Ey böyük Allahım

06 Kasım 2015
3 496
4
Ey böyük Allahım
Ey böyük Allahım

Ey böyük Allahım


Sevgi kimilər üçün asan, kimiləri üçun çətin, kimiləri üçündə heç vaxt olmayan bir hissdir.İnsan böyüyür, böyüdukcədə onunla bir yerdə onun xəyallarıda böyüyür.Həyatdan nəysə almağa,ondan nələrsə qoparmağa çalışır.

Sevgi elə bir duyğudur ki,ona sinə gəlmək onu ürəyindən çixartmaq olmur.Həyatda ən gözəl səhnə sevdiyin insanın üzüdür, ən şirin musiqi isə onun səsidir.

Hər bir insan kimi məndə sevirəm.Bəlkədə bir çox insanlardan daha çox sevirəm.Onu ilk gördüyümdə san ki, damarlarımda qanlar durdu,rəngim soldu. Bəlkədə içimdə bir azda olsa qorxu hissi var idi. Bilmirəm bir tək onu bilirəmki sevdim həmdə dəlicəsinə'. Onun heç bir zaman mənə aid olmayacağını bilə-bilə sevdim. Bəlkədə bu həyatımın səhvi idi və buna görə ömrümün sonuna qədər əzab əziyyətlə yaşayacam.Bəlkədə bir başqasını sevəcəm.

Deyillər həyat sürprizlərlə doludu.Ola bilər amma mən buna inanmıram.Mənim həyatımda,sürprizimdə odu. İndi o məndən çox uzaqlardadı. Bəlkə xoşbəxtdi,bəlkədə yox Bunu bilə bilmərəm. Hər gün mən dənizə baxıram,öz- özümü dalğaların arasıda itirirəm və deyirəm o geri gələcək.Amma yox mən sadəcə olaraq özümü aldadıram.

Başqa nə edə biləramki. Bəzən düşünürəm, bəlkəda həyatıma son verim. Amma bacarmıram. Çünki, onda mən Allaha qarşı çıxmış oluram. Birdəki sevdiklərime belə bir acı verə bilmərəm. Hər gün yatmazdan əvvəl Allaha dua edirəm. Deyirəm:

Ey böyük ALLAH ım sən onu xoşbəxt elə. Mən onun həyatın da olmasam belə. O xoşbəxt olarsa məndə xoşbəxt olaram.

Mən sevdim oda sevsin, məni sevməsə belə sevəcəyi insanı mənim onu sevdiyim qədər sevsin və gözəl bir həyat sürsün. Çünki o buna layiqdi o gözəldi o füsünkardı o mənim sevdiyimdi məni sevməsə belə.
Ey böyük Allahım
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Allah razi olsun çox beyendim
  2. Minyon giril
    Allah razi olsun hemiweki kimi gozel xeberlerden biri :) cox beyendim
  3. SindireLLa
    Allah razi oLsun gözəl xəbərdi. Paylaşimincun təşəkkür edirəm.
  4. -Aydan-
    -Nə gözəl xəbərdir..
    -Mənim ən böyük sevgim Allahdır..
    -Allah razı olsun .. Dəyərli xəbərdir..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.