Naməhrəm qadınla zarafat olmaz

22 Aralık 2014
3 068
0
Naməhrəm qadınla zarafat olmaz
Naməhrəm qadınla zarafat olmaz


Bir nəfər belə nəql edir: Kufə məscidində bir qadına Quran öyrədirdim. Qadın pərdənin o tərəfində idi, mən isə bu tərəfində. Şeytan mənə qələbə çaldı və o naməhrəm qadınla zarafat etdim. Bir il ötdü. Sonrakı il Mədinəyə getdim. İmam Sadiqin (ə) hüzuruna. İmam astaca mənim qulağıma dedi: -"Bizi sevənlərdən hansı xəlvətdə günah etsə, Allah rəhmət nəzərini ondan götürər. Biz gördük ki, sən Kufə məscidində naməhrəm qadınla zarafat etdin. Bizdən bir şey gizlin qalmaz”.

Naməhrəm qadınla zarafat haramdır. Şeyx Səduqun "İqab əl-ə`mal” kitabında belə bir hədis var: -"Kim naməhrəm qadınla zarafat etsə, Allah hər bir kəlməyə görə, onu min il həbs edər”.

Əgər İmam Zamanı (əc) sevirsənsə, ona əziyyət vermə. Onun hüzurunda günah etmə. Bizim əməl naməmizi Həzrətə (əc) verdilər. Hədisdə var ki, İmam Zaman (əc) bizim günahlarımızı gördükdə ağlayır. Özünlə Allah arasında! İmam Zaman (əc) bu gün sənin əməl naməni gördükdə sevindi ya ağladı? Bizim günahımız bizim ağamızı incidir. Ona əziyyət verməyimiz təəssüf doğurur.


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.