Və qayda belədir. Hər namazın qəzası-70il cəhənnəmdir. Bizlərdən kim əlini iki saniyə kibrit üzərində saxlaya bilər? Biz 70 ilə necə dözək..
Öldükdən sonra qəbir əzabını bilirikmi bəs? Onun dəhşətini insan ağlına gətirmək istəmir. Uşaqlıqdan cəhənnəmdən çox qəbir əzabından qorxmuşam. Təsəvvür edin. Qəbirdə hər səhər, hər günorta və hər axşam cənnət yaxud cəhənnəmdəki yeriniz sizə göstəriləcək. Əgər Allah sizdən razı qaldığı halda ölsəniz, O sizin qəbrinizi genişlədər və sizi qəbir əzabından azad edər. Kimdən də narazı halda ölsə qəbri onu sıxar qabırğaları bir-birinə girincəyə qədər.. Kim əmindi əməllərindən? Hansımız bilə bilərik ki, Allah bizdən razıdı?

Subhənallah.. hətta qəbir əzabından qurtulmaq üçün etməli olduğumuz əməli öz qullarına çatdırır. Hər gecə Mulk surəsini oxuyanı Allah artıq qəbir əzabından azad etmişdir.. Muhamməd peyğəmbər (s.a.s) bir qəbrin yanına yaxınlaşdı. Üzərində güllər, çiçəklər bitmişdi və tər-təmiz idi. O dedi: "Buranın sahibi bir qadındı. Yatmadan öncə həmişə Mulk surəsini oxudu və beləcə Rəbbi onu qəbir əzabından azad etdi.. Belə mərhəmət gördünüzmü? Görün necə Rəbbimiz var. Görün necə Rəbbin quluyuq.
Belə Rəbdən ümid kəsilməz vallahi. Rəhməti bu qədər geniş olan Rəbb məgər əl açdığınızda geri çevirəcək? Ondan istəyin, o verəcək. Sizə cənnəti qazanmaq üçün lazım olan hər bir əməli Öz elçiləri ilə çatdırdı. Əməl etmək isə insana qalıb. Allah əfv etsin bizi. Doğrusunu Allah bilir. islama_devet

R.t..Zemichka

Şəhvətin ağıla,ağlın şəhvətə qalib gəlməsi ,insanın özündən aslıdır
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.