Unutqanlığın ən böyük səbəbləri və həlli yolları

23 Kasım 2014
1 710
0
Unutqanlığın ən böyük səbəbləri və həlli yolları
Unutqanlığın ən böyük səbəbləri və həlli yolları

Günümüzdə elə insanlar var ki, müxtəlif səbəblərdən ünvan və telefon nömrələrini, xüsusi günləri, dost adlarını, müxtəlif əşyaların yerini tez-tez unudurlar. Unutqanlıq səbəblərinə işlərin çoxluğu, depressiya, müxtəlif problemlər aiddir. Müasir dövrümüzdə unutqanlığın həll üsulları isə çoxdur. Çoxlarının bildiyi ən vacib üsul düzgün qoyulmuş diaqnoza uyğun müalicədir.

İnsan orqanizmində B12 vitamininin əskik olması iş və şəxsi həyata mənfi təsir göstərir. Özünü davamlı olaraq yorğun hiss etmə B12 vitamininin əskikliyində ən çox rast gəlinən əlamət hesab olunur. Yuxusuzluq və yorğunluq unutqanlığın əsas səbəblərindən biridir.

Digər əlamətlərə qan azlığı, konsentrasiya problemləri, depressiya, qəbizlik, ürək bulanması, köpmə, əl və ayaqlarda üşümə və s. aid edilir. Bu problemin həlli zamanı ilk öncə düzgün qidalanmaya fikir vermək lazımdır. Tabloid.az unutqanlıq probleminin həlli yollarını təqdim edir:

Heyvan mənşəli qidalar B12 vitamini ilə zəngindir. Bura qırmızı ət, toyuq, balıq, dəniz məhsulları, yumurta, pendir, süd, qatıq gündəlik qida rasionunda uyğun miqdarda iştirak etməlidir.

Bişirmə üsulları qidalardakı B12 miqdarını azalda bilər. Ət bişirərkən qızartmağa və ya manqalda bişirməyə üstünlük verməyin. Əti suda uzun müddət qaynatmayın. Çünki müddət uzandıqca vitamin əskikliyi artar. B12 vitamini çatışmazlığı müalicə edilməzsə, anemiya, müxtəlif problemlər, unutqanlıq, yaddaş itkisi hətta erkən ağlını itirməyə belə səbəb ola bilər. Bu səbəbdən nizamlı qan analizi etdirməli, kifayət qədər B12 vitamini ilə qidalanmalı, həkiminiz təklif etsə, vitamin qəbul etməlisiniz.

Alma

Almanın tərkibində olan "quercetin" maddəsi yaddaşı qüvvətləndirir. Bundan əlavə, bu meyvə ürəyə, xolesterinə, qəbizliyə, dişlərə və bir çox xəstəliklərə olduqca faydalıdır.

Qaragilə

Qaragilə meyvəsi sidik yolu infeksiyalarına, görmə qabiliyyətinə, ürək xəstəliklərinə, həzm sistemi xəstəliklərinə, depressiya və bir çox xəstəliklərə kömək edir. Məlumata görə, bu meyvənin tərkibində olan fosfor, maqnezium kimi təsirli minerallar və A, B, C qrupu vitaminlər beyin sağlamlığı üçün idealdır və unutqanlığa xeyirlidir.

Pomidor

Pomidorda olan likopein maddəsi güclü antioksidant hesab olunduğundan hüceyrə problemlərinə kömək edir. Həmçinin ciddi yaddaş problemlərinin yaranmasına maneə törədir.

İspanaq

İspanağın tərkibində C, B, E qrup vitaminlərindən əlavə fosfor, maqnezium, yod, dəmir maddələri var. Məhz, bunların sayəsində ispanaq bitkisi yaddaş problemləri yaşayanlar üçün olduqca faydalıdır.

Omeqa 3

Omeqa 3 yağ turşusunun ən çox qızıl balıqda, sardiniya, ton balığında olduğu bildirilir. Aparılan elmi araşdırmalar yaşla bağlı yaranan yaddaşsızlıq üçün omeqa 3 və dəniz məhsullarının faydalı olduğunu göstərir.

Tünd şokolad

Deyilənə görə tərkibində 70% nisbətində kakao olan tünd şokolad antioksidant təsiri yaradır. Gündə ən az bir ədəd tünd şokoladdan istifadə yaddaşı qüvvətləndirməklə, diqqəti artıra və enerjini yüksəldə bilər.

Yaşıl çay

Yaşıl yarpaqlı bitkilərdə olan antioksidantlar, A və C vitaminləri, dəmir və kalsium kimi yaddaşı qüvvətləndirən komponentlərin yaşıl çayda olduğu bildirilir. Buna görə yaddaş problemləri yaşayanlar istəyə uyğun gündə 1 stəkan yaşıl çay içə bilərlər.



R.T.Fikammm
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.