Səhv eynək şüşələri uşaqları çəpgöz edir

23 Kasım 2014
1 734
0
Səhv eynək şüşələri uşaqları çəpgöz edir
Səhv eynək şüşələri uşaqları çəpgöz edir

Mütəxəssislər, səhv eynək şüşələrinin uşaqların göz sağlamlığını pozduğuna diqqət çəkərək, ana və ataları səhv eynək şüşələrinə qarşı diqqətli olmaları mövzusunda xəbərdar edir.

Onlar səhv eynək şüşələrinin uşaqlarda görmə pozuqluqlarını artırdığını ifadə edərək, şüşələrin, "çəplik" kimi qalıcı xəstəliklərə gətirib çıxardığına diqqət çəkirlər. Gözün görmə mərkəzi ilə eynək şüşəsinin optik mərkəzinin eyni oxda görüşməsi lazımdır.

Bu mərkəzlərin, şüşədəki millimetrlik səviyyədə sürüşmə səbəbiylə bir-birindən fərqli olması vəziyyətində prizmatik təsir deyilən mənfi vəziyyət ortaya çıxır. Bu da yetkinlərdə görmədə qüsur, baş ağrısı və baş gicəllənməsi yaradır.

Əsl təhlükə isə uşaqlardadır. Göz inkişafı tamamlanmamış 9 yaşın altındakı kiçiklərdə səhv eynək üzündən çəplik meydana gələ bilir.

Şüşə nömrəsi artdıqca risk də artır. Ana və atalar uşaqlarının daha yaxşı görməsini istəyərkən başqa problemlərlə qarşılaşırlar.

Həkimlərin tətbiq etdiyi müalicə də çox təəssüf ki, məqsədinə çatmır. Vətəndaş gözlük alarkən həkiminə mütləq nəzarət etdirməli, şüşədə səhv olub-olmadığını öyrənməlidir.


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.