İbrətamiz hekayə...

25 Eylül 2014
1 844
0
İbrətamiz hekayə...
İbrətamiz hekayə...



Bəni-İsrail tayfasında çox ağıllı və ədəbli bir cavan varmış. Bu cavan oğlan ata-anasına hədsiz hörmət edər və onların sözündən heç vaxt çıxmazdı. O, valideynlərinin icazəsi olmadan bir iş görməzdi.
Günlərin birində həmin cavan oğlan bir miqdar mal alır və aldığı malların pulunu vermək üçün evə getməli olur. O, içərisinə pul qoyduğu sandıqçanın açarını axtarır. Təsadüfdən atası açarı ciibnə və paltarları da başı altına qoyub yatmışdı. Oğlanın atasını oyatmağa ürəyi gəlmədi. Atasının yanında oturdu ki, bəlkə o yuxudan ayıla. Amma kişi çox yorğun olduğundan ağır yuxuya getmişdi.
Oğlanın mal aldığı adam hava qaralmamış öz vilayətinə qayıtmalı idi. O səbəbdən də çox gözləyə bilməzdi. Oğlan sandıqçanın açarını götürmək üçün atasını oyatmadı və aldığı malı sahibinə geri qaytarıb üzrxahlıq etdi.
Atası yuxudan ayılandan sonra oğlundan soruşdu: “Oğlum, bu günkü alış-verişin necə olub? Bir-şey qazana bilmisənmi?
Cavan oğlan almaq istədiyi mal barədə atasına danışıb dedi:
“Əgər açar sizin başınız altında olmasaydı və həmin malları alsaydım çoxlu mənfəət əldə edərdim.”
Atası oğlunun bu işinə görə çox sevindi. Dedi:
“Ey əziz oğul! Bu gün əlindən çıxan həmin gəlirin əvəzində öz inəyimi sənə bağışlayıram. Bununla da bu gün əldən qaçırdığın fürsətin əvəzini gələcəkdə əldə edəcəyinə ümidvaram.”
Bu əhvalatdan bir müddət keçəndən sonra oğlanın atası öldü. O vaxtlar Bəni-İsrail tayfasından bir nəfəri öldürmüşdülər. Camaat qatilin kim olduğunu bilmək üçün həzrət Musanın (ə) yanına gedirlər. Musa (ə) onlara deyir: “Əgər qatilin kim olduğunu bilmək istəyirsinizsə, bu nişanələri olan inəyi alıb kəsin. Həmin inəyin quyruğunu ölən adama vursanız dirilər və qatilin kim olduğunu deyər.
Həzrət Musanın (ə) dediyi bütün nişanələr ancaq bu cavan oğlanın inəyinə aid idi. Bəni-İsrail tayfası inəyi almaq üçün oğlanın yanına gedirlər. Anası oğluna deyir: Bəni-İsrail tayfasına de ki, inəyi almaq istəyirlərsə, gərək onun dərisini soyub içərisini qızıl sikkələrlə doldurub təhvil versinlər.
Onlar oğlanın qoyduğu şərt ilə razılaşmağa məcbur olduqlarından inəyin dərisini qızılla doldurub oğlana verdilər.[Bəqərə surəsindən götürülmüşdür, 67-72-ci ayə.]
Valideynlərinə etdiyi hörmət və yaxşılığın əvəzində Allah-təala ona belə böyük bir sərvət əta etdi. Həmçinin Quranın ən böyük surəsi həmin inəyin əhvalatına görə Bəqərə (yəni inək) adlanmış və Allah-təala bu surədə həmin əhvalata işarə etmişdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.