Yoxsulluq evlənməyə maneə olmamalıdır

17 Ağustos 2015
1 923
0
Yoxsulluq evlənməyə maneə olmamalıdır
Yoxsulluq evlənməyə maneə olmamalıdır



İslam valideynləri, habelə onların simasında bütün insanları öz qız və oğlanlarını evləndirməyə sövq edir:
"Ərsiz arvadları, kənizləri və arvadsız kişiləri və öz layiqli qullarınızı (mö`minlər arasında, arvadsız kişi və ərsiz arvad qalmasın deyə) bir-biri ilə evləndirin. Əgər arvad və ya kişi kasıb olarsa, Allah Öz məhəbbəti ilə onları ehtiyacsız edəcəkdir. Allah bəndələrinin halından agahdır və Onun rəhməti böyük və tükənməzdir.”( "Nur” surəsi, ayə:32)

Bu şərif ayə demək istəyir ki, kasıblıq evlənməyin qarşısına sədd çəkməməlidir. Əks halda bu şeytan vəsvəsəsidir. Şeytanın və`dəsindən qorxmaq isə, həqiqətdə mehriban Allah barəsində sui-zənn etməkdir. Allaha qarşı bədgüman olmaq haramdır. Allah evlənən yoxsullara, onların çətinliklərinini aradan qaldıracağına və onları Öz köməkliyi ilə ehtiyacsız edəcəyinə söz vermişdir.(İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kəs yoxsulluq qorxusundan evlənsə, deməli Allah Taalaya qarşı sui-zənn etmişdir. Hansı ki, Allah Taala buyurur: "Allah Öz lütfü ilə oları ehtiyacsız (zəngin) edəcəkdir.” ("Mən la yəhzurul-fəqih” kitabından.))
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.