Baş ağrılarının yaranma səbəbləri.

07 Aralık 2014
2 021
0
Baş ağrılarının yaranma səbəbləri.
Baş ağrılarının yaranma səbəbləri.


Bir çox insanların həyatında bu və ya digər səbəbdən baş gicəllənmələr olur. Bu, daim diqqət mərkəzində saxlanılmalıdır. Baş gicəllənməsinə laqeyd yanaşmaq olmaz. Baş ağrıları və ya baş gicəllənmələri müxtəlif səbəblərdən əmələ gəlir və onların sağlamlıq üçün təhlükə dərəcələri də müxtəlif olur. Baş gicəllənmələri müntəzəm xarakter aldığı zaman həkimə müraciət etmək vacibdır.

Baş gicəllənməsinin müalicəsi onun səbəbinə bağlıdır. Bu, təhlükəli xəstəliyin də ilkin əlaməti ola bilər. Baş gicəllənməsinin sadə müalicəsinə lazımi preparatlardan əlavə evdə bol maye, su qəbul etmək, düzgün qidalanmaq və istirahət daxildir.

Gərgin baş ağrıları sakitləşdirici gimnastika, gəzinti kimi tədbirlərlə müalicə oluna bilər. Bu ağrıların əsas səbəbindən biri də stressdir. Baş ağrısından və baş gicəllənməsindən ancaq stressi həyatınızdan çıxartmaqla qurtula bilərsiniz. Baş ağrıları zamanı masaj kimi vasitələr də kömək edir. Həmçinin təbii bitki yağları, gül vannaları, ətirli yağlarla edilən masajın faydası çoxdur.

Sizdə başgicəllənmə hər hansı bir vacib tədbir öncəsi, qaraqabaq müdirinizə hesabat vermək ərəfəsində və ya lap elə sevgilinizin ağuşunda və s. vəziyyətlərdə yaranırsa, özünüzü qorxutmayın. Bilin ki, ötəri olan bu hal orqanizmdə baş verən normal proseslər səbəbindən yaranıb. Belə hallarda adətən başgicəllənmə qanda adrenalinin çoxalması səbəbindən hamar əzələlərin (o cümlədən də damarların hamar əzələlərinin) yığılaraq beyinə qanın normal çatmasına əngəl törətməsi üzündən baş verir.

Əksər hallarda isə başgicəllənmə nəqliyyat vasitələrində gedərkən, karuseldə yellənərkən və ya gəmi ilə səfərə çıxarkən baş verir. Bu halda da həyəcanlanmağa lüzum yoxdur. Çünki belə başgicəllənmələrin səbəbi gördüklərimizlə vestibulyar (müvazinət) aparatın hiss etdikləri arasında uyğunsuzluğun olmasıdır. Belə ki, beyin eyni zamanda, həm gördüklərimizi, həm də vestibulyar aparatın ona göndərdiyi siqnalları analiz edir və onlar arasındakı uyğunsuzluq beyini çaşdırır. Nəticədə isə başgicəllənmə yaranır.

Yuxarıda göstərilən amillərdən əlavə başgicəllənmələrə beyinin mütənasibliyə cavab verən nöqtələrə qanın normal çatmaması, başın qəfil döndərilməsi, (odur ki, idman edərkən ani hərəkətləri ehtiyatla etmək lazımdır), qanda qlükozanın azalması (belə səbəbdən başgicəllənmə daha çox pəhriz saxlayan xanımlarda müşahidə olunur) da səbəb ola bilər.


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.