Qəribə deyilmi ki...?

18 Eylül 2014
1 569
0
Qəribə deyilmi ki...?
Qəribə deyilmi ki...?

İmanlı olaq
- Qəribə deyilmi ki, 10 manatlıq əskinazı
məsciddə sədəqə verdikdə bu məbləğ bizə
çox görünür, alış-verişə xərclədikdə isə
az!?
- Qəribə deyilmi ki, namaza və ibadətə sərf
etdiyimiz 1 saatlıq müddət bizə uzun,
televizor qarşısında isə qısa görünür!?
- Qəribə deyilmi ki, namazda fikrimizi bir
yerə cəmləməkdə çətinlik çəkirik, amma
dostlarımızla deyib- güləndə isə deyil!?
- Qəribə deyilmi ki, Qurandan 1 hissəni
candərdi oxuyuruq, amma xoşladığımız
roman heç əlimizdən düşmür!?
- Qəribə deyilmi ki, Qurandan 1 hissəni
əzbərləməkdə nə qədər çətinlik çəkirik,
amma edilən dedi- qoduları, müxtəlif boş
məzmuna malik mahnı sözlərini isə tez
yadda saxlayırıq!?
- Qəribə deyilmi ki, qəzetlərdə yazılanlara
tez inanır, Allahın kitabi Quranda
yazılanlara isə tərəddüdlə yanaşırıq!?
- Qəribə deyilmi ki, hamımız Cənnətə
girmək istəyir, amma bunun üçün zəhmətə
qatlaşmaq istəmirik!? - Qəribə deyilmi ki,
hər birimiz başqalarının günahlarını
gördükdə hakim olur, öz günahlarımızı
gördükdə isə vəkilə çevrilirik!?
- Qəribə deyilmi ki, "Allaha qurban olum,
Onun yolunda canımdan da keçərəm!!!
" -
deyən şəxs gündəlik ibadətlərini yerinə
yetirməyə belə tənbəllik edir!?
- Qəribə deyilmi ki, ömrümüz boyu
başqalarının hörmətini, razılığını
qazanmaq üçün əlimizdən gələni edirik,
Allahın razılğını qazanmağa gəlikdə isə
"vaxtım yoxdur" bəhanəsilə aradan
çıxırıq!?
İnsan üçün ən böyük qürbət Allaha uzaq
olmasıdır..

Qəribə deyilmi ki...?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.