Şabalıdın inanılmaz faydaları və zərərləri .

07 Aralık 2014
4 146
0
Şabalıdın inanılmaz faydaları və zərərləri .
Şabalıdın inanılmaz faydaları və zərərləri .


Bişirilən şabalıd xərçəng xəstəliyinin yaranmasına da səbəb olur

Mütəxəssislər şabalıdın fiziki və zehni yorğunluğa qarşı mübarizə aparmaqda ən effektiv vasitə olduğunu deyirlər.

Omeqa 3 və omeqa 6 yağları ilə zəngin olan şabalıd yaddaşın güclənməsində, hətta alzheimer xəstəliyi ilə mübarizədə çox faydalıdır.

Şabalıd fosfor, maqnezium, xlor, kalsium, dəmir, natrium, kalium mineralları, B1, B2 və C vitaminləri ilə də zəngindir. Xüsusilə kalium çatışmazlığı olan insanlar üçün çox xeyirlidir (100 qram şabalıdda 500 milliqram kalium var). Belə ki, kalium natrium ilə birlikdə bədəndə su tarazlığının tənzimlənməsində, sinir hüceyrələrinin siqnalları ötürməsində, əzələlərin strukturunun qorunmasında çox əhəmiyyətlidir. Bundan başqa şabalıd qan dövranını sürətləndirir, bağırsağın fəaliyyətini tənzimləyir, qəbzliyin qarşısını alır.

Şabalıdın enerji tərkibi də çox yüksəkdir. 3 ədəd şabalıdın enerji tərkibi bir nazik çörək dilimindəki qədərdir. Ona görə də artıq çəkili və orqanizmində maddələr mübadiləsi zəif gedən insanlar şabalıd yeyəndə miqdarına diqqət etməlidirlər.

Şabalıdı bişirərək yeməyi sevənlər də ehtiyatlı olmalıdırlar. Belə ki, manqalda alova yaxın bişirilən şabalıd xərçəng xəstəliyinin yaranmasına şərait yarada bilər.


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.