Üzr istəmək və düşmənçilik

12 Aralık 2015
2 453
2
Üzr istəmək və düşmənçilik
Üzr istəmək və düşmənçilik

Üzr istəmək və düşmənçilik

Üzr istəmək və düşmənçilik Üzr istəmək Üzr istəmək və düşmənçilik

Üzrxahlığa səbəb olan işlərdən çəkinmək.

*«Misbahul Şəriyyə»: (Allahın Peyğəmbəri) Buyurmuşdur: «Onun səbəbinə üzr istəyəcəyin işdən çəkin. Çünki, onda bir şirk gizlənmişdir.»

*İmam Hüseyn (ə): «Ona görə üzr istəyəcəyin işdən çəkin. Çünki, mömin nə pislik edər, nə də üzr istəyər. Münafiq isə hər gün pislik edər və üzr istəyər. »

*İmam Sadiq (ə): «Möminin özünü xar etməsi yaraşan iş deyil.» Ərz etdim: «Özünü necə xar edər?»Buyurdu: «Üzr istəməsinə səbəb olacaq iş görməklə.»

Üzr diləyənin üzrünü qəbul etməyə həvəsləndirmək.


*Allahın Peyğəmbəri (s): «Kimsə başqasının üzrxahlığını- istər əsaslı olsun, istərsə də, əsassız- qəbul etməsə Kövsər hovuzunun kənarında mənimlə görüşməz.»

*İmam Əli (ə): «Qardaşının üzrxahlığını qəbul et. Onun üzrü olmasa da, özün bir üzr fikirləş.»

*İmam Əli (ə): «İnsanların ən ağıllısı üzrləri ən çox qəbul edəndir»

* İmam Səccad (ə): «Kimsə sənin sağ tərəfindən səni söyüb sonra da sol tərəfinə keçib üzr istəsə, üzrxahlığını qəbul et.»

Üzr istəmək və düşmənçilik

Üzr istəmək və düşmənçilik Düşmənçilik Üzr istəmək və düşmənçilik

Bir-biri ilə düşmənçiliyin yasaq olunması.

*Allahın Peyğəmbəri (s): «Cəbrayıl (ə) heç bir şey barədə camaatla düşmənçilikdən uzaq durmaq qədər mənə tövsiyyə vermədi.»

*Allahın Peyğəmbəri (s): «Bütpərəstlik mənə yasaqlanandan sonra heç bir şey camaatla çəkişmək qədər qadağan olunmadı.»

* Allahın Peyğəmbəri (s): «Kim camaatla dava-dalaş etsə, mürvəti itər və hörməti yox olar.»

* İmam Əli (ə): «Nadanlığın zirvəsi camaatla düşmənçilikdir.»

*İmam Baqir (ə): «Dava-dalaşdan çəkinin. Çünki, bu iş ürəyi puç edər və nifaq yaradar.»

Düşmənçilik toxumu.

* İmam Əli (ə): «Düşmənçiliyin səbəbi düşüncəsizlikdir.» *İmam Əli (ə): «Hər bir şeyin toxumu var. Düşmənçiliyin toxumu da zarafatdır.»

Düşmənçiliyə layiq olanlar.

Quran:
«Ey iman gətirənlər! Əslində arvad və uşaqlarınızın bəziləri sizin düşmənlərinizdir. Onlardan çəkinin. Güzəşt edib göz yumsanız və günahlarını bağışlasanız, Allah həqiqətən bağışlayan və mehribandır.»

Hədis:
*İmam Əli (ə): «İnsanın qarnı onun düşmənidir.» *İmam Cavad (ə): «Sənin ürəyinin istəklərinə tabe olduğuna görə doğru yolu səndən gizlədən, şübhəsiz ki, səninlə düşmənçilik etmişdir.»

Düşmənlərin ən düşməni.

*Allahın Peyğəmbəri (s): «Sənin ən yağı düşmənin, iki böyrünün arasında olan nəfsindir.»

* İmam Əli (ə): «İnsanların ən yağı düşməni, onun qəzəb və şəhvətidir. Kim bu ikisinə üstün gəlsə, məqamı yüksələr və öz məqsədinə çatar.»

Özünü düşməndən amanda saymaq olmaz.

* İmam Əli (ə): «Kim öz düşmənindən qafil olsa, təxribatlar onu qabağına qatıb aparar.»

* İmam Əli (ə): «Kim (öz düşmənindən) qafil olsa, (düşmənləri) ondan qafil olmazlar.»

*İmam Əli (ə): «Heç bir düşməni aşağı tutma, aciz olsa belə.»

Düşmənlərin barışığını qazanmaq.

* İmam Əli (ə): «Kim öz düşmənini barışığa doğru çəksə, özününkülərin (dost və yavərlərinin) sayını artırar.»

* İmam Əli (ə): «Kim öz düşmənini barışığa çəksə, muradına çatar.» *Düşmənlərə qarşı münasib silah.

*Loğman (ə) (Övladına tövsiyəsindən): «Övladım! Düşmənə qarşı silahlanmalı və nəticədə onu yerə sərməli olduğun şeylərdən biri də budur ki, onunla yağlı, yumşaq dillə danışasan ki, içindəkilər ona aşkar olmasın və özünü sənə qarşı hazırlamasın.»

Camaatın bilmədiyi şeylə düşmənçiliyi.

* İmam Əli (ə): «Camaat bilmədiyi şeyin düşmənidir.»

Üzr istəmək və düşmənçilik
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ellerine sagliq baci ALLAH Razi olsun
  2. Alev..
    • Alev..
    • 12 Aralık 2015 14:09
    Özünü düşməndən amanda saymaq olmaz.

    * İmam Əli (ə): «Kim öz düşmənindən qafil olsa, təxribatlar onu qabağına qatıb aparar.»
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.