Kişilər ağıllı qadınlardan qorxur?

25 Aralık 2014
3 838
0
Kişilər ağıllı qadınlardan qorxur?
Kişilər ağıllı qadınlardan qorxur?



Kifayət qədər ağıllı, güclü, işgüzar sahədə kişiləri belə üstələyən qadınlar var. Amma müşahidə apardıqda onların şəxsi həyatlarına görə qane olmadıqlarını görmək olar. Psixoloqlar bunu kişilərin onlardan ağıllı, bacarıqlı və bir çox sahələrdə onları üstələyən qadınlardan xoşlanmadıqları ilə izah edirlər.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, əksər kişilər özlərindən zəif qadınları sevirlər. "Nadir hallarda kişi qadının ondan qat-qat üstün olduğunu özünə sıxışdırır. Bu səbəbdən də rəhbər vəzifədə işləyən, lider olmağı adət edən, çoxlu pul qazanan xanımlar əsl kişi məhəbbətindən uzaq qalırlar", - deyən psixoloq belə qadınlara məsələhətini də verir:
"Kişi qabağında öyünməyə çalışmayın. Öz üstünlüklərinizi, ondan daha ağıllı və bacarıqlı olmağınızı nümayiş etdirməyin. Yaxşı olar ki, seçdiyiniz kişi sizin ondan zəif olduğunuzu düşünsün".

Hesab olunur ki, ağıllı kişilər söhbət etmək üçün intellekti yüksək qadın axtarır. Amma psixoloqun fikrincə, bu, heç də həmişə belə olmur. Kişiləri daha çox qadının cazibədarlığı, mehribanlığı, qayğıkeşliyi, əxlaqı, xasiyyəti və gözəlliyi maraqlandırır.

Müsahibimiz qeyd edib ki, kişilər ağıllı qadınları rəqib kimi də qəbul edirlər. Şəxsi münasibətlərdə kişi ilə rəqabətə girmək təhlükəlidir. Qadınlara elə gəlir ki, onlar kişini üstələdikcə kişi onlarla fəxr edəcək. Əslindəsə kişilər bunu hiss edən kimi qadından uzaqlaşırlar. Belə ki, kişilər daxildən qadın tərəfindən təriflənməyi istəyirlər. Onların fəaliyyətləri də buna yönəlib.

Psixoloq məsləhət görür ki, qadın pəhriz saxlamaqla, trenajor zalına və gözəllik salonuna getməklə, öz xarici görünüşünə və evə daha çox diqqət ayırmaqla başını qatdıqda kişiyə xoş gəlir. Belə olduqda münasibətlərdə harmoniya olur. Öz uğurları haqqında daim danışan qadın isə nədənsə onları özündən soyudur.

J.Həmidli bildirir ki, intellekti yüksək olmayan qızlar dərindən düşünmür, qayğısız və gülərüz görünür. Ağıllı qadınlar isə qayğısız görünə və davrana bilmirlər. Hərtərəfli düşünə bilməyən xanımların baxışları belə kişilərə münasibətə hazır olduqları siqnalını verir. Belə qadına kişi cəsarət edib yaxınlaşa bilir. Bu, o demək deyil ki, belə qadın qısa bir zamanda yaxın münasibətə icazə verəcək. Sadəcə, onunla ünsiyyət qurmaq rahat və əyləncəlidir.

Ağıllı xanımlar düşünür ki, qadın tez "hə" desə, kişini bezdirə bilər. Amma çox mürəkkəblik də kişini yorur və bezdirir. O da rədd olunmaqdan qorxur.

Həm də ağıllı olmayan xanım öz vaxtını karyera qurmağa və başqa öz işlərinə deyil, sevdiyi kişiyə həsr edir ki, bu da onun müsbət cəhətlərindən biridir. Belə qadın heç vaxt işdən yorğun gəldiyi üçün gileylənmir və işləri ilə bağlı problemlərlə bezdirmir. Əsəbi və tez qıcıqlanan olmur.

Ağıllı qadınlar düşünür ki, kişinin dediyi hər şeylə razılaşan qadın onun üçün darıxdırıcı ola bilər. Bu səbəbdən də, bəzən süni maneələr qurur və münasibətlərdə konfliktlər yaradırlar. Kişi üçünsə rahatlıq və sakitlik önəmlidir.

Eləcə də, ağıllı qadınlar onların öz fikrinin olmamasının kişilərə maraqsız göründüyünü fikirləşirlər. Ağılsız qadının isə bir fikri var: "Onun seçdiyi kişi hamıdan yaxşıdır və hər şeyi düz deyir".

Qəribə olsa da, ağılsız qızlar daha optimist olur, əksər hallarda əhvalı yaxşıdır. Hər şeyin yaxşı olacağını xəyal edir və ətrafdakıların keflərini pozmurlar. Ağıllı qadın isə hər şeyə real baxır.

Psixoloq onu da əlavə edib ki, kişilərə ağılsız qadını idarə etmək daha asandır. Belə qadınlar həm emosional, həm də maddi cəhətdən kişidən asılı olur.



Kişilər ağıllı qadınlardan qorxur?



R.E.SenSiz...MişKa
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.