Səbr etməlisən...

19 Ağustos 2014
2 011
0
Səbr etməlisən...

Səbr etməlisən...




Həyat, bir musiqinin yoldaşlığında gözəl … Küləyi hiss etməlisən əvvəl, sonra misraların arasındakı titrəşmələri. Ürəyinə göndərdiyi esintileri eşitməlisən; ucsuz-bucaqsız dərinlərində, unutdurmalı sənə çirkin olan nə varsa. Gözəllikləri verməli ruhunun dərinliklərinə. Sevgin, səni dimdik tutmalı ayaqda və qorumalı ən böyük qasırğalara qarşı.



•:*:• •:*:• •:*:• •:*:•



Sinə gərməli... Buraxmamalı səni, boşluğa yapışmalısan. Kökləri möhkəm olan sevgi həyatının budaqlarında bilməlisən qorunduğunu... Müqəddəs olan nə varsa səndə olmalı və sən qorumalısan dəyər verdiyin nə varsa.



•:*:• •:*:• •:*:• •:*:•



Həyata sarılarkən sənin də bir musiqinin olmalı, bəstəsini özün etdiyin. Əmək verməlisən, bəsləməlisən həyatı ki o da sənə verə bilməli nə istəyirsənsə. İstəklərin, ədalətli olmalı; eqoistcə deyil…



•:*:• •:*:• •:*:• •:*:•



Safını axıtmalısan həyata ki; o da sənə bütün safı təqdim etsin. Nə istədiyini bilirsənsə... Səbr etməlisən... Səbr etməlisən ki səbrin sənə mükafatını versin.



•:*:• •:*:• •:*:• •:*:•



Dağın zirvəsinə çıxacaq gücü yoxsa, həmişə günəşin istiliyinə həsrət qalar insan. Gedəcək bir istiqamətin yoxsa əgər, o zaman küləyi günahlandırmaq niyə? Qorxursansa ürküdürsənsə duyğularını, qaranlığa ləkə sürmə. Yoxdur fərqi işıqlıqdan...



•:*:• •:*:• •:*:• •:*:•



Toxunmaqdan çəkinmə hiss etdiyin hər şeyə. Hiss etmirsənsə doxunuşun nə əhəmiyyəti var!.. Nə əhəmiyyəti var keçirdiyin hər dəqiqənin içində sevgi yoxsa.



•:*:• •:*:• •:*:• •:*:•



Həyata bir məqsəd əlavə et. Ən kiçik məqsədlərin belə bacardıqları böyükdür. Çobanyastığıların açılış səbəbi necə ki dünyanı gözəlləşdirməksə; sən niyə çirkinləşdirirsən həyatı? Yoxmu bir çobanyastığı qədər qürurun? Yoxmu gözlərinlə baxdığında Yaradanı görəcək cəsarətin.



•:*:• •:*:• •:*:• •:*:•



Görünəndə deyil; ürəyimdə yanğınım. Yanar; amma bir Rəbbim bilər. Mənə yol göstərəcək işıq axtararam. O işıq, mənə Rəbbimdən gəlir. Kim nə istəsə düşünsün, mənə nə!,ALLAHıma əmanət... Mən, nə istədiyimi bilsəm; Rəbbim, mənə istədiyimi verər əlbət…
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.