::::::Bağışlanmaq istəyi::::

21 Temmuz 2015
1 481
0
::::::Bağışlanmaq istəyi::::
::::::Bağışlanmaq istəyi::::


Əmirəl-mö`minin Əli əleyhissalam buyurdu: Özünüzü bağışlanmaq istəyi ilə ətirləndirin ki, pis günahların qoxusu sizi rüsvay etməsin. Biharul-ənvar /6/22.


*** –Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Allahın bütün ne`mətlərinə şükr edir və hər bir yaxşı işi Ondan diləyir, bütün pisliklərdən Ona pənah aparır və Ona sığınıram və hər bir günah üçün Ondan bağışlanmaq istəyirəm. Biharul-ənvar /94/242.

*** –İmam Baqir əleyhissalam buyurur: Peyğəmbərdən (s.ə.v.v.) soruşdular ki, ən yaxşı bəndə kimdir? Buyurdu:

O bəndədir ki, yaxşı iş gördükdə sevinər, pis iş gördükdə isə bağışlanmaq istəyər, ona bir şey veriləndə təşəkkür edər, çətinliyə düşdükdə səbr edər və qəzəbləndikdə güzəştə gedər. Xisal /317.

*** –İmam Sadiq əleyhissalam buyurur: Hər vaxt bir bəndə (Allahdan) bağışlanmaq istəklərini artırsa, nameyi-əməli parlayan halda yuxarı qalxar .
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.