Peyğəmbərimiz buyurmuşdur

23 Ekim 2015
1 554
2
Peyğəmbərimiz buyurmuşdur
Peyğəmbərimiz buyurmuşdur

"Əhəmiyyətli olan hər bir iş əgər Allahın adı ilə başlamazsa, o səmərəsiz olar və heç bir nəticə verməz".Həzrəti Əli (ə) buyurmuşdur: "Bismillah" işlərin bərəkət mayası, onu tərk etmək isə müvəffəqiyyətsizlikdir.İmam Rza(ə) buyurmuşdur: "Bismillah" insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.Başqa bir hədisdə buyurur: "Bismillah" ismi-əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır.Həzrət Əlinin (ə) "Nəhcül Bəlağə"sindəki mübarək xütbələrinin birində zikrin insan həyatındanə qədər vacib, əhəmiyyətli və əzəmətli yer tutması yetərincə təsbit olunub.
"Bismillah" - ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır.
"Bismillah" - Allaha eşq və Ona təvəkkül rəmzidir.
"Bismillah"- təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.
"Bismillah" - bəndəlik yolunda ilk addımdır.
"Bismillah" - şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.
"Bismillah" - işlərin paklıq və sığortalanma səbəbidir.
Bismillah"- Allahın zikridir. Yəni "Bismillah" deyən kəs Allahı unutmadığını bəyan edir.
"Bismillah" insanın məqsədini açıqlayır. İnsan "Bismillah" deməklə izhar edir ki,
Allahım , hədəfim camaat, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən.Allahım, bizləri həqiqi zikr əhlindən – qəlbi zikr edənlərdən qərar ver ki,etdiyimiz bütün zikrlər, “Bismillah”lar bizləri Sənə daha da yaxınlaşdırsın!
Peyğəmbərimiz buyurmuşdur

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 23 Ekim 2015 22:05
    "Bismillah" - şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.

    Gun erzınde calısıramkı cox deyım "Bısmıllah".. Allah razı olsun..
  2. -Aydan-
    "Bismillah" - bəndəlik yolunda ilk addımdır.

    _Bəli hər müsalman üçün vacibdir gün ərzində heç olmasa günə Bismillahla Başlamaq..
    -Təşəkkürlər maraqlı məqalə üçün
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.