Qidaların dəriyə faydaları

21 Kasım 2014
1 474
0
Qidaların dəriyə faydaları
Qidaların dəriyə faydaları

Banan maskası: Banan qidalandırıcı və tərkibi zəngin bir meyvədir. Xüsusilə solğun, köhnəlmiş və quru dərilərdə təbii yenilik təmin edəcək. Ləkəsiz və dəymiş bir bananın yarısını əzərək etibarlı bir markaya aid olan nəmləndirici kremlə qarışdırın və dərinizə çəkin. 15 dəqiqə sonra soyuq suyla yuyun. Həftədə 1 dəfə tətbiqiniz kifayətdir.

Alma maskası: Alma bəzi qisimləri yağlı bəzi qisimləri quru olan qarışıq dərilər üçün ideal bir meyvə. Çünki quru bölgələri daha da qurutmur. Qızıl alma dediyimiz yaşıl almanın içini yaxşıca əzərək 1 qəhvə qaşığı qədərini, 2 qəhvə qaşığı nəmləndiriciylə qarışdırın və dərinizə çəkin. 20 dəqiqə gözlədikdən sonra soyuq suyla yuyun. Həftədə 2 dəfə tətbiqiniz kafi. Fərqi görəcəksiniz.


Portağal maskası: Meyvə turşusu baxımından zəngin olan portağalı, problemli və yağlıya yaxın normal dərilər üçün təklif edirəm. Portağalı sıxıb 2 qəhvə qaşığı ölçüsündəki sunuyu nəmləndirici kremin içinə qatın. Maskanı üzünüzə çəkib 10 dəqiqə sonra yuyun. Həftədə 2 dəfə tətbiqiniz gözlə görülər bir canlanma təmin edəcək.

Limon maskası: Yağlıya yaxın normal və problemli dərilər üçün uyğun bir meyvədir limon. Portağal maskası kimi hazırlanar. Ancaq portağaldan fərqli olaraq üzünüzdə 5 dəqiqə gözlədin və problemlər düzələnə qədər həftədə 2 dəfə tətbiq edin.

Avokado maskası: Yorğun və quru dəriləri nəmləndirəcək və canlandıracaq, günəş vannası qəbul etmənin ardından da istifadə edilməsini təklif edə biləcəyim bir maska. 1 qəhvə qaşığı avakadonun içini əzib 2 qəhvə qaşığı nəmləndirici kremlə qarışdırın və qalın bir təbəqə halında dərinizə çəkin. 15 dəqiqə gözlətdikdən sonra yuyun. Həftədə 1 dəfə tətbiqiniz kafi olacaq.


RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.