Sən necə birisən? - Psixoloji Testlə Yoxla

11 Ağustos 2020
4 238
5
Sən necə birisən? - Psixoloji Testlə Yoxla
Psixoloq Vəfa Əkbər insanlara maraqlı psixoloji test təklif edib. FeaT.Az həmin psixoloji testi sizə təqdim edir. Şəkildə görünən fiqurun birini seçin və aşağıdakı rəqəmi oxuyun. Fiqurlar soldan sağa sadalanılır.

Sən necə birisən? - Psixoloji Testlə Yoxla

1. Qayğısız, şən və zarafatcıl

Həyat sizin üçün azadlıq və spontanlıqdır. Hər andan maksimum şəkildə yararlanmağa çalışırsınız. Sizin həyat deviziniz: “Həyatda yalnız bir dəfə yaşayırıq”-dır. Yeni təəssüratlara açıqsınız və dəyişiklikləri sevirsiniz. Bu fiquru seçən insanlar üçün ən pis şey nəyəsə bağlılıq, məhdud öhdəliklər hiss etməkdir. Daim sürprizlərə hazırsınız.

2. Müstəqil, şərtilikdən uzaq, özbaşına

Daim öz yolunuzla gedirsiniz və sizi yolunuzdan döndərəcək maneələrə məhəl qoymursunuz. İşdə və yaxud sərbəst vaxtınızda nümayiş etdirdiyiniz artistik qabiliyyətiniz var. Həyat tərziniz çox fərdidir. Hazırda dəbdə olan heç bir şeyi düşünmədən qəbul etmirsiniz. Həyatla bağlı öz təsəvvür və inanclarınızla yaşayırsınız. Hətta bu axına qarşı üzmk belə olsa.

3. Özünütəhlil və düşüncəyə meyilli, həssas

Digər insanlardan fərqli olaraq özünüz və ətraf dünya haqqında daha çox düşüncələrə dalırsınız. Boş-boş söhbətləri dinləməkdənsə özünüzlə tək almağa üstünlük verirsiniz. Lakin dostlarınız ilə münasibətiniz çox səmimidir və bu sizə sakitlik və harmoniya bəxş edir. Siz çox nadir hallarda darıxırsınız.

4. Həyatpərəst, tarazlı, harmoniyalı

Təbiilik və sadəliyə qiymət verirsiniz. İnsanlara sizinlə çox rahatdır, çünki ayaqlarınızı yerə bərk basırsınız və sizə etibar etmək olar. Dəyər verdiyiniz insanlara təhlükəsizlik hissi bəxş edirsiniz, lakin bununla belə onlara təzyiq göstərmirsiniz. Sizi mülayim və həssas bir insan kimi tanıyırlar. Modaya şıltaqlıqla yanaşır, praktik və zərif geyimlərə üstünlük verirsiniz.

5. Praqmatik professional, öz gücünə əmin

Həyatı nəzarət altında saxlayır və uğura deyil, öz fərdi fəaliyyətinizə bel bağlayırsınız. Problemləri sadə yolla həll etmək sizə xasdır. Həyata realistik baxış bucağınız var və gündəlik qayğılardan uzaqsınız. Ruhunuzun gücü ətrafınıza yansıyır. Başladığınız işi sona çatdırmayınca məmnunluq hissi duymursunuz.

6. Sülhpərvər, şüurlu, agressiv olmayan

Asanlıqla ünsiyyət quran, lakin eyni zamanda ehtiyatlı birisisiniz. Zəhmət çəkmədən dost əldə etsəniz də, skitlik və müstəqilliyi sevirsiniz. Zamanla həyatın mənasını düşünmək və dünyadakı hər bir şeydən kənarda istirahətə ehtiyac duyursunuz. Özünüz və ətrafınızdakı insanlarla harmoniya şəraitind yaşamağı bacarırsınız.

7. Öz gücünə əmin analitik, etibar etmək mümkün olan insan

Sizin “ildırım sürətli” həssaslığınız özlüyündə əsl həyati dəyərləri anlamağa kömək edir. Mədəniyyət həyatınızda vacib rol oynayır. Öz xüsusi həyat tərziniz var – eksklüziv və eleqant, müstəqil və dəbə önəm verən.

8. Romantik, xəyalpərəst, emosional

Çox həssas təbiətə sahibsiniz. Hadisələrə rasional nöqteyi-nəzərdən baxmaqdan imtina edirsiniz. Sizə hissləriniz daha vacibdir. Romantizmi inkar edən və yalnızca şüura əsaslanan insanlar sizə maraqlı deyil. Emosiya və hislərinizin müxtəlifliyini məhdudlaşdıracaq heç bir şeyi qəbul etmirsiniz.

9. Dinamik, fəal, ünsiyyətcil

Risk etməyə və maraqlı iş müqabilində ağır məsuliyyətlər qəbul etməyə hazırsınız. Hadisələrin mərkəzində olmağı sevirsiniz. Müəyyən hallarda fəal şəkildə təşəbbüs göstərmək qabiliyyətinə sahibsiniz.
Əvvəlki Xəbər
RƏYLƏR
  1. allah bendesi
    3 ve hardasa duz olanlar oldu en cox dastlarim baresinde..cox sag olun ellerinize sagliq
  2. Jessica
    Elə belədə bilirdim hardasa düzdü teşekkürlər
  3. シ AyLaM シ
    hec ozumu tanimamisim)))) 12 twk xebere gore
  4. sevgi^_^
    7. Öz gücünə əmin analitik, etibar etmək mümkün olan insan

    Sizin “ildırım sürətli” həssaslığınız özlüyündə əsl həyati dəyərləri anlamağa kömək edir. Mədəniyyət həyatınızda vacib rol oynayır. Öz xüsusi həyat tərziniz var – eksklüziv və eleqant, müstəqil və dəbə önəm verən.


    twkler marali idi ))
  5. ALA GOZ
    belay aboo bu neee belay hansınanam hec bilmirem belay
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.