Qadın şiddətə deyil,sevgiyə layiqdir

18 Şubat 2016
1 638
3
Qadın şiddətə deyil,sevgiyə layiqdir
Qadın şiddətə deyil,sevgiyə layiqdir

Qadın… Şiddət... Sevgi... Getməyə yeri olmayan, şiddətə məruz qalan, sıxıntılı həyat yaşayan, çətinliklərə sinə gərən bir çox qadın var dünyada. Əsasən də müharibə bölgələrində yaşayan qadınların yaşadıqları sıxıntıları düşünək...
Müharibə olmayan bölgələrdə də vəziyyət fərqli deyil. Orda da maddi-mənəvi işgəncələrə məruz qalan qadınlar az deyil...
Hər il martın 8-i Dünya Qadınlar Günü qeyd edilir. Əlbəttə, bu gözəldir amma qadınların problemlərini aradan qaldırmaq üçün ildə bir dəfə təbrik etmək yerinə, daha təsirli həll yolları axtarmaq daha məqsədəuyğun olar.
Ərəb ölkələrindəki qadınlardan başlamaq istəyirəm. Suriyada 3 ildir davam edən müharibə var və orda ən cox əzilənlər qadınlar və uşaqlardır. Uşaqlarını xilas etməyə çalışan, soyuqdan donan, ailəsinə isti yer axtaran, hər an təcavüz qorxusuyla yaşayan və günlərlə, hətta həftələrlə ac qalan qadınlar var Suriyada....
Əfqanıstanda da qadınların heç bir mövzuda danışmağa nə haqqı var, nə də rahatlığı. Qadınların evdən çıxması və qız uşaqlarının məktəblərdə oxuması qadağan edilir.
Ölkədə qadınlar öldürülür və öldürənlər cəzalandırılmır.
Ərəb ölkələri içində qadınların çox pis vəziyyətdə yaşadığı ölkələrdən biri də Misirdir. Misirdə qadınların 99,3 % -i təcavüzə və şiddətə məruz qalır.
İraqda isə qadınlar həm şiddətə məruz qalır, həm də qadın alverinə qurban olurlar.

Səudiyyə Ərəbistanında müharibə yoxdur, amma oradakı vəziyyət də ürək açan deyil. Qadınların nə şəxsiyyət vəsiqəsi var, nə də maşin sürə bilərlər. Yeni doğulan qız uşaqları öldürülürlər….

ABŞ-da hər 90 saniyədə 1 qadına təcavuz edilir.
Kanada da 18-64 yaş arasındakı qadınların 18%-i həm cinsi təcavüzə məruz qalır, həm də erkən evləndirilirlər.

Yaponyada qadınlar həm fiziki, həm mənəvi, həm də cinsi zorakılığa məruz qalırlar.

Dünyada bu şəkildə ölən qadınların sayının 40-50 milyon olduğu deyilir. Düşünə bilirsiniz?
Qadına qarşı zorakılıq ölkəmizdə də az deyil, nə qədər tədbir alınsa da dəyişən heç nə yoxdur.

Axı niyə? Niyə heç bir nəticə yoxdur? Səbəb nədir? Nə etmək lazımdır?

Qadınlar həyat yoldaşlarını özləri seçsin, boşanmaq istəyən qadınlar da haqqını tələb edə bilsin, qadınlar sərbəst olsun, psixoloji dəstək verilsin, şiddətə əl atanlar qınanılsın və cəzalandırılsın…
Bunlar illərdir ki problemlərin sona çatması üçün alınan tədbirlərdir. Əlbəttə, bunlar edilsin, ama məsələni kökündən həll etmək lazımdır.

Yəni bu insanlara vicdanı, Allah qorxusunu danışmaq lazımdır. Təkcə cəzalandırmaq yetərli deyil. Qarşısındakı insanın ruhunun olduğunu, etdiklərinə görə Allaha cavab verəcəyini bilməsə, cəzası bitdikdən sonra eyni vicdansızlığı etməyə davam edəcəklər.
Allahın qadınları və kişiləri eyni yaratdığını xatırlatmasaq, özlərini üstün görməyə davam edəcəklər. Buna görə də tək çarə insanlara imanı anlatmaq, sevginin necə gözəl nemet olduğunu danışmaq lazımdır. Quran əxlaqının, gözəlliyini, təvazökarlığını, iffətini, fədakarlığını yaşamaq üçün insanları təşviq etmək, gözəl əxlaqın yayılmasına səbəb olmaq hər birimizin borcudur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    insanliq şertdir..indi şiddete meruz qalan o qeder coxalibki qiz uşaqlarinibistememek tecavuzler de artiq coxalib..bunun helli ne vaxtsa olacaqmi??indi herşeyin hellini axtarib tapirlar ama eses uc şeyin helline baxan yoxdur..inşALLAH Ki herşey oz hellini tapar bele davam etmez...cox sag olun paylaşim ucun ellerinize sagliq
  2. Jessica
    Çox gözəl və maarifləndirici xəbərdi belə xəbərlər oxuyanda əhvalım qaçır düşündükdə ki hal hazırda mən isti evdə isti yeməyi var başqalarına ona möhtacdır Şitətin çoxu yoxsulluq üzündən baş verir ..Allah dünyamızı salmaq eləsin bu tək Azərbaycanın problemi deyil bütün dünyada qadınlar şiddətə xeyir aksiyaları keçirilir birlik olsaq bəlkədə bacararıq
    Təşəkkürlər Müəllifə°•○
  3. ALA GOZ
    qadınlar incədi qadınları incitmək olmaz ayyşş
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.