Gecə namazının qılınma qaydası

23 Şubat 2016
2 618
2
Gecə namazının qılınma qaydası
Gecə namazının qılınma qaydası

Gecə namazı 11 rikətdir. Onun 8 rikəti gecə namazının nafiləsi niyyətilə sübh namazı kimi iki rikət qılınır. Yəni 4 dəfə eynilə sübh namazı kimi 2 rikətli namaz qılınır. Daha sonra eynilə sübh namazı kimi amma qunutsuz 2 rikətli Şəfi namazı qılınır. Sonda isə 1 rikətli qunutu olan Vitr namazı əda edilir.

Gecə namazının qılınma qaydası

Nafilə namazların qılınma qaydası:

Niyyət: "Gecə namazının nafiləsinı qılıram qürbətən iləllah"+Təkbir

1-ci rikət: Fatihə+İxlas(Qul huvəllah)+Ruku+Səcdələr

2-ci rikət: Fatihə+İxlas+Ruku+Səcdələr+Təşəhhüd+Salamlar(Qeyd etdiyimiz kimi nafilə namazları 8 rikətdir. Yəni eyni namazı 4 dəfə təkrar etmək lazımdır ki, cəmdə 8 rikət edir). Şəfi namazının qılınma qaydası:


Şəfi namazında müstəhəbdir ki, insan 1-ci rikətdə Həmd və Surədən sonra Nas surəsini, ikinci rikətdə isə Həmd və Surədən sonra Fələq surəsini oxusun. Amma oxumasa da heç bir eybi yoxdur.

Şəfi namazı qılıram qürbətən iləllah+Təkbir

Gecə namazının qılınma qaydası

1-ci rikət: Fatihə+İxlas+Nas+Ruku+Səcdələr

2-ci rikət: Fatihə+İxlas+Fələq+ Ruku+Səcdələr+Təşəhhüd+Salamlar(Bir daha qeyd edək ki, Şəfi namazının qunutu yoxdur). Vitr namazının qılınma qaydası:

Gecə namazının qılınma qaydası

Vitr namazında müstəhəbdir ki, insan Fatihə surəsini oxuduqdan sonra 3 dəfə İxlas surəsini, 1 dəfə Fələq və bir dəfə də Nas surəsini oxusun. Həmçinin müstəhəbdir ki, namazın qunutunda 70 dəfə "Əstəğfirullahə rabbi və ətubu ileyh", 70 dəfə "Həzə məqamul-`aizi bikə minən-nar", 300 dəfə "əl-Əfv", 40 dəfə "Allahumməğfirlil-mumininə vəl-muminat" və 40 dəfə "Allahumməğfirli filankəs(filankəsin əvəzinə mömin(ə)in adını çəkmək) deyilsin. Amma bunların bir hissəsini yaxud birini yasxud heç heç birini etməyib qunut tutmaq şərtilə yalnız 1 rikət namaz qımaqla da kifayətlənmək olar. Amma yaxşı olar ki, 70 dəfə "Əstəğfirullahə rabbi və ətubu ileyh" deyilsin və Allahda 40 nəfər möminin bağışlanması istənilsin.

Gecə namazının qılınma qaydası

Vitr namazı qılıram qürbətən iləllah+Təkbir

Gecə namazının qılınma qaydası

Fatihə+3 dəfə İxlas+ 1 dəfə Fələq+1 dəfə Nas+Qunut+Ruku+Səcdələr+Təşəhhüd+Salamlar.
Qeyd: Gecə namazının nafilələrini qılmadan da yalnız Şəfi və Vitr namazlarını əda etmək olar. Hətta vaxt az olarsa, yalnız Vitr namazını qılmaq mümkündür.


Gecə namazının qılınma qaydası
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ALLAH Razi olsun bu haqda bilirem ellerinize sagliq
  2. ceyla
    • ceyla
    • 23 Şubat 2016 10:27
    çox sag olun mən bunu bilmirdim ama öyrənmək istəyirdim Allah razı olsun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.