Körpələr haqqında maraqlı fakt

03 Ekim 2014
3 947
0
Körpələr haqqında maraqlı fakt
Körpələr haqqında maraqlı fakt


Həyatlarının ilk aylarında olan körpələrin dil öyrənmək imkanları daha genişdir. Ana dillərinə aid olmayan sözləri daha asan seçə bilirlər. Bu proses gələcək təhsili istiqamətləndirən beyin xəritəsinin formalaşmasında yardımçı olur.

Ratqers Universitetinin əməkdaşı Eypril Binesiç və həmkarlarının apardıqları araşdırma göstərib ki, 4 aylıq körpələr başqa dillərə məxsus olan sözlərə diqqət yetirməyi öyrənirlər. 7 aylıq körpənin beyninin skan olunması göstərib ki, onlar başqa səsləri daha tez və dəqiq aşkar edirlər.

Eypril Binesiçin sözlərinə görə, tamam körpə olan uşaqlar ətraf mühiti müşahidə edərək səsləri seçməyə çalışırlar. 4-7 aylar arasında onlar özlərinin linqvistik-akustik xəritələrini hazırlayırlar.

10 aylığa çatanda isə uşaqlar kənar dillərin sözlərinə əhəmiyyət vermirlər.


Beynin akustik xəritəsi beyin hüceyrələri arasındakı əlaqələri göstərir. Yaxşı təşkil olunmuş xəritə gələcəkdə də dilləri tez və dəqiq müəyyənləşdirməkdə yardımçı olur. Bu funksiya koqnitiv imkanların da genişlənməsinə yardımçı olur.

Tədqiqatın müəllifi deyir ki, uşaqların bu qabiliyyəti böyüklərin avtomobil idarə etməsi kimidir. Böyüklər maşın idarə edərkən qaz və ya əyləci basmaq barədə düşünmürlər. Bu proses avtomatik olur.

Alim hesab edir ki, əldə olunan bilgilərin sayəsində körpələrin beyninin akustik xəritəsini idarə etmək olar ki, bu da uşaqların gələcəkdə dil öyrənmələrinə yardımçı olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.