Bir kişinin neçə arvadı ola bilər?

11 Mayıs 2016
1 482
0
Bir kişinin neçə arvadı ola bilər?
Bir kişinin neçə arvadı ola bilər?

Nikah müqaviləsi nə zaman hüquqi qüvvəyə malik olur?


Bəzi hallarda nikah müqaviləsinin olmaması, ya da rəsmi qeydiyyata alınmamasına görə boşanan cütlüklər arasında ciddi ixtilaf yaranır. Bu münaqişənin kökündə isə rəsmi nikah müqaviləsinin bağlanmaması dayanır. Əslində isə nikah müqaviləsi təkcə boşanma anı üçün tətbiq edilmir, o, bütövlükdə nikah dövründə əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər. Nikah müqaviləsinin əsas məqsədi ər-arvadın əmlakının hüquqi rejiminin müəyyən edilməsidir. Bu əmlak həm müqavilə bağlanarkən mövcud olan, həm də gələckdə əldə edilməsi nəzərdə tutulan əmlak ola bilər

Vəkil Asif Abdullayev bildirdi ki, rəsmi nikah yalnız bir nəfərlə bağlana bilər:
"Nikah müqaviləsi nikahdan əvvəl və ya nigah dövründə istənilən vaxt bağlana bilər. Amma həmin müqavilə nikahın dövlət tərəfindən qeydiyyata alındığı andan hüquqi qüvvəyə minir. Deməli, rəsmi nikah yalnız bir nəfərlə bağlana bilər. Bu baxımdan da, yalnız bir nikah müqaviləsi hüquqi qüvvədə hesab edilir, o da nikah qeydiyyata alındığı andan etibarən”.

Hüquqşünas onu da qeyd etdi ki, nikah rəsmi qeydiyyata alınmayıbsa, həmin müqavilənin heç bir hüquqi əhəmiyyəti olmur:
"Əgər tərəflər arasında nikah müqaviləsi bağlanıbsa, lakin nikah qeydiyyat şöbəsində rəsmi (zaqs) qeydiyyata alınmayıbsa, nigah müqaviləsi heç bir hüquqi qüvvəyə malik olmur”.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.